Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahidə olunsa da, bu inkişafın ölkə iqtisadiyyatını neftdən tam asılılıqdan qurtarmağa kifayət edib-etmədiyi müzakirə mövzusudur.

Bəs mövcud şəraitdə qeyri-neft sektoru iqtisadiyyatın əsas dayağına çevrilə bilərmi?
Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, hazırkı mərhələdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatını tam şəkildə təkbaşına daşıması real görünmür. Onun sözlərinə görə, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin formalaşmasında, ixrac gəlirlərində və valyuta daxilolmalarında mühüm paya malikdir: "Bununla belə, son illərdə qeyri-neft sənayesi, kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları, turizm və xidmət sahələrinin inkişafı istiqamətində həyata keçirilən islahatlar bu asılılığın tədricən azaldılmasına xidmət edir.

Qeyri-neft sektorunun iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilməsi üçün rəqabətqabiliyyətli istehsalın artırılması, ixrac imkanlarının genişləndirilməsi, innovasiyaların təşviqi, özəl sektorun gücləndirilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması vacibdir. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, rəqəmsal iqtisadiyyatın genişlənməsi və yüksək əlavə dəyər yaradan sahələrə yatırımların artırılması bu prosesi sürətləndirə bilər.

Uzunmüddətli perspektivdə davamlı və ardıcıl iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun iqtisadiyyatda aparıcı mövqeyə yüksəlməsi mümkündür. Lakin bu keçid mərhələli şəkildə baş verəcək və yaxın dövrdə neft sektorunun iqtisadiyyatdakı əhəmiyyətini tam əvəz etməsi gözlənilmir. Əsas məqsəd neft gəlirlərindən asılılığı azaltmaq və iqtisadiyyatın daha dayanıqlı, şaxələndirilmiş modelini formalaşdırmaq olmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 404   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Xarkovda qaz hasilatı obyektlərini vurdu

Rusiya ordusu son iki gündə Ukraynanın Xarkov vilayətində yerləşən "Naftoqaz" qrupuna məxsus qaz hasilatı obyektlərinə zərbələr endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, iyulun 19-da hücuma məruz qalan obyektlərdən birində yanğın baş verib

21.07.2026 203
.

Xiaomi 18 Pro necə olacaq? - Yeni flaqmanın əsas xüsusiyyətləri məlum olub

Hələ rəsmi təqdim olunmayan Xiaomi 18 Pro modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Tanınmış insayder Digital Chat Station cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, Xiaomi 18 Pro 6,4 düymlük ekran və bütün tərəflərdə ultra nazik çərçivələrlə təchiz olunacaq

21.07.2026 334
.

Rusiyadan Özbəkistan məhsullarına qadağa

"Rosselxoznadzor" iyulun 23-dən etibarən Özbəkistandan karantin məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək. xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qadağa, fitosanitar tələblərin ən çox pozulmasına yol verən be

21.07.2026 290
.

Dənizkənarı Bulvar İdarəsinin 2,5 milyon manat vergi borcu var

Dənizkənarı Bulvar İdarəsinin xüsusilə külli miqdarda vergi borcu yaranıb. Qaynarinfo xəbər verir ki, idarənin hazırda 2 583 116,68 manat vergi borcu var. Dənizkənarı Bulvar İdarəsi 2008-ci ildə yaradılıb. İdarənin rəhbəri Xanlar Ağalarovdur. O, 2024-cü ildə bu vəzifəyə təyinat alıb

21.07.2026 274
.

"TEMU" İLƏ BAĞLI ARAŞDIRMA BAŞLADI - Sifarişlər təhlükə altındadır?

Azərbaycanda geniş istifadəçi kütləsinə malik olan "Temu" platforması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırmaya başlanılıb. Araşdırma şirkətin qiymət siyasətində rəqabət qanunvericiliyini pozub-pozmaması ilə bağlı iddiaları əhatə edir. Hazırd

21.07.2026 351
.

Çevik iş vaxtı rejimi hansı sahələrə və kimlərə şamil ediləcək?

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəs

21.07.2026 288
.

UEFA reytinqi: Azərbaycan İsrailə daha da yaxınlaşıb

Azərbaycan UEFA reytinqində İsrailə daha da yaxınlaşıb. "Report" xəbər verir ki, bu,"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u məğlub etməsi (1:0) sayəsində mümkün olub. Beləliklə, ölkənin cari mövsümdə qazandığ

10:23 125
.

Saç balzamı həqiqətən vacibdirmi? - DERMATOLOQDAN AÇIQLAMA

Şampundan sonra balzamdan istifadə edənlərin sayı az deyil. Bununla yanaşı, bir çox insan bu məhsulun saç üçün nə dərəcədə faydalı olduğu və ümumiyyətlə istifadəsinin zəruri olub-olmaması ilə maraqlanır. Bəs saç balzamı saçın sağlamlığına necə təsir edir, onu hər yuyunmadan sonra istifadə etmək lazımdırmı

21.07.2026 272
.

Kəlbəcərdə mina partladı: Yaralı var

Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, 1987-ci i

21.07.2026 229
.

TOP MP3