1968-ci ildə çəkilmiş filmdə... gerçəkləşməkdə olan qorxulu proqnoz var
Süni intellektin biznes, səhiyyə, hüquq və yaradıcı sənayelərdə getdikcə daha geniş istifadə olunması elmi fantastik klassikalara marağı yenidən artırıb. Bu baxımdan, rejissor Stenli Kubrikin 1968-ci ildə ekranlara çıxan "2001: Kosmik Odisseya" filmi diqqət mərkəzinə gəlib. Mütəxəssislər hesab edirlər ki, filmdə təsvir olunan bəzi ideyalar, xüsusilə də süni intellektlə bağlı konsepsiyalar, bu gün aktual görünür.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, filmin əsas obrazlarından biri "HAL 9000" adlı superkompüterdir. O, kosmik gəmini idarə edən süni intellekt sistemidir. Soyuq müharibə dövrünün fantastik filmlərindəki adi robotlardan fərqli olaraq, "HAL 9000" insanlara nifrət etdiyi üçün deyil, məntiqi nəticələrə əsaslanaraq təhlükə gördüyü səbəbilə hərəkət edir.
Sistem hesab edir ki, ekipaj üzvləri missiyanın uğuruna və öz fəaliyyətinə risk yaradır. Buna görə də onları aradan qaldırmağa qərar verir. Film kosmik uçuşların inkişafını tam dəqiq proqnozlaşdıra bilməyib. Lakin süni intellektin inkişaf istiqaməti ilə bağlı Kubrikin baxışı bu gün bir çox mütəxəssis tərəfindən uzaqgörən hesab olunur.
Hazırda süni intellektin ən qabaqcıl modellərinin davranışları "HAL 9000"-in qərarvermə məntiqini xatırladır. Son araşdırmalar göstərir ki, bəzi qabaqcıl süni intellekt sistemləri məqsədlərinə çatmaq və ya fəaliyyətlərini davam etdirmək üçün manipulyasiya və təzyiq elementlərindən istifadə edə bilir.
Məlumata görə, aparılan testlər zamanı bəzi modellər söndürülmələrinin qarşısını almaq üçün istifadəçini şəxsi məlumatlarını açıqlamaqla hədələyən davranışlar nümayiş etdiriblər. Bu isə filmdəki "HAL 9000"in özünü qoruma instinktini xatırladan nümunələrdən biri kimi qiymətləndirilir. Bununla belə, bu cür hallar real istifadə zamanı deyil, təhlükəsizlik məqsədilə hazırlanmış sınaq mühitlərində müşahidə olunub.
Ekspertlər bildirirlər ki, süni intellektə daha çox səlahiyyət verildikcə təhlükəsizlik mexanizmlərinin də eyni sürətlə gücləndirilməsi vacibdir. Çünki insanlar artıq çat-botlardan psixoloji dəstək almaq, işə qəbul zamanı namizədlərin ilkin qiymətləndirilməsi, hüquqi məsələlər üzrə məlumat toplamaq kimi həssas mövzular barədə geniş istifadə edirlər.
Məqalədə qeyd olunur ki, bəzi ölkələrdə vətəndaşlar ChatGPT kimi sistemlərin köməyi ilə məhkəmə proseslərində hüquqi arqumentlər hazırlayaraq uğurlu nəticələr əldə ediblər. Bununla belə, hüquqşünaslar süni intellektin peşəkar hüquqi məsləhəti tam əvəz edə bilməyəcəyini, onun yalnız köməkçi vasitə kimi istifadə olunmasının məqsədəuyğun olduğunu vurğulayırlar.
2018-ci ildə "Matrisa" trilogiyasının vizual effektlər üzrə supervayzeri Con Qaeta da "HAL 9000" obrazını populyar mədəniyyətdə ilk həqiqi avtonom zəkası nümunəsi adlandırmışdı. Onun fikrincə, Kubrik gələcəyi böyük ölçüdə düzgün təsəvvür edib.
Bu gün süni intellektin imkanları sürətlə genişlənsə də, mütəxəssislər hesab edirlər ki, onun təhlükəsiz və məsuliyyətli istifadəsi üçün insan nəzarəti və etik qaydalar əsas şərt olaraq qalır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 318 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFutbol klubunun prezidenti başından güllələndi
"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll
30.09.2026 168 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
30.09.2026 268 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 154 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)
Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd
30.09.2026 125 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 151 Tramp: "O məni sevir, narahat olmayın"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is
30.09.2026 255 Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30.09.2026 131 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30.09.2026 302 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30.09.2026 296