"Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq..." - Saatlarla növbə gözləyirlər

"Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq..." - Saatlarla növbə gözləyirlərPaytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən xəstəxanaya müraciət edən vətəndaşlar həkim qəbuluna düşmək üçün düz 5 saat növbə gözlədiklərindən gileylənirlər.

"Qafqazinfo" ATV-yə istinadən xəbər verir ki, səhər saatlarından xəstəxanaya üz tutan sakinlər gün sonuna qədər müayinə olunmağı gözləyirlər.

Vətəndaşların sözlərinə görə, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər saatlarla ayaqüstə qalırlar: "Növbə sistemi yoxdur, həkimlərin sayı azdır, saat 9-dan gəlmişik və 2-in yarısıdır, hələ də növbə gözləyirik. Soruşanda da təkcə bu sözü eşidirik: Növbənizi gözləyin".

Vətəndaşlardan biri qeyd edib ki, Respublika Klinik Xəstəxanasında aparılan təmir işləri ilə əlaqədar bəzi şöbələr müvəqqəti olaraq Bilgəh Modul Tipli Xəstəxanaya köçürülüb. Bu səbəbdən burada sıxlıq daha da artıb. Üstəlik, müxtəlif rayonlardan da üz tutanlar var.

Şikayətlərlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) belə cavab verilib: "Respublika Klinik Xəstəxanasının inzibati binasında əsaslı təmir işləri aparıldığı üçün tibb müəssisəsinin 6 terapevtik şöbəsi müvəqqəti olaraq Bilgəh Modul Tipli Xəstəxanaya köçürülüb. Bilgəh korpusuna müraciət edənlərin əksəriyyətini əlilliklə bağlı ilkin və təkrar müayinəyə gələn nevrolaji profilli pasiyentlər təşkil edir. Bu səbəbdən müraciət edən şəxslər arasında əlilliyi olan şəxslərin sayı kifayət qədər çoxdur.

Xəstəxanada qəbul prosesi mövcud qaydalara uyğun növbə ardıcıllığı əsasında həyata keçirilir. Növbədənkənar qəbul isə yalnız qanunvericiliklə müəyyən edilmiş imtiyazlı kateqoriyalara şamil olunur. Bəzi günlərdə müraciət sayının çoxalması gözləmə müddətinin artmasına səbəb ola bilər. Bununla belə, pasiyentlərin qəbulunun operativ təşkili üçün zəruri tədbirlər görülür".

Daha ətraflı videomatrealda:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 400   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.