ÜST-dən xəbərdarlıq: "Ağcaqanad mənşəli təhlükəli virus yayılır
Dünyanın müxtəlif ölkələrində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya (Chikungunya) virusu ilə bağlı narahatlıq artır.
Ölkə.az xəbər verir ki, bu barədə xarici KİV-lərin və beynəlxalq səhiyyə qurumlarının məlumatında bildirilib. Son aylarda bir sıra ölkələrdə yoluxma halları yüksəlib, bəzi bölgələrdə isə epidemiya qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına əsasən, virus əsasən Aedes aegypti və Aedes albopictus növlərinə aid ağcaqanadların dişləməsi ilə yayılır. Xəstəlik insandan insana birbaşa keçmir.
Məlumatlara görə, son dövrdə Mavriki, Mayot, Seyşel adaları, Fransız Qvianası, Surinam, Boliviya, Qayana, Kolumbiya, Peru, Kuba, Qvatemala və Sent-Lüsiyada çikunqunya virusuna yoluxma halları qeydə alınıb. Mütəxəssislər Afrika, Asiya və Amerikanın digər ölkələrində də yoluxma riskinin davam etdiyini bildirirlər. Avropada isə əsasən xaricdən gətirilən yoluxmalar müşahidə olunsa da, bəzi ölkələrdə virusun yerli yayılma ehtimalı ilə bağlı xəbərdarlıqlar edilir.
Çikunqunya virusunun əsas əlamətləri yüksək hərarət, güclü oynaq ağrıları, əzələ ağrıları, baş ağrısı, dəri səpgisi, oynaqlarda şişkinlik, halsızlıq və yorğunluqdur. Əksər xəstələr bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda oynaq ağrıları aylarla davam edə bilir. Yaşlılar, yeni doğulmuş körpələr və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir.
Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi də son günlər vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, xarici ölkələrdən qayıdan şəxslər arasında çikunqunya ilə yanaşı denge, Zika virusu və malyariya kimi ağcaqanad mənşəli xəstəliklərə yoluxma halları artır.
Mütəxəssislər virusdan qorunmaq üçün ağcaqanad əleyhinə vasitələrdən istifadə etməyi, bədəni örtən geyimlər geyinməyi, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə etməyi, durğun su mənbələrinin yaranmasının qarşısını almağı və ağcaqanadların daha aktiv olduğu saatlarda ehtiyatlı davranmağı tövsiyə edirlər.
Hazırda çikunqunya virusuna qarşı geniş tətbiq olunan spesifik müalicə mövcud deyil. Həkimlər xəstəliyin əlamətləri müşahidə olunduqda vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyi tövsiyə edirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 116 Tarix: 15 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda "Temu" sahibi barəsində iş qaldırılıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu" elektron ticarət platformasının sahibi barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Dövlət Agentliyinin açıqladığı "2026-cı il üzrə hökmran mövqedən sui-istifadə ilə bağlı rəqabə
15.07.2026 121 Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu
Azarkeşlər futbolçuları əsasən meydandakı çıxışları, vurduqları qollar və qazandıqları titullarla tanıyırlar. Ancaq hər uğurlu karyeranın arxasında çətin uşaqlıq illəri, ailə hekayələri, qarşılaşılan maneələr və böyük zəhmət dayanır. -ın yeni "Həyatın oyunçuları" rubrikasında dünya futbolunu
15.07.2026 185 Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı - Axtarılır
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-i
15.07.2026 0 Samuxda kütləvi zəhərlənmə - Yenilənib
Samuxda zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Belə ki, 10-dan çox şəxs qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. *. İlkin məlumata görə, 10-dan çox şəxs qida zəhərlənməsi diaqnozu ilə Gəncə Birləşmiş Xəstəxanasını
15.07.2026 191 Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)
İspaniya kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən biri həyatında mühüm mərhələni geridə qoyaraq yeni dövrə qədəm qoyub. İndi isə onunla bağlı başqa bir mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Onu uzaqdan izləyənlər vaxtı gələndə bu gənc qadının kiminlə evlənəcəyini maraqla gözləyirlər
15.07.2026 1 Dünyada bu ilin ən yüksək temperaturu qeydə alındı - 51,5 dərəcə
2026-cı ildə dünyada ən yüksək temperatur qeydə alınıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, İranda həddindən artıq temperatur qeydə alınıb. İyulun 12-də Delhoran şəhərində 51,5C isti olub. Bu, 2026-cı ildə dünyada ən yüksək temperatur hesab edilib. Xəbər verilir ki, iyulun 14-də İran rəsmilər
15.07.2026 179 44 yaşlı müəllim vəfat etdi
Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayeva vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 44 yaşında beyin qansızması nəticəsində dünyasını dəyişib. K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllim
15.07.2026 0 Hava ilə bağlı - Xəbərdarlıq
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşə
15.07.2026 249 "Yazırlar ki, "nə boydadır?"
Aparıcı Aytən Səfərova artıq çəkisi ilə bağlı səhhətində problemlər yaşadığını açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı son günlər görünüşü bağlı ünvanına yazılan mənfi şərhlərə münasibət bildirib:. "Çox adam paylaşdığım videoda yazır ki, "Ay, bu nə boydadır. Bəli, o boyda olmasam, mən niy
15.07.2026 248