Pestisidli məhsullar necə aşkarlanır? - Laboratoriya yoxlamaları kifayət edirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Meyvə və tərəvəzlərin bol və keyfiyyətli məhsul verməsi üçün fermerlər zərərvericilərə və xəstəliklərə qarşı pestisidlərdən istifadə edirlər. Lakin bu kimyəvi maddələrin normadan artıq tətbiqi məhsullarda insan sağlamlığı üçün risk yarada biləcək qalıqların qalmasına səbəb ola bilər.
Bu isə istehlakçılar arasında "Bazarlarda və marketlərdə satılan meyvə-tərəvəzlər laboratoriya yoxlamasından keçirilirmi?", "Pestisid qalıqları necə müəyyən edilir?" kimi suallar doğurur. Azərbaycanda aidiyyəti qurumlar məhsullardan nümunələr götürərək laborator analizlər apardıqlarını, müasir avadanlıqlarla yüzlərlə növ pestisid qalığını müəyyən edə bildiklərini bildirirlər.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, meyvə və tərəvəz istehsalında zərərvericilər, xəstəliklər və alaq otları ilə mübarizə məqsədilə pestisidlərdən istifadə olunur. Onun sözlərinə görə, bu maddələr düzgün növdə, normada və gözləmə müddətinə riayət edilməklə tətbiq edildikdə məhsulun təhlükəsizliyi baxımından risk minimuma enir: "Əsas məsələ pestisidin istifadə edilməsi deyil, onun qanunvericiliyin tələblərinə uyğun və nəzarət altında tətbiq olunmasıdır. Azərbaycanda satışa çıxarılan meyvə və tərəvəzlər üzərində dövlət nəzarəti həyata keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yerli istehsal və idxal olunan məhsullardan nümunələr götürülərək akkreditə olunmuş laboratoriyalarda pestisid qalıqları da daxil olmaqla müxtəlif göstəricilər üzrə analizlər aparılır. Normadan artıq pestisid qalığı aşkarlanarsa, həmin məhsulların dövriyyədən çıxarılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
Bununla yanaşı, heç bir ölkədə bazara çıxarılan bütün məhsulların 100 faiz laborator analizindən keçirilməsi praktik olaraq mümkün deyil. Nəzarət əsasən risk əsaslı yanaşma ilə həyata keçirilir. Buna görə də istehsalçıların düzgün aqrotexniki qaydalara əməl etməsi və fermerlərin yalnız qeydiyyatdan keçmiş pestisidlərdən istifadə etməsi böyük əhəmiyyət daşıyır.
İstehlakçılar da məhsul seçərkən etibarlı satış məntəqələrinə üstünlük verməli, meyvə və tərəvəzləri axar su altında yaxşı yumalı, mümkün olduqda qabığını soyaraq və ya xarici yarpaqlarını təmizləyərək istifadə etməlidirlər. Bu tədbirlər həm pestisid qalıqlarının, həm də səthdə ola biləcək digər çirkləndiricilərin miqdarının azalmasına kömək edir.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 150 Tarix: 14 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolşadan Ukraynaya Patriot raketləri ilə bağlı açıqlama
Polşanın hazırda Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi üçün əlavə raketlər verməyi planlaşdırmadığı bildirilir. xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk Parisdə keçirilən "Könüllülər Koalisiyası"nın iclasından sonra jurnalistlərə açıqlamasınd
11:12 127 Tənqidi qətnaməyə baxmayaraq Gürcüstan ATƏT-dən imtina etmir
Gürcüstan hökuməti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyası ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb. Bu qərar Gürcüstan nümayəndə heyətinin qəbul edilən tənqidi qətnaməyə etiraz olaraq iclası tərk etməsinə baxmayaraq verilib. xəbər verir ki, bu barədə TAS
11:41 109 Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Media haqqında" Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsini
11:34 107 AFP xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreyndə partlayış səsləri eşidilib
AFP əməkdaşları Bəhreyndə partlayış səsləri eşidiblər. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, hazırda İran Bəhreynə zərbələr endirir. İranın verdiyi açıqlamaya görə Bəhreyndəki ABŞ hərbi bazaları hədəf alınıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
12:39 50 İran sanksiyalar fonunda neft ixracını artırır
ABŞ hökumətinin 14 iyul tarixindən etibarən müvəqqəti ixrac icazəsini ləğv etməsi və İrana qarşı dəniz blokadasını yenidən tətbiq etdiyini açıqlaması fonunda Tehran Hörmüz boğazı vasitəsilə neft ixracını aktiv şəkildə davam etdirir. xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Agentliyi
11:22 120 Deputatdan Mirşahinin "hamam", "diş yuma" və "tərbiyəsizlik" ittihamına cavab
Son günlər sosial şəbəkələrdə Mirşahin Ağayevin Real TV-də yayımlanan "Media masası" verilişində televiziya ilə bağlı səsləndirilən fikirlər müzakirə olunur. Tanınmış jurnalist televizora baxmamağı "tərbiyəsizlik" adlandırıb:. "Televizora baxmıram" sözünü deyən adama bilirsini
13.07.2026 369 Media və Yayım Şurası yaradılır
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. "Qafqazinfo" APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Media v
11:27 109 Fermerlər niyə aqrar sığortadan istifadə etmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kənd təsərrüfatı təbii fəlakətlər, iqlim dəyişiklikləri, xəstəliklər və digər gözlənilməz risklərdən ən çox təsirlənən sahələrdən biridir. Belə hallarda fermerlərin maliyyə itkilərinin azaldılması üçün aqrar sığorta mühüm alətlərdən biri hesab olunur. Buna baxmayaraq, Azərbaycanda son illərdə bu sahəd
11:49 88 BƏƏ İranın Hörmüz boğazında neft tankerlərinə raket zərbələri endirdiyini, bir dənizçinin öldüyünü bildirib
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Hörmüz boğazında iki BƏƏ neft tankerinin İranın kruiz raketləri ilə vurulması nəticəsində bir Hindistan ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə strateji su yolund
10:51 113