Keçmiş futbolçu saxlanıldı

Keçmiş futbolçu saxlanıldıTürkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb.

Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birində baş verib. Nihat Kahveci və həyat yoldaşı arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Restoranda başlayan mübahisədən sonra Fulya Sever Kahveci məkanı tərk edib.

İddialara əsasən, Nihat Kahveci avtomobili ilə onun arxasınca gedərkən yol-nəqliyyat hadisəsinə qarışıb. Məlumatlarda onun alkoqollu olduğu da qeyd olunur. Bu iddialarla bağlı yekun istintaq nəticəsi hələ açıqlanmayıb.

Hadisədən sonra Fulya Sever Kahveci sosial media hesabında yayımladığı açıqlamada həyat yoldaşının ona qarşı zorakılıq tətbiq etmədiyini bildirib.

"2018-ci ildən evliyik və iki övladımız var. Münasibətimizi hər zaman sevgi və hörmət çərçivəsində qorumuşuq. Həyat yoldaşımın mənə qarşı zorakılıq göstərməsi mümkün deyil. Bu cür yalan xəbərləri qınayıram. Ən azından soruşa bilərdiniz", - o qeyd edib.

Sonradan isə paylaşımını silib.

İstintaq çərçivəsində F. Kahvecinin şikayətçi olmadığı, tibbi ekspertiza üçün müraciət etməkdən və ifadə verməkdən imtina etdiyi bildirilir.

Sabiq futbolçu isə ifadə verdikdən sonra sərbəst buraxılıb.

46 yaşlı Nihat Kahveci futbol karyerası ərzində Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Socyedad" və "Vilyarreal" klublarında çıxış edib. O, 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurduqdan sonra idman şərhçisi kimi fəaliyyət göstərməyə başlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşadakı Forum başa çatdı

Şuşa şəhərində keçirilən "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Qlobal Media Forumu başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Forumun ilk günündə Prezident İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb, onların sualların

16:51 113
.

AFP xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreyndə partlayış səsləri eşidilib

AFP əməkdaşları Bəhreyndə partlayış səsləri eşidiblər. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, hazırda İran Bəhreynə zərbələr endirir. İranın verdiyi açıqlamaya görə Bəhreyndəki ABŞ hərbi bazaları hədəf alınıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

12:39 157
.

Yerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?

Müəllifləri Ceykob Hakk-Misra və Erik Vulf olan, "JGR Atmospheres" elmi jurnalında dərc edilmiş araşdırmada beynəlxalq alimlər qrupu Yer kürəsinin gələcək təkamülünü modelləşdirərək belə nəticəyə gəlib ki, təxminən 1,9 milyard ildən sonra planetin səthində orta temperatur 65C-yə çata bilər

13.07.2026 354
.

Azərbaycan Slovakiya iqtisadi əlaqələr daha da genişlənir

İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə

14:39 132
.

Bu meyvələri yuyub saxlamayın - Tez xarab olacaqlar

Meyvə və tərəvəzləri yumadan yeməmək sağlamlıq baxımından vacib sayılsa da, bəzi məhsulları əvvəlcədən yuyub soyuducuya qoymaq onların daha tez xarab olmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bəzi meyvələr yalnız istifadə etməzdən dərhal əvvəl yuyulmalıdır. bu barədə xarici mediaya istinadl

18:45 1
.

Tramp ABŞ-ın İrana "çox sərt zərbə endirməyə" hazır olduğunu bildirib və Pikakse dağını mümkün hədəf adlandırıb

ABŞ prezidenti Tramp ABŞ-ın bu gecə və sabah İrana "çox güclü" zərbələr endirməyə hazır olduğunu bildirib və ölkənin Pikakse dağının "yaxşı və güclü bir zərbə üçün mümkün hədəf" olduğunu bildirib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, Tramp əlavə edib ki, "Bu gecə və saba

12:57 167
.

Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib

İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin strateji səviyyəyə qalxmasının, regionlararası nəqliyyat-energetika yönümlü əməkdaşlığın və müdafiə sənayesi sahəsində yeni mexanizmlərin formalaşmasının işarəsidir. Bu səfə

14:36 152
.

Vüsalənin verilişi bu tarixdən yayımlanmayacaq

Aparıcı Vüsalə Əlizadə yaxın günlərdə tamaşaçılarla sağollaşacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, onun aparıcılığını etdiyi "İncə səhər" verilişi cümə günü mövsüm finalı edəcək. Vüsalə Əlizadə yeni televiziya mövsümündə yeniliklərlə tamaşaçıların görüşünə gələcək

11:56 294
.

Əmtəə bazarlarında qızılın qiyməti 4 100 dollardan aşağı enib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,09% azalaraq 4068,7 ABŞ dolların

13.07.2026 298
.

TOP MP3