Bənizin 11 il həbsi tələb edildi
Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi yekun çıxış edib.
Prokuror bəyan edib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Bu əsasla Bəniz hədə-qorxu ilə 836 min manat pul tələb etməkdə və xuliqanlıqda təqsirli bilinməli, 11 il müddətinə azadlıqdan məhrum edilməlidir.
Hakim Fəxri Məmmədov müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Qeyd edək ki, Bəniz 2024-cü ilin sonunda qeyri-rəsmi münasibətdə olduğu biznesmen sevgilisi Xalid Kərimovun polisə şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Tiktoker əvvəl ev dustaqlığına buraxılsa da, sonradan ittihamın ağırlaşdırılması və zərərçəkmişin israrı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Lakin məhkəmə dövründə Xalid Kərimov mövqeyini dəyişərək Bənizə qarşı şikayətini geri götürdüyünü açıqlayıb. Əvvəllər hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək kömək istəyən zərərçəkmiş sonradan dəfələrlə keçmiş sevgilisinin ev dustaqlığına buraxılmasını xahiş edib. Buna baxmayaraq, məhkəmə ittihamın ağırlığını və zərərçəkmişin dəyişik ifadələrini nəzərə alaraq Bənizin həbsdə qalmasına qərar verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 757 Tarix: 14 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459