Bu məşhur dağ kurortlarında villa və qonaq evləri kütləvi şəkildə satışa çıxarılıb

Bu məşhur dağ kurortlarında villa və qonaq evləri kütləvi şəkildə satışa çıxarılıbRumıniyanın məşhur dağ kurortları olan Bran və Moeçiu bölgələrində villa və qonaq evlərinin sahibləri əmlaklarını kütləvi şəkildə satışa çıxarırlar. Buna səbəb turist sayının azalması və istirahətə gələnlərin artıq təkcə gecələmək üçün yer deyil, daha geniş xidmətlər təklif edən məkanlara üstünlük verməsidir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Rumıniya Milli Statistika İnstitutunun açıqladığı rəqəmlərə əsasən, Bran və Moeçiu yaşayış məntəqələrində əsasən istirahət evi kimi istifadə olunan 1700-dən çox müvəqqəti boş yaşayış obyekti var. Bran bələdiyyəsinin nümayəndələri bildiriblər ki, bölgədə 600 obyekt rəsmi olaraq turizm məqsədli fəaliyyət göstərir. Son bir il ərzində onların doluluq səviyyəsi təxminən 20 faiz azalıb. Bran kommunasının meri Kosmin Feroyu bildirib ki, bir çox sahibkar biznes qurmaq üçün kredit götürüb. Turist axını azaldıqda isə kredit ödənişlərini etmək və gəlir əldə etmək çox çətinləşir. Hazırda daşınmaz əmlak elanları platformalarında Bran və Moeçiu bölgələrində 62 ev, villa, bağ evi və qonaq evi satışa çıxarılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 86 faiz artım deməkdir. Kvadratmetrin qiyməti isə bölgədən asılı olaraq dəyişir. Daşınmaz əmlak platformasının nümayəndəsi Monika Dudau bildirib ki, Bran bölgəsində orta qiymət hər kvadratmetr üçün 1306 avro, Moeçiuda isə 1116 avrodur. Rumıniya Otelçilik Sənayesi Federasiyasının nümayəndələrinin sözlərinə görə, qonaq evlərinin əksəriyyəti köhnədir və uzun illərdir yenilənməyib. Mütəxəssislər qeyd edirlər ki, müasir turistlər artıq yalnız gecələmə yeri və həyətdə manqalla kifayətlənmir, daha keyfiyyətli xidmət və əlavə istirahət imkanları axtarırlar.

Avropada mənzil bazarında vəziyyət

Son məlumatlara görə, 2025-ci ildə Avropada mənzil almaq baxımından ən bahalı şəhər yerli orta əməkhaqqı ilə müqayisədə Amsterdam olub. Ən əlverişli şəhər isə İtaliyanın Turin şəhəri hesab edilir. Bununla yanaşı, 2024-2025-ci illərdə ukraynalılar Bolqarıstanda daşınmaz əmlak almağa maraq göstəriblər. Ən çox tələbat Qara dəniz sahilində yerləşən Varna, Burqas və Nesebar kurortlarına, həmçinin qış turizmi ilə məşhur Bansko və Pamporovo bölgələrinə yönəlib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 628   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

30.09.2026 168
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30.09.2026 125
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 151
.

Tramp: "O məni sevir, narahat olmayın"

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is

30.09.2026 255
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 131
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30.09.2026 296
.