İmtahan sistemində dəyişiklik: Üstünlüklər və risklər
"İmtahan ballarının artırılması məsələsi həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər arasında daim geniş müzakirə olunan və kifayət qədər həssas mövzulardan biridir. Bu addımın nə dərəcədə doğru olduğunu birmənalı şəkildə "bəli" və ya "xeyr" cavabı ilə qiymətləndirmək mümkün deyil. Çünki qərarın həm üstünlükləri, həm də müəyyən riskləri mövcuddur".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, müsbət tərəfdən yanaşdıqda, keçid və ya maksimal balların artırılması təhsildə keyfiyyətin yüksəlməsinə təkan verə bilər. Daha yüksək tələblər şagird və abituriyentləri dərslərə daha məsuliyyətlə yanaşmağa, bilik və bacarıqlarını inkişaf etdirməyə sövq edir. Bu, ali təhsil müəssisələrinə daha hazırlıqlı, motivasiyalı və yüksək akademik potensiala malik gənclərin qəbul olunmasına şərait yarada bilər. Nəticədə universitetlərdə tədrisin keyfiyyəti yüksələr, əmək bazarı isə daha ixtisaslı mütəxəssislərlə təmin olunar. Müasir dövrün tələbləri də məhz rəqabətədavamlı və peşəkar kadrların hazırlanmasını zəruri edir:
"Bununla yanaşı, balların artırılması psixoloji və sosial baxımdan müəyyən çətinliklər də yarada bilər. İmtahan tələblərinin sərtləşdirilməsi şagirdlərdə stressi, uğursuzluq qorxusunu və ailə qarşısında məsuliyyət hissini artırır. Bu amillər bəzi hallarda psixoloji gərginliyə, tükənmişlik hissinə və motivasiya itkisinə səbəb ola bilər. Təhsil yalnız yüksək nəticə uğrunda rəqabət mühitinə çevrildikdə, öyrənmənin mahiyyəti və elmə maraq ikinci plana keçə bilər.
Digər vacib məqam regionlar arasında mövcud olan təhsil imkanları fərqidir. Paytaxt və iri şəhərlərdə təhsil alan şagirdlərlə müqayisədə, ucqar rayon və kənd məktəblərində oxuyan uşaqlar repetitor xidmətlərinə, əlavə hazırlıq resurslarına və müasir tədris imkanlarına eyni səviyyədə çıxış əldə edə bilmirlər. Belə şəraitdə keçid ballarının artırılması istedadlı, lakin imkanları məhdud olan şagirdlərin ali təhsilə qəbul şansını azalda və sosial bərabərsizliyi daha da dərinləşdirə bilər.
Eyni zamanda, məktəb proqramı ilə qəbul imtahanlarının tələbləri arasında uyğunluğun təmin edilməsi vacib şərtlərdən biridir. Əgər bu iki istiqamət arasında ciddi fərq qalarsa, valideynlərin repetitor hazırlığına çəkdiyi xərclər daha da artacaq və təhsil getdikcə maddi imkanlardan asılı vəziyyətə düşəcək. Bu isə təhsildə bərabər imkanlar prinsipinə ziddir.
Nəticə etibarilə, imtahan ballarının artırılması yalnız kompleks təhsil islahatlarının tərkib hissəsi olduğu halda səmərəli nəticə verə bilər. Bu dəyişikliklər mərhələli şəkildə həyata keçirilməli, ilk növbədə orta məktəblərdə tədrisin keyfiyyəti yüksəldilməli, dərsliklər müasir tələblərə uyğun təkmilləşdirilməli və bütün şagirdlər üçün bərabər təhsil imkanları yaradılmalıdır. Təhsil islahatlarının əsas məqsədi şagirdləri çətin vəziyyətə salmaq deyil, onların bilik və bacarıqlarını inkişaf etdirərək gələcək təhsil və peşə həyatına daha hazırlıqlı şəkildə yetişmələrini təmin etmək olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 719 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 132 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
30.09.2026 268 İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca
30.09.2026 166 Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?
Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay
30.09.2026 235 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30.09.2026 302 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
30.09.2026 318 Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…
ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla
30.09.2026 263 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 154 Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas
30.09.2026 276