Bu şəxslər 65 yaşı gözləmədən pensiya ala biləcək
İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Beləliklə, qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşib. Kişilər üçün pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 yaş olaraq müəyyən edilib. "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların pensiya yaşı isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Ölkə.az-a açıqlamasında bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur:
"Güzəştli şərtlər ilə pensiya hüququ "Əmək pensiyaları" haqqında qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi "uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri", 9-ci maddəsi isə "güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri" müəyyən edir.
Sözügedən qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar, əgər bu hüquqdan atalar istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar.
Qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qaznan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır".
Deputat qeyd edib ki, bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflər təqdim edirlər:
"Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır. Bu tək qadınlar daxil olmaqla, bir sıra vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 759 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTale Heydərov anası ilə şəklini paylaşdı
Avqustun 13-də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz xanımın ad günü olub. "Qafqazinfo" xəbər verir ki, nazirin oğlu Tale Heydərov sosial şəbəkə hesabında 64 yaşı tamam olan anası ilə fotosunu paylaşıb. Qeyd edək ki, "Qəbələ" idman klubunun keçmiş prezident
18.08.2026 317 Qızılın qiyməti bahalaşdı
Azərbaycanda qızılın 18 avqust 2026-cı il tarixinə olan qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 465,94 manat, 1 qram qızılın qiyməti isə 240,04 manat təşkil edir. Qızılın əyarına görə qiyməti isə, 99 əyyar (təmiz qızıl) - 240,04 manat, 750 əyyar (İtalya
18.08.2026 76 Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlə
18.08.2026 258 Trampın reytinqi ən aşağı səviyyədədir
"Reuters/Ipsos" sorğusuna görə, Donald Trampın reytinqi prezidentliyi dövründə ən aşağı səviyyəyə düşüb. "Yeni Sabah" xəbər verir ki, amerikalıların böyük əksəriyyəti ABŞ-İran müharibəsinin uzun müddət davam edəcəyindən narahatdır. Sorğuda respondentlərin yalnız 33%-i Trampın Ağ Evdək
18.08.2026 107 Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir?
Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər. xəbə
18.08.2026 1 Kimlər universitetə imtahansız qəbul ola bilər? - DİM açıqladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Ali məktəblərə qəbul prosesində bütün abituriyentlər eyni qaydada imtahan vermir. Müəyyən kateqoriyalara aid şəxslər qanunvericilikdə nəzərdə tutulan xüsusi imkanlardan yararlanaraq müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul ola bilirlər. Dövlət İmtahan Mərkəzinin avqustun 17-də açıqladığı məluma
18.08.2026 211 Prezident təqaüdçüləri ailə qurur
2021-ci ildə Prezident təqaüdçüləri olan Ruslan Murtuzov və Arzu Məmmədova ailə həyatı qurur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib. Bildirilib ki, Sumqayıtda yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və İstedad liseyinin məzunlar
18.08.2026 217 Yaponiya-Rusiya arasında ərazi mübahisəsi yenidən alovlandı
Yaponiya ilə Rusiya arasında uzun illərdir davam edən Kuril adaları mübahisəsi yenidən diqqət mərkəzinə gəlib. The Guardian yazır ki, Vladimir Putinin bölgəyə səfəri 150 ilə yaxın tarixə malik ərazi mübahisəsini yenidən gündəmə gətirib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, mübahisə əsasə
18.08.2026 200 İmran Xan həbsxanadan xəstəxanaya köçürülür
Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. "Qafqazinfo" yerli "Dawn" qəzetinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin məmura ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qəra
18.08.2026 225