2000 il əvvəl mayalıların diş həkimləri olub, stomatoloji prosedurlar aparılıb

2000 il əvvəl mayalıların diş həkimləri olub, stomatoloji prosedurlar aparılıbTədqiqatçılar nefrit əlavəsi yerləşdirilmiş qədim azı dişinin müayinəsi zamanı mayalıların diş bəzəklərindən yalnız estetik məqsədlərlə deyil, müalicə məqsədilə də istifadə etdiyini müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, "National Geographic" nəşrinin məlumatına görə, arxeoloqlar onilliklər ərzində maya sivilizasiyasına aid abidələrdə qiymətli daşlarla bəzədilmiş diş nümunələri aşkar ediblər. Əvvəllər bu əlavələrin əsasən moda və ya dini mərasimlərlə bağlı olduğu düşünülürdü.

"Bu kariyes boşluğu olduqca mükəmməl şəkildə işlənib", deyə tədqiqatın həmmüəllifi, stomatoloq-antropoloq Elma Veqa-Lisama bildirib. Onun sözlərinə görə, prosedur "çox yaxşı, diqqətli və təmiz" şəkildə həyata keçirilib.

Tədqiqatda araşdırılan diş Qvatemalada yerləşən Universidad Francisko Marroquin Universitetinin Museo Popol Vuh muzeyində saxlanılır. Burada dünyanın ən böyük maya dişi kolleksiyalarından biri yerləşir.

Dişin dəqiq mənşəyi məlum olmasa da, alimlər onun müasir Qvatemala şəhərinin ərazisində yerləşən qədim Kaminalhuyu yaşayış məntəqəsindən gətirildiyini ehtimal edirlər. Tədqiqatçıların fikrincə, nümunə eramızın təxminən 250-900-cü illərini əhatə edən klassik maya dövrünə aiddir.
2000 il əvvəl mayalıların diş həkimləri olub, stomatoloji prosedurlar aparılıbDiş əlavələri sosial status göstəricisi idi

Əvvəllər aşkar edilmiş bu tip əlavələrin əksəriyyəti ön dişlərdə yerləşirdi. Buna görə alimlər onların əsasən estetik və sosial status göstəricisi olduğunu düşünürdülər.

Universidad Francisko Marroquin Universitetinin ortodontu Marko Ramirez-Salomon bildirib ki, belə diş bəzəklərinə həm varlı, həm də kasıb mayalar arasında rast gəlinib, lakin onlar daha çox yüksək sosial təbəqənin nümayəndələrində müşahidə olunub.

Bəzi imkanlı şəxslərin ağız boşluğunda müxtəlif forma və rənglərdə səkkizə qədər qiymətli daş əlavəsi olduğu müəyyən edilib.

Lakin yeni araşdırılan azı dişi fərqli xüsusiyyətə malikdir. Arxa hissədə yerləşən və demək olar ki, görünməyən bu dişdə aparılmış əlavə estetik məqsədlə izah olunmur. Bu isə alimləri onun müalicəvi funksiyası ola biləcəyi qənaətinə gətirib.

Qədim "plomb"un tərkibi alimləri təəccübləndirib

Tədqiqatçıların diqqətini daşın bərkidildiyi maddənin tərkibi çəkib. Əvvəlki araşdırmalarda bu materialda fosfat, kalsium, bitki yağları və bitum izləri aşkar edilib.

Marko Ramirez-Salomon qeyd edib ki, bəzi qədim hermetik materiallar müasir diş plomblarında istifadə olunan maddələrdən daha davamlı ola bilər.

Onun sözlərinə görə, müasir plomblar zamanla zədələnə və ya düşə bilər, halbuki qədim maya əlavələri əsrlər boyu qorunub saxlanılıb. Alimlər hesab edirlər ki, həmin materiallar antiseptik xüsusiyyətlərə də malik olub.

Araşdırma zamanı əlavəli dişlərdə təkrar kariyes hallarının daha az olduğu müəyyən edilib.

Qədim stomatoloji prosedurun izləri aşkarlanıb

Üçölçülü tomoqrafiya vasitəsilə alimlər daş əlavəsinin insan sağ ikən yerləşdirildiyini müəyyən ediblər. Buna sübut kimi prosedurdan sonra yaranmış pulpanın kalsifikasiyası göstərilib.

Dişin vəziyyətinə əsasən, tədqiqatçılar pasiyentin yaşlı yeniyetmə olduğunu və əməliyyatdan sonra daha 5-10 il yaşadığını ehtimal edirlər.

Elektron mikroskopiya isə qədim ustaların yüksək dəqiqliyə malik olduğunu göstərib. Araşdırmada azı dişində primitiv burğudan qalan dairəvi izlər aşkarlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

30.09.2026 168
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30.09.2026 125
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 151
.

Tramp: "O məni sevir, narahat olmayın"

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is

30.09.2026 255
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 131
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30.09.2026 296
.