Məişət zorakılığı və qadın qətllərinə görə cəzalar sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA

Məişət zorakılığı və qadın qətllərinə görə cəzalar sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMASon illər Azərbaycanda məişət zorakılığı və qadın qətlləri ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Baş verən hadisələrdən sonra ictimaiyyət arasında bu cür cinayətlərə görə cəzaların daha da sərtləşdirilməsi, hüquqi mexanizmlərin gücləndirilməsi və zərərçəkənlərin daha effektiv qorunması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu istiqamətdə qanunvericilikdə bir sıra dəyişikliklər edilsə də, beynəlxalq təşkilatlar və hüquq mütəxəssisləri əlavə islahatların, o cümlədən məişət zorakılığına görə cinayət məsuliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Bəs Azərbaycanda məişət zorakılığı və qadın cinayətlərinə görə cəzalar daha da artırılmalıdırmı? Mövcud qanunvericilik bu cinayətlərin qarşısını almaq üçün yetərlidirmi, yoxsa daha sərt hüquqi tədbirlərə ehtiyac var?
Məişət zorakılığı və qadın qətllərinə görə cəzalar sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı vəkil Fuad Məmmədov BiG.AZ-a açıqlamasında bildirdi ki, son statistik hesabata əsasən 2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb. Onun sözlərinə görə, bu cinayətlər arasında 53 qəsdən adam öldürmə, 20 adam öldürməyə cəhd, 30 qəsdən sağlamlığa ağır zərər vurma, 64 qəsdən sağlamlığa az ağır zərər vurma, 1202 qəsdən sağlamlığa yüngül zərər vurma, 6 əzab vermə, 1 öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və 20 digər cinayət faktı yer alıb: "Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkmiş qadınların sayı isə 1176 nəfər olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatına əsasən, məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir.

Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın - 62; kişi 1221) şəxs məsuliyyətə cəlb olunub. Bununla yanaşı 2 cinayət təkrar törədilib.
2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb (qadın - 29, kişi -16).

Azərbaycanda qadınlara qarşı məişət zorakılığı qanunvericiliklə qadağan olunmuşdur və bu sahədə əsas normativ hüquqi akt "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunudur.
Qanuna əsasən, məişət zorakılığı törətmiş şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
İqtisadi və psixi zorakılığa görə inzibati qaydada 100-700 manatadək cərimə, ictimai işlər və ya inzibati həbs tətbiq oluna bilər; zorakılıq nəticəsində sağlamlığa zərər vurulduqda isə cinayət məsuliyyəti yaranır və daha ağır cəzalar, o cümlədən azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Cinsi zorakılıq və məcburi hamiləlik kimi ağır cinayətlərə görə isə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu 2010-cu ildə qəbul olunmuşdur.
Son illərdə məişət zorakılığı ilə bağlı qanunvericiliyə bir neçə dəfə dəyişiklik edilmiş, məsuliyyətin sərtləşdirilməsi və tədbirlərin gücləndirilməsi istiqamətində addımlar atılmışdır.
Təsadüfi deyildir ki, 2017-ci - 2024-cü illərdə Qanuna 8 dəfə dəyişiklik edilmişdir.

Eyni zamanda qeyd olunmalıdır ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə qanunvericiliyinin dekriminallaşdırılması istiqamətində tədbirlər görülür.

Cəzaların artırılmasına ehtiyacın olub-olmaması aşağıdakı arqumentlərlə əsaslandırılır:
• Preventiv təsir: Cinayətkarların daha ağır cəzalarla üzləşməsi gələcək zorakılıq hallarının qarşısını ala bilərmi;
• İctimai ədalət: Ağır cinayətlər üçün nəzərdə tutulan cəzaların dünya təcrübəsinə uyğunlaşdırılması qurbanların hüquqlarının daha effektiv müdafiəsini təmin edəcəkmi.
Digər tərəfdən, yalnız cəzaların sərtləşdirilməsinin kifayət etmədiyi, sistemli islahatların zəruri olduğu danılmaz faktdır:
• Qanunun tətbiqi: Mövcud qanunvericiliyin qeyd-şərtsiz və tam tətbiq olunması və boşluqların aradan qaldırılması cəzaların artırılması qədər önəmlidir.
• Profilaktika və təhsil: Zorakılığa səbəb olan gender stereotiplərinin dəyişdirilməsi və qadınların iqtisadi asılılıqdan azad edilməsi kimi tədbirlər uzunmüddətli həll yolu hesab olunur.

Əvvəllər Respublikamızda "Qadın Problemləri üzrə Milli Fəaliyyət Planları" qəbul olunaraq icra edilirdi.
Lakin son illər bu kimi Fəaliyyət Planlarının qəbul olunmasının şahidi olmuruq. Düşünürəm ki, bu cür Fəaliyyət Planlarının yenidən qəbul olunub icra edilməsinə ciddi ehtiyac vardır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 558   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.