Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib

Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibAzərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də "Xankəndi" hotelinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına "Xankəndi" Mehmanxana Kompleksinə aid "Xankəndi" hotelində yaradılmış şərait haqqında məlumat verdi.

Bildirildi ki, dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var. Otaqlardan 92-si "deluxe", 4-ü "superior", 3-ü "deluxe suite" və 2-si isə "executive suite" kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər. Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.

Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.

Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də turizm infrastrukturunun inkişafına xüsusi önəm verilir. Qədim tarixə malik Xankəndi şəhərində müasir hotellərin, istirahət mərkəzlərinin və iaşə obyektlərinin yaradılması bu gün prioritet istiqamətlərdən biridir. Bu, qonaqlar üçün yüksək standartlara uyğun rahat mühit yaratmaqla yanaşı, Xankəndinin bərpasındakı sürətli dinamikanı və görülən işlərin real miqyasını birbaşa nümayiş etdirir.

Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edibPrezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 116   Tarix: 11 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizi

15:49 163
.

ABŞ İrandan Hörmüzdəki hücumları dayandıracağını açıq şəkildə tələb edir və rüsum tətbiq etməyəcəyini bildirir

ABŞ-ın yüksək vəzifəli rəsmiləri bildiriblər ki, ABŞ İrandan Hörmüz boğazında gəmilərə hücumları dayandıracağını və boğazdakı bütün zolaqların rüsumsuz gəmiçilik üçün açıq olacağını açıq şəkildə bildirməsini tələb edir. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, İran dünya neft tədarükünü

11:12 206
.

Məktəbli forması ilə bağlı YENİ DƏYİŞİKLİKLƏR

Milli Məclisdə keçirilən iclasında "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. -un məlumatına görə, layihəyə əsasən, məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir. Belə ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikli

14:59 315
.

Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü

Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimo

14:10 165
.

Prezident Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfində

16:09 146
.

İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq

Bu ilin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə (45 nəfər) qayıdacaq. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən məlumat verilib

17:10 125
.

CNN: Peyk görüntüləri İranın nüvə obyektlərini yenidən qurmağa çalışdığını göstərir

CNN-in əldə etdiyi peyk görüntüləri göstərir ki, İran ABŞ və İsraillə müharibədə kövrək atəşkəs dövründə nüvə obyektlərini yenidən qurmağa çalışa bilər. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, bir neçə nüvə və raket obyektindən götürülmüş görüntülər göstərir ki, İran ötən ay ABŞ ilə imzaladığ

11:22 195
.

Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu - Video

Norveç millisinin hücumçusu Erlinq Haaland təkcə Dünya Çempionatındakı möhtəşəm oyunu ilə deyil, həm də illər əvvəl yazdığı replə yenidən diqqət mərkəzinə düşüb. "Qafqazinfo" xəbər verir ki, "Mançester Siti"nin ulduz futbolçusunun 2016-cı ildə dostları Erik Botheim və Erik Tobia

10.07.2026 341
.

Müctəba Xamenei atasının ölümünə görə qisas alınacağına söz verdi

İranın dini lideri Müctəba Xamenei Tehranın ABŞ-İsrail zərbələrinin qurbanı olan Əli Xameneinin və digər iranlıların ölümünə görə qisas alacağına söz verib. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Müctəba Xamenei atası, keçmiş dini liderin dəfn mərasimi münasibətilə yazılı müraciətində bildirib

18:20 58
.

TOP MP3