Özəl bağça və məktəblərdə qiymət artımı: Maaşlar yerində saydığı halda təhsil niyə bahalaşır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Özəl bağça və məktəblərdə qiymət artımı: Maaşlar yerində saydığı halda təhsil niyə bahalaşır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon illərdə Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının ardıcıl şəkildə artırılması valideynlərin narahatlığını daha da gücləndirib. Yeni tədris ili yaxınlaşdıqca bəzi özəl bağça və məktəblərin qiymətlərə yenidən baxması ailə büdcəsinə əlavə yük yaradıb. Xüsusilə ölkədə əməkhaqları və əhalinin gəlirlərində eyni templə artım müşahidə olunmadığı bir dövrdə bu bahalaşmanın nə dərəcədə əsaslı olduğu sual doğurur.

Valideynlər hesab edirlər ki, təhsil kimi mühüm sahədə qiymət artımları xidmətin keyfiyyəti, iqtisadi reallıq və vətəndaşların ödəmə qabiliyyəti nəzərə alınmaqla həyata keçirilməlidir. Bəs özəl təhsil müəssisələrinin təhsil haqlarını artırması hansı səbəblərlə izah olunur və bu artımlar mövcud iqtisadi şərait fonunda nə dərəcədə əsaslı hesab oluna bilər?
Özəl bağça və məktəblərdə qiymət artımı: Maaşlar yerində saydığı halda təhsil niyə bahalaşır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, maaşların demək olar ki, sabit qaldığı və ya çox cüzi artdığı bir şəraitdə özəl təhsil və bağça haqlarının sürətlə yüksəlməsi cəmiyyətdə ciddi bir sosial-iqtisadi gərginlik və ədalətsizlik hissi yaradır. Onun sözlərinə görə, bu məsələyə birtərəfli yanaşmaq mümkün deyil, çünki bir tərəfdə övladına yaxşı gələcək qurmaq istəyən, lakin büdcəsi məhdud olan valideyn, digər tərəfdə isə artan inflyasiya, yüksək icarə haqları və ixtisaslı kadr saxlamaq bəhanəsi ilə qiymətləri qaldıran özəl sektor dayanır: "Lakin təhsil adi bir kommersiya fəaliyyəti, mağazadan alınan gündəlik tələbat malı deyil ki, onun qiymətini tamamilə bazarın idarəolunmaz axarına buraxaq. Ölkədə real gəlirlərin artım sürəti ilə təhsil haqlarının bahalaşması arasındakı uçurum genişləndikcə, cəmiyyətdə intellektual təbəqələşmə qaçılmaz olur və keyfiyyətli təhsil yalnız dar bir elitar qrupun imtiyazına çevrilir. Bu isə gələcəkdə istedadlı, lakin imkansız uşaqların potensialının kölgədə qalması deməkdir.

Bu disbalansı tənzimləmək üçün sərbəst bazar qaydalarına rəğmən, dövlətin müvafiq qurumlarının nəzarət mexanizmlərinin işə düşməsi və özəl müəssisələrin qiymət siyasətinin iqtisadi cəhətdən nə dərəcədə əsaslandırıldığının yoxlanılması olduqca vacibdir. Ən fundamental və uzunmüddətli həll yolu isə dövlət məktəb və bağçalarının tədris keyfiyyətini elə bir yüksək səviyyəyə qaldırmaqdır ki, özəl sektor qiymətləri süni şəkildə artıranda valideynlərin hər zaman güvənli, keyfiyyətli və pulsuz bir alternativi olsun. Yalnız bu cür sağlam rəqabət mühitində təhsil biznes maraqlarının qurbanına çevrilməz və hər bir vətəndaş üçün əlçatan olar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 599   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 73
.

Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu - Sərt reaksiya

Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni "Primadonna"sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz. Onun sözlərinə görə, kimin "Primadonna"

30.09.2026 159
.

Tualet kağızı vanna otağında saxlanılmamalıdır: bilirdinizmi, hara qoymaq lazımdır?

Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır. xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifad

30.09.2026 146
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

30.09.2026 163
.

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila

30.09.2026 198
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 38
.

ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək

ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları

30.09.2026 153
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 283
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 259
.