Etnanın tarixdə ən dağıdıcı püskürmələri: Onlar yenidən baş verə bilərmi?

Etnanın tarixdə ən dağıdıcı püskürmələri: Onlar yenidən baş verə bilərmi?Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrini və minlərlə evi məhv edib.

Qaynarinfo xəvbər verir ki, "ScienceDirect" jurnalında dərc olunan "Son 2500 il ərzində Etna yamaclarında baş vermiş püskürmələr haqqında müasir biliklər" adlı elmi məqalədə 1669-cu il püskürməsi vulkanın sənədləşdirilmiş tarixində ən dağıdıcı hadisələrdən biri kimi göstərilir.

Həmin püskürmə martın 11-də başlayıb və yalnız iyul ayında başa çatıb. Vulkanın cənub yamacında uzun çat yaranıb və buradan böyük həcmdə lava axmağa başlayıb. Vulkanoloqların hesablamalarına görə, təxminən 600 milyon kubmetr ərimiş süxur səthə çıxıb, lava axını isə 40 kvadratkilometrə yaxın ərazini əhatə edib.

Ən azı 10 yaşayış məntəqəsi tamamilə məhv olub, daha sonra lava Kataniya şəhərinə çatıb. Lava şəhər istehkamlarının bir hissəsini dağıdıb və dənizə qədər irəliləyərək sahil xəttinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olub. Ölənlərin dəqiq sayı məlum deyil, lakin müxtəlif mənbələrdə bu rəqəmin 100 min nəfərə çata biləcəyi qeyd olunur.

122-ci il püskürməsi də böyük fəlakət kimi qiymətləndirilir. Bu hadisə güclü partlayışlar və böyük həcmdə vulkan külünün yayılması ilə müşayiət olunub. Kataniya şəhəri kül altında qalıb və Roma Senatı şəhər sakinlərini iqtisadi bərpa məqsədilə 10 il müddətinə vergidən azad edib.

Daha bir güclü püskürmə 1169-cu ildə baş verib. Bu hadisə və onunla əlaqəli zəlzələlər nəticəsində təxminən 15 min insan həyatını itirib.

Etna tez-tez püskürsə də, müasir dövrdə baş verən hadisələr adətən daha az təhlükəli olur və böyük insan tələfatına səbəb olmur. Əksər hallarda bu püskürmələr yavaş hərəkət edən lava axınları və ya stromboli tipli partlayışlarla müşayiət olunur.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) mütəxəssisləri daimi monitorinq vasitəsilə vulkan aktivliyindəki dəyişiklikləri əvvəlcədən müəyyən etməyə çalışırlar. Zərurət yarandıqda hakimiyyət orqanları təhlükəli əraziləri bağlayır və aviasiya hərəkətinə məhdudiyyətlər tətbiq edir.

Bununla belə, böyük fəlakətli ssenarinin təkrarlanması tamamilə istisna edilmir. Geoloji araşdırmalar göstərir ki, Etna vulkanının püskürmə xarakteri əsrlər ərzində dəyişib. 1669-cu ildən sonra böyük püskürmələr daha nadir baş versə də, vulkan hələ də yüksək aktivliyini saxlayır.

Alimlərin fikrincə, vulkanın yamaclarının demək olar ki, istənilən hissəsində yeni çatlar yarana bilər və gələcək püskürmənin miqyasını əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil.

Etna vulkanı iyul ayının əvvəlində yenidən aktivləşib və təxminən 1,5 kilometr hündürlüyə kül sütunu püskürüb. Hadisə səbəbindən Kataniya hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb: bəzi reyslər ləğv edilib və ya gecikdirilib, 23 təyyarə isə Palermoya yönləndirilib.

Mütəxəssislərin məlumatına görə, hazırda Etnada stromboli tipli aktivlik müşahidə olunur. Bu, qaz, kül və vulkanik süxurların qısa müddətli, lakin müntəzəm şəkildə xaric olması ilə xarakterizə edilən püskürmə növüdür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 631   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

30.09.2026 168
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30.09.2026 125
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 151
.

Tramp: "O məni sevir, narahat olmayın"

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is

30.09.2026 255
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 131
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30.09.2026 296
.