Sabahdan bu küçədə hərəkət istiqaməti dəyişdirilir - Video
İyulun 16-dan etibarən Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir. Bu, daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan layihələrin davamıdır.
Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə biləcək.
Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini təxminən 40 saniyəyə qədər azaldacaq, kəsişmənin ötürücülük qabiliyyətini artıracaq. Bu, əsasən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti, eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektlərində hərəkət şəraitinə müsbət təsir göstərəcək.
Layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Yaradılan avtobus zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni Elm və Təhsil Nazirliyi istiqamətində avtobusların hərəkətini təmin edəcək.
Qeyd edək ki, layihənin icrası zamanı Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.
Xatırladaq ki, bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 143 Tarix: 15 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü
Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Bu barədə BİG.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. "Gəmidə ekipaj üzvlərində
10:15 197 Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət
Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarında
16:09 106 Donald Trampın İran strategiyası tənqid edildi
ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasəti qeyri-müəyyən hesab olunur və qarşıdan gələn aralıq seçkilər ərəfəsində ciddi iqtisadi və siyasi risklər yarada bilər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. "Ortada konkret strategiya yoxdur. O, qərarların
11:26 157 Rusiyaya qarşı yeni sanksiyalar: Çin və Hindistan da siyahıda
ABŞ senatoru Lindsi Qrem tərəfindən hazırlanmış Rusiyaya qarşı yeni sanksiyalar qanun layihəsi Rusiya nefti və qazının əsas alıcılarına qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb. Məlumata görə, sanksiyalar Rusiyanı
11:01 149 Turizm və daxili miqrasiya kirayə bazarını necə dəyişir?
"Son illərdə Bakıda keyfiyyətli və tam təmirli kirayə mənzillərə tələbat təklifdən daha sürətlə artır. Xüsusilə metro stansiyalarının yaxınlığında yerləşən yeni tikililərdə boş mənzillərin sayı məhduddur ki, bu da kirayə qiymətlərinin yüksəlməsinə təsir göstərən əsas amillərdən biridir". Bun
15:00 125 Tarkandan ailə fotosu
Müğənni Tarkan şəxsi bloqunda ailəsi ilə birlikdə nadir fotosunu paylaşıb. OLAY yazır ki, kadrlarda 2016-cı ildə ailə qurduğu həyat yoldaşı Pınar Dilek və iki il sonra dünyaya gələn qızı Liya yer alıb. "Həyatımdan da dəyərli olan iki can. Əziz qızım, həyatımıza günəş kimi daxil olduğun üçün ço
12:34 234 Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell abunəçilərinə yeni rəqəmsal xidmət təqdim edir. Bakcell tətbiqində istifadəyə verilən "Bakcell Games" bölməsi vasitəsilə oyunlar oynayaraq AirPods və hədiyyə internet qazanmaq mümkündür. Belə ki, yeni "Bakcell Games" bölməsində istifadəçilər "Topla & Qazan"
11:42 169 Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?
Dünyada ən çox canlı dilin istifadə olunduğu ölkələrin reytinqində Papua-Yeni Qvineya 843 canlı dillə birinci yerdə qərarlaşıb. Şimali Koreyada isə cəmi iki canlı dil mövcuddur. Dünyada yalnız 20 ölkədə ən azı 100 canlı dildən istifadə edilir. Qaynarinfo xəbər verir ki, bu barədə Antena3.ro yazır. Reytin
14.07.2026 270 İsrail rəsmisi: Netanyahu şənbə günü ABŞ-a səfər edəcək, amma Trampla görüşəcəyi bəlli deyil
İsrailin yüksək vəzifəli rəsmisi Reuters agentliyinə bildirib ki, Baş nazir Benyamin Netanyahu şənbə günü ABŞ-a səfər edəcək. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, rəsmi şəxs əlavə edir ki, Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək istəyir, amma görüşüb-görüşməyəcəkləri bəll
13:01 163