"Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji münasibətlərə malik nadir ölkələrdən biridir" - BƏHRUZ QULİYEV
"İsraildə 1915-ci il hadisələrinin 'erməni soyqırımı' kimi tanınması təşəbbüsünün gündəmə gətirilməsi təkcə tarixi məsələ deyil, həm də ciddi geosiyasi və diplomatik məzmun daşıyan bir hadisə idi. Bu proses bir daha göstərdi ki, Cənubi Qafqaz və Yaxın Şərqdə baş verən hadisələr artıq bir-birindən ayrı deyil, vahid geosiyasi kontekstdə qiymətləndirilir.
Azərbaycan bu məsələdə prinsipial, təmkinli və milli maraqlara söykənən mövqe nümayiş etdirdi. Bakı tarixi hadisələrin siyasi alətə çevrilməsinin əleyhinə olduğunu açıq şəkildə bəyan etdi və İsrail tərəfini bu qərarı yenidən nəzərdən keçirməyə çağırdı. Bu, hansısa dövlətə qarşı çıxmaq deyil, strateji tərəfdaşa dostcasına edilən səmimi xəbərdarlıq idi." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji münasibətlərə malik nadir ölkələrdən biridir. Məhz buna görə Bakı emosiyalarla deyil, diplomatik məsuliyyət hissi ilə hərəkət etdi. Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycanın xarici siyasətinin dəyişməz istiqamətidir və Ankara üçün xüsusi həssaslıq doğuran məsələlərdə Azərbaycanın mövqeyi əvvəldən bəlli idi.
Diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın ortaya qoyduğu arqumentlər İsrail cəmiyyətində, ekspert dairələrində və siyasi mühitdə də ciddi müzakirələr yaratdı. Getdikcə belə bir fikir formalaşdı ki, bu təşəbbüs nə İsrailin milli maraqlarına, nə də regionda formalaşmış strateji əməkdaşlıq mühitinə xidmət edir.
"Düşünürəm ki, prosesin dayandırılması onu göstərdi ki, düşünülmüş diplomatiya bəzən ən sərt bəyanatlardan daha təsirli olur.
Bu hadisə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisidir. Artıq Azərbaycan yalnız regional prosesləri izləyən dövlət deyil, onların istiqamətinə təsir göstərən, mövqeyi dinlənilən və nəzərə alınan mühüm siyasi aktordur. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizə belə imkanlar qazandırıb.
Bu gün Azərbaycanın sözü beynəlxalq platformalarda eşidilir, tərəfdaşları tərəfindən diqqətlə qiymətləndirilir. Ən önəmlisi isə budur ki, ölkəmiz dostluq münasibətlərini qorumaqla yanaşı, milli maraqları və müttəfiqlərinin həssas yanaşdığı məsələləri də qətiyyətlə müdafiə etməyi bacarır.
Məhz buna görə də baş verən hadisə təkcə bir diplomatik epizod deyil. Bu, Azərbaycanın siyasi çəkisinin, diplomatik imkanlarının və beynəlxalq etimadının real nəticəsidir. Gələcək dövrdə də ölkəmizin prinsipial, uzaqgörən və balanslaşdırılmış xarici siyasəti regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfələr verəcək." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 526 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFutbol klubunun prezidenti başından güllələndi
"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll
30.09.2026 168 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
30.09.2026 268 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 154 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)
Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd
30.09.2026 125 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 151 Tramp: "O məni sevir, narahat olmayın"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is
30.09.2026 255 Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30.09.2026 131 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30.09.2026 302 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30.09.2026 296