"İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır" - BƏHRUZ QULİYEV
"Son günlər İsrail kəşfiyyatının ABŞ administrasiyasını İranın Prezident Donald Trampa qarşı mümkün sui-qəsd planı barədə xəbərdar etməsi və bunun ardınca ABŞ senatoru Lindsey Qrehemin qəfil vəfat etməsi beynəlxalq siyasi dairələrdə müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Lakin geosiyasətdə təsadüflərlə faktları bir-birindən ayırmaq son dərəcə vacibdir.
Bu günə qədər ABŞ-ın heç bir rəsmi qurumu Lindsey Qrehemin ölümündə İranın və ya hər hansı xarici dövlətin iştirak etdiyini bəyan etməyib. Ona görə də bu hadisəni İranın həyata keçirdiyi sui-qəsd kimi təqdim etmək üçün hüquqi və kəşfiyyat baxımından kifayət qədər sübut mövcud deyil. Dövlətlərarası münasibətlərdə ittihamlar ehtimallara deyil, sübuta əsaslanmalıdır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert bildirib ki, bununla yanaşı, İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır. İran rəhbərliyi ABŞ və İsrailə qarşı sərt ritorikanı davam etdirir, ABŞ isə Prezident Donald Tramp və digər yüksək vəzifəli şəxslərin təhlükəsizliyini prioritet məsələ hesab edir. Belə şəraitdə kəşfiyyat orqanlarının mümkün sui-qəsd ssenarilərini araşdırması tamamilə təbii və gözlənilən addımdır.
"Hesab edirəm ki, İranın ABŞ prezidenti və yüksək rütbəli rəsmilərinə qarşı birbaşa sui-qəsd həyata keçirməsi nəzəri baxımdan mümkün olsa da, praktik baxımdan son dərəcə yüksək risk daşıyır. Çünki belə bir addım ABŞ tərəfindən yalnız terror aktı kimi deyil, milli təhlükəsizliyə qarşı birbaşa hücum kimi qiymətləndiriləcək və bunun cavabı çox sərt ola bilər. Məhz buna görə də Tehran, əgər belə niyyətlər mövcud olsa belə, birbaşa iz buraxacaq əməliyyatlardan maksimum dərəcədə yayınmağa çalışar.
Digər tərəfdən, İran daxilində müxtəlif güc mərkəzlərinin, xüsusilə radikal qrupların mövqeyi ilə dövlətin rəsmi siyasətini də fərqləndirmək lazımdır. Bəzən sərt bəyanatlar siyasi-psixoloji təzyiq vasitəsi olur və onların hamısı əməli fəaliyyətə çevrilmir.
Hazırkı mərhələdə ən real ssenari ABŞ daxilində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, kəşfiyyat məlumatlarının intensiv mübadiləsi və İranla bağlı bütün risklərin xüsusi nəzarətdə saxlanılmasıdır. Lindsey Qrehemin ölümü ətrafında müxtəlif fərziyyələr irəli sürülsə də, rəsmi istintaqın nəticələri açıqlanmadan hər hansı dövləti ittiham etmək siyasi baxımdan da, hüquqi baxımdan da düzgün yanaşma hesab oluna bilməz.
Bugünkü geosiyasi reallıq göstərir ki, Yaxın Şərqdə qarşıdurma artıq yalnız hərbi meydanda deyil, kəşfiyyat, informasiya və psixoloji müharibə müstəvisində də davam edir. Belə şəraitdə hər bir məlumatın emosiyalarla deyil, təsdiqlənmiş faktlarla qiymətləndirilməsi beynəlxalq sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 583 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30.09.2026 302 Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30.09.2026 131 Tramp: "O məni sevir, narahat olmayın"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is
30.09.2026 255 Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30.09.2026 191 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
30.09.2026 268 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 151 Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
30.09.2026 196 Futbol klubunun prezidenti başından güllələndi
"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll
30.09.2026 168 ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
30.09.2026 164