Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış

Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranışÖtən ilin sonunda Xaçmazda iki qardaş bacısı qızlarını sevən 17 yaşlı oğlanın başına oyun açıblar.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl hadisə ilə bağlı hökm və qərar çıxarılıb.

Cəzalandırılan qardaşlardan birinin 42, digərinin 36 yaşı olub. Bu xəbərdə onların adlarını şərti olaraq Mübariz və Akif kimi təqdim edəcəyik.

İş materiallarında qeyd olunub ki, 17 yaşlı zərərçəkmiş sözügedən qardaşların bacısı qızları ilə sevgi münasibətinə olub. Hadisə günü yeniyetmə oğlan onların yaşadığı evin hasarına çıxarkən qızın dayısı Mübariz bunu görüb. Bərk əsəbiləşən dayı balaca qardaşı Akiflə birgə yeniyetməni tutaraq əl-qolunu kəndirlə bağlayıb. Qardaşlar 1 saat bağlı vəziyyətdə saxladıqları yeniyetməyə qarşı alçaldıcı hərəkətlər edib, döyməklə müxtəlif xəsarətlər yetirib, eyni zamanda tualetdə saxlayıblar.

Bu əməlləri ilə Mübariz və Akif qanunsuz azadlıqdan məhrumetmə cinayəti törətmiş olub. Polis əməkdaşları işə qarışandan sonra onların ikisi də saxlanılıb, məhkəmə hökmünə qədər barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Xaçmaz Rayon Məhkəməsində baxılan işdə qardaşlar əməllərini etiraf edib, özlərini təqsirli bildiklərini deyiblər. Zərərçəkmiş şəxsin də ifadəsi əsasında verilmiş ittiham tam təsdiqini tapıb.

Hökmə əsasən, Akif və Mübarizin hərəsinə 3 il azadlıqdan məhrumetmə cəzası verilib, ikisi də məhkəmə zalında həbs edilib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi hökmü kiçik qardaş Akifə münasibətdə dəyişib. Onun cəzası şərtiyə çevrilərək azadlığa buraxılıb.

Məhkəmə qərarı təqsirləndirilən şəxsin səmimi peşmanlığı, xəstəlikdən əziyyət çəkməsi və himayəsində yaşlı valideynlərinin olması ilə əsaslandırıb. Mübarizin şikayəti isə təmin edilməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 73
.

Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu - Sərt reaksiya

Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni "Primadonna"sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz. Onun sözlərinə görə, kimin "Primadonna"

30.09.2026 159
.

Tualet kağızı vanna otağında saxlanılmamalıdır: bilirdinizmi, hara qoymaq lazımdır?

Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır. xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifad

30.09.2026 146
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

30.09.2026 163
.

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila

30.09.2026 198
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 38
.

ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək

ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları

30.09.2026 153
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 283
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 259
.