"Qoyun-quzunu limuzində daşımalıdırlar?!" - Rəsmi cavab

"Qoyun-quzunu limuzində daşımalıdırlar?!" - Rəsmi cavabAzərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır.

"Qafqazinfo" xəbər verir ki, sözügedən qərar müzakirələrə səbəb olub. Bir qisim bu yeniliyin antisanitar vəziyyətin qarşısını almağa kömək edəcəyini desə də, digərləri yeni qərarı sahibkarlara maneə kimi qiymətləndiriblər.

REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, belə qərarlar qiymətləri artırır. İqtisadçı qurumu iş adamlarını məhdudlaşdırmaqda ittiham edib: "Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!"

N.Cəfərli bu tipli qərarların gələcəkdə iqtisadi daralmanı sürətləndirəcəyini düşünür: "Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır".

Məsələ ilə ələqadər AQTA-dan Ucnoqta.az-a bildirilib ki, yeni tələblərin tətbiqinə hazırlıq məqsədilə 2027-ci il yanvarın 1-dək keçid dövrü müəyyən edilib: "Bu müddətdə ölkəyə idxal edilən heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbə üzrə yerləşdirilməsinə icazə veriləcək və daşınma zamanı maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60 baş, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş təşkil edəcək.

Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir".

Qeyd olunub ki, heyvanların idxalı zamanı istifadə olunan nəqliyyat vasitələri yalnız daşınma funksiyasını yerinə yetirmir: "Bu nəqliyyat vasitələri sərhəd baytarlıq nəzarəti məntəqələrində heyvanların təhlükəsiz şəkildə boşaldılması, fərdi kliniki müayinəsi və zərurət olduqda laborator müayinələr üçün nümunələrin götürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin konstruksiyası onların effektiv yuyulması, təmizlənməsi və dezinfeksiya edilməsinə imkan verir ki, bu da yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında əsas biotəhlükəsizlik tələblərindən biridir".

Agentlik əlavə edib ki, qərarın dərhal deyil, 2027-ci il yanvarın 1-dən tətbiq olunması və bu tarixədək keçid dövrünün müəyyən edilməsi də məhz sahibkarlıq subyektlərinin yeni tələblərə uyğunlaşması üçün kifayət qədər vaxt yaradılması məqsədi daşıyır: "Bundan əlavə, beynəlxalq standartlara uyğun ixtisaslaşdırılmış nəqliyyat vasitələri daha yüksək daşıma tutumuna malik olmaqla heyvanların rifah normaları gözlənilməklə daha səmərəli daşınmasına, logistika proseslərinin optimallaşdırılmasına və sərhəd baytarlıq nəzarətinin daha operativ həyata keçirilməsinə imkan yaradır. Bu baxımdan, yeni tələblərin uzunmüddətli perspektivdə həm heyvan sağlamlığının qorunmasına, həm də idxal proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 723   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 132
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca

30.09.2026 166
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

30.09.2026 235
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

30.09.2026 318
.

Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…

ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla

30.09.2026 263
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas

30.09.2026 276
.