Mütəxəssisdən yay xəbərdarlığı: Bu dondurmalar ciddi risk yaradır

Mütəxəssisdən yay xəbərdarlığı: Bu dondurmalar ciddi risk yaradır"Yay mövsümündə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artır. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyən etmək üçün məhsulun fiziki-orqanoleptik göstəricilərinə, etiket məlumatlarına və soyuq zəncirin qorunmasına diqqət yetirmək vacibdir".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, dondurmanın formasının pozulması, qablaşdırmada deformasiyanın olması, məhsulun üzərində buz kristallarının görünməsi və ya ağ qırovun əmələ gəlməsi onun əridikdən sonra yenidən dondurulduğunu göstərən əsas əlamətlərdəndir. Bu, həm məhsulun keyfiyyətinin aşağı düşdüyünü, həm də soyuq zəncirin pozulduğunu göstərir:

"Dondurma süd əsaslı mürəkkəb emulsiya olduğundan mikrobioloji və kimyəvi risklərə qarşı olduqca həssasdır. İstehsal, daşınma və ya saxlanma zamanı temperatur rejiminə əməl edilmədikdə, Listeria monocytogenes, Salmonella və Escherichia coli (E. coli) kimi patogen mikroorqanizmlərin çoxalma riski artır. Bu isə ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

Dondurma əridildikdən sonra yenidən dondurulduqda onun teksturası və bircinsliliyi pozulur. Süd şəkəri və su ayrılır, iri və sərt buz kristalları əmələ gəlir. Uzun müddət saxlanılan məhsullarda isə süd yağlarının oksidləşməsi baş verir, nəticədə dad və qoxu dəyişir, toksiki peroksidlər və sərbəst radikallar yaranır.

Qablaşdırmanın ön hissəsində yazılan "dietik", "fit", "şəkərsiz", "təbii" və ya "uşaqlar üçün" kimi ifadələr hər zaman məhsulun sağlam olduğunu göstərmir. Məhsul haqqında düzgün məlumat əldə etmək üçün etiketin arxa hissəsində göstərilən tərkib mütləq oxunmalıdır.

"Şəkərsiz" adı ilə satılan bəzi dondurmaların tərkibində yüksək qlisemik indeksə malik fruktoza siropu, maltodekstrin və ya qarğıdalı siropu ola bilər. Keyfiyyətli dondurma əsasən süd yağından hazırlanmalıdır. Əgər tərkibində hidrogenləşdirilmiş bitki yağları göstərilibsə, bu, trans yağların mövcudluğuna və məhsulun keyfiyyətinin aşağı olmasına işarə edə bilər. Tərkibində çoxlu süni dadlandırıcı və kimyəvi rəngləndirici olan məhsullardan da uzaq durmaq tövsiyə edilir.

Qablaşdırması əzilmiş, cırılmış və ya forması dəyişmiş dondurmaları almaq məsləhət görülmür. Həmçinin istehsal və son istifadə tarixi mütləq yoxlanılmalıdır.

Dondurma bəzi əhali qrupları üçün xüsusi risk daşıyır. Süd zülallarına, o cümlədən kazein və alfa-laktalbuminə allergiyası, eləcə də laktoza dözümsüzlüyü olan şəxslər məhsulun tərkibini diqqətlə oxumalıdırlar. Çərəz, qoz, fındıq və ya qlüten tərkibli dondurmalar ağır allergik reaksiyalara, o cümlədən anafilaktik şoka səbəb ola bilər. Buna görə də qablaşdırmada çarpaz çirklənmə ilə bağlı xəbərdarlıqların olub-olmamasına da diqqət yetirmək vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 132
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca

30.09.2026 166
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

30.09.2026 235
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

30.09.2026 318
.

Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…

ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla

30.09.2026 263
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas

30.09.2026 276
.