Bank kartınız təhlükədədirmi? Bu qaydalara mütləq əməl edin

Bank kartınız təhlükədədirmi? Bu qaydalara mütləq əməl edin"Kartınızın təhlükəsizliyini qorumaq üçün PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya başqa yerdə qeyd etməyin. PİN kod yalnız sizə məlum olmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Həmçinin kartın arxa tərəfində yerləşən CVV kodunu, son istifadə tarixini və digər məxfi məlumatları yalnız etibarlı ödəniş platformalarında istifadə edin".

Bunu BiG.AZ-az açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.

O, qeyd edib ki, bankın adından göndərildiyi iddia olunan e-poçt və ya SMS-lərdəki şübhəli keçidlərə daxil olmayın. Bu cür mesajlar fişinq (phishing) hücumlarının bir hissəsi ola bilər. Onlayn bankçılıq və mobil tətbiqlərdə iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirin. Bu təhlükəsizlik mexanizmi hesabınıza icazəsiz giriş riskini əhəmiyyətli dərəcədə azaldır:

"Onlayn bank xidmətlərindən istifadə edərkən ictimai Wi-Fi şəbəkələrindən uzaq durun və yalnız təhlükəsiz internet bağlantısından istifadə edin.

Bankomatdan istifadə etməzdən əvvəl kart qəbul edən hissəni diqqətlə yoxlayın. Şübhəli qurğu və ya əlavə avadanlıq müşahidə etdikdə həmin bankomatdan istifadə etməyin. PİN kodunu daxil edərkən klaviaturanı əlinizlə örtün ki, məlumatınız kənar şəxslər tərəfindən görünməsin. POS-terminal vasitəsilə ödəniş etdikdən sonra isə çeki və ya qəbzi əməliyyatın uğurla başa çatdığına əmin olana qədər saxlayın.

Bankın mobil tətbiqindən və SMS bildiriş xidmətindən istifadə edin. Bu, hesabınız üzrə aparılan bütün əməliyyatlar barədə dərhal məlumat almağa imkan verir. Eyni zamanda, kartınız üçün onlayn ödəniş limiti müəyyən etməyiniz mümkün riskləri minimuma endirəcək.

Kartınız itərsə və ya oğurlanarsa, dərhal bankla və ya 24/7 müştəri xidməti ilə əlaqə saxlayaraq kartı bloklayın. Həmçinin özünüzün həyata keçirmədiyiniz əməliyyatlarla bağlı bildiriş aldıqda vaxt itirmədən kartı mobil tətbiq vasitəsilə bloklayın və bu barədə banka məlumat verin.

Təhlükəsizliyi artırmaq üçün onlayn alış-veriş zamanı virtual kartlardan istifadə etmək tövsiyə olunur. Belə kartlara yalnız həyata keçirəcəyiniz ödəniş məbləğini köçürməklə əsas hesabınızdakı vəsaiti mümkün risklərdən qoruya bilərsiniz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

30.09.2026 168
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30.09.2026 125
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 151
.

Tramp: "O məni sevir, narahat olmayın"

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is

30.09.2026 255
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 131
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30.09.2026 296
.