Uzunömürlü südün sirri: 45 gün xarab olmamasının səbəbi nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Marketlərdə satılan paketləşdirilmiş südlərin istifadə müddəti istehlakçılar arasında ən çox müzakirə olunan məsələlərdən biridir. Bəzi südlərin üzərində 14 gün, digərlərində isə 30 və ya 45 gün istifadə müddəti göstərilir. Xüsusilə uzunmüddətli saxlanma tarixi alıcılarda sual yaradır: Süd bu qədər uzun müddət necə xarab olmur?
Bunun səbəbi tərkibinə konservant əlavə edilməsi, yoxsa xüsusi istehsal və qablaşdırma texnologiyasıdır? Bəs istifadə müddəti daha uzun olan südün keyfiyyəti və qida dəyəri baxımından hər hansı fərqi varmı?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, marketlərdə satılan paketləşdirilmiş südlərin istifadə müddətinin 14, 30 və ya 45 gün olması ilk növbədə istehsal texnologiyası, istilik emalı üsulu və qablaşdırma şəraiti ilə bağlıdır. Onun sözlərinə görə, bu müddətin uzun olması mütləq həmin südün konservantlarla zəngin olduğu anlamına gəlmir: "Ən vacib amillərdən biri südün hansı temperaturda emal edilməsidir. Məsələn, pasterizə olunmuş süd nisbətən aşağı temperaturda emal edildiyi üçün soyuducuda saxlanmaq şərti ilə adətən daha qısa müddət - təxminən 7-14 gün ərzində istifadə olunmalıdır. Daha yüksək temperaturda emal edilən və mikroorqanizmlərin böyük hissəsinin məhv edildiyi südlər isə aseptik şəraitdə qablaşdırıldıqda istifadə müddəti daha uzun ola bilir.
Digər mühüm amil qablaşdırmadır. Müasir çoxqatlı karton və ya xüsusi steril qablaşdırmalar südü işıqdan, havadan və xarici mikroorqanizmlərdən qoruyur. Bu da məhsulun keyfiyyətinin daha uzun müddət saxlanmasına kömək edir.
İstehlakçılar məhsul alarkən ilk növbədə etiket məlumatlarını oxumalı, saxlanma temperaturuna və son istifadə tarixinə diqqət yetirməlidirlər. Unutmaq olmaz ki, paket açıldıqdan sonra, istifadə müddəti bitməsə belə, süd istehsalçının tövsiyəsinə uyğun olaraq soyuducuda saxlanmalı və qısa müddət ərzində istehlak edilməlidir.
Yəni südün 14, 30 və ya 45 gün istifadə müddətinə malik olması təkcə marka fərqindən deyil, tətbiq olunan emal texnologiyası, qablaşdırma sistemi və düzgün saxlanma şərtlərindən asılıdır.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 240 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?"
"O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın "Gülöyşə" narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatları
10.07.2026 230 Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)
Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci il dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu nəticə "Economist Intelligence Unit" ("EIU") analitik mərkəzinin 2026-cı il üzrə Qlobal Yaşayış Keyfiyyəti İndeksində əks olunub. Hə
10.07.2026 162 ABŞ İsraili İranla müharibədən uzaq tutmağa çalışır
CNN-in yaydığı məlumata görə, ABŞ administrasiyası İsrail ilə İran arasında münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır və İsraili müharibənin yeni mərhələsinə cəlb etməmək üçün diplomatik səylərini artırıb. Vaşinqton hesab edir ki, münaqişənin yenidən alovlanması Yaxın Şərqdə vəziyyət
10.07.2026 165 Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu - Video
Norveç millisinin hücumçusu Erlinq Haaland təkcə Dünya Çempionatındakı möhtəşəm oyunu ilə deyil, həm də illər əvvəl yazdığı replə yenidən diqqət mərkəzinə düşüb. "Qafqazinfo" xəbər verir ki, "Mançester Siti"nin ulduz futbolçusunun 2016-cı ildə dostları Erik Botheim və Erik Tobia
10.07.2026 135 Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.43% azalaraq 4.123 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.14% ucuzlaşaraq 60.66 ABŞ dolları təşkil edib
10.07.2026 137 "Bizi niyə çağırmırsınız?" deyənlərə aparıcıdan sərt cavab
"Yeni Sabah" xəbər verir ki, o, aparıcısı olduğu "Xəzər axşamı" proqramında bildirib:. "Çox müğənni müraciət edir: "Bizi çağırmadınız", "Nə bilim, nə oldu". Hamınız gəlin, repertuarınızda dəyişiklik edin, rica edirəm. Qəşəng bəstəkar mahnılarımız var. Onlar
10.07.2026 233 Bağçalara qəbul MyGov üzərindən olacaq - Yeni sistem valideynlərin işini asanlaşdıracaqmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində mühüm yenilik tətbiq olunur. Yeni qərara əsasən, dövlət uşaq bağçalarına qəbul artıq MyGov platforması üzərindən həyata keçiriləcək. Rəqəmsal xidmətlərin genişləndirilməsi çərçivəsində atılan bu addımın sənəd qəbulunu daha şəffaf, sürətl
10.07.2026 245 Kıvanç Tatlıtuğun ikinci övladı olacaq? - Yenilənib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun ikinci övladı olacaq. Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktyorun xanımı Başak Dizerin 5 aylıq hamilə olduğu bildirilib. Cütlüyün qız övladı dünyaya gələcək. Qeyd edək ki, Kıvançla Başakın bir oğul övladı var. *. Başak Dizer türk mediasında hamilə olmas
10.07.2026 495 İran danışıqlardan imtina etdi
İran Xarici İşlər naziri Abbas Əraqçi ABŞ ilə yekun razılaşma üzrə danışıqlara hazır olmadıqlarını açıqlayıb. BİG.AZ ABC News-a istinadən xəbər verirki, Əraqçinin sözlərinə görə, Vaşinqton təhdidlərini davam etdirdiyi və əvvəlki öhdəliklərinə əməl etmədiyi müddətdə Tehran danışıqlar masasına qayıtmayacaq
10.07.2026 186