Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu

Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yoluAzarkeşlər futbolçuları əsasən meydandakı çıxışları, vurduqları qollar və qazandıqları titullarla tanıyırlar. Ancaq hər uğurlu karyeranın arxasında çətin uşaqlıq illəri, ailə hekayələri, qarşılaşılan maneələr və böyük zəhmət dayanır.

Lent.az-ın yeni "Həyatın oyunçuları" rubrikasında dünya futbolunun məşhur və gənc ulduzlarının bilinməyən həyat hekayələri, uşaqlıq illəri, uğura aparan yolları və şəxsi həyatları ilə bağlı maraqlı faktları təqdim edəcəyik.

Rubrikanın ilk yazısında Fil Dişi Sahilindən çıxaraq Avropa futbolunun parlayan ulduzlarından birinə çevrilən Yan Diomandenin həyat yoluna nəzər salırıq.

Yan Diomande 14 noyabr 2006-cı ildə Fil Dişi Sahilinin iqtisadi mərkəzi olan Abican şəhərində anadan olub. Gənc yaşına baxmayaraq, sürətli inkişafı, texniki bacarığı və hücum xəttindəki məhsuldar oyunu sayəsində Avropa futbolunun ən perspektivli istedadlarından biri kimi tanınır. Sol cinah hücumçusu kimi çıxış edən Diomande zərurət yarandıqda sağ cinahda və mərkəz hücumçusu mövqeyində də oynaya bilir.

Uşaqlıq illəri
Yan Diomandenin uşaqlığı asan keçməyib. O, Abicanın kasıb məhəllələrindən birində böyüyüb. Ailəsi çox çətin şəraitdə yaşayırdı. 24 nəfərdən ibarət olan böyük ailə kiçik evdə məskunlaşmışdı və maddi imkanları olduqca məhdud idi.

Onun futbola olan sevgisi hələ kiçik yaşlarından başlayıb. Məhəllə uşaqları ilə tozlu küçələrdə, bəzən ayaqyalın, bəzən isə köhnəlmiş sandallarla futbol oynayıb. Sonralar verdiyi müsahibələrdə həmin günlərin xarakterinin formalaşmasında böyük rol oynadığını bildirib. O deyib ki, məhəllədə futbol oynayan uşaqların əksəriyyəti kimi özü də uzun müddət ayaqyalın və ya köhnə sandallarda oynayıb. Hətta ilk dəfə peşəkar futbol ayaqqabısı geyinməsi onun üçün unudulmaz hadisəyə çevirilmişdi. Ailəsi onun futbolçu olmaq arzusunu dəstəkləsə də, maddi imkanların məhdudluğu səbəbindən peşəkar futbol akademiyalarında təhsil almsı uzun müddət mümkün olmayıb.

Atasının ailəni tərk etməsi
Diomandenin həyatındakı ən çətin məqamlardan biri atasının ailəni tərk etməsi olub. Bu hadisədən sonra ailənin bütün yükü anasının üzərinə düşüb. Anası övladlarını dolandırmaq üçün müxtəlif işlərdə çalışırdı. Yan sonralar deyirdi ki, məhz həmin dövrdə futbol onun üçün sadəcə oyun deyil, ailəsini yoxsulluqdan çıxarmağın yeganə yolu idi. Bu səbəbdən uşaqlıqdan məşqlərə böyük məsuliyyətlə yanaşmağa başlayıb.

ABŞ-a aparan futbol sevgisi
İstedadı sayəsində əvvəlcə Fil Dişi Sahilində fəaliyyət göstərən futbol akademiyalarından birinə qəbul olunan Diomande daha sonra böyük fürsət əldə edərək ABŞ-yə yollanıb. Florida ştatındakı DME Academy-də təhsil almaq və futbol oynamaq onun həyatında dönüş nöqtəsi olub. ABŞ-yə tək gələn gənc futbolçu ingilis dilini bilmirdi. O, yeni ölkəyə uyğunlaşmaq üçün həm dili öyrənib, həm də məşqlərini davam etdirib.

Avropadan ard-arda rədd cavabları
Yan Diomandenin uğura gedən yolu heç də asan olmayıb. O, ABŞ-də çıxış etdiyi dövrdə Avropanın müxtəlif klublarında baxışlarda iştirak edib.

Bir sıra komandalar onunla müqavilə bağlamaqdan imtina edib. Şotlandiyanın "Rangers" klubu da onu sınaqdan keçirsə də, transfer baş tutmayıb. Daha sonra digər Avropa klublarından da mənfi cavab alan futbolçu ümidini itirməyib.

Diomande həmin günləri xatırlayarkən bildirib ki, agenti onu müxtəlif ölkələrə aparırdı, lakin hər dəfə "yox" cavabı alırdı. Buna baxmayaraq, o məşqlərini dayandırmayıb.

"Leganes"də dəyişən karyera
2025-ci ildə İspaniyanın "Leganes" klubu gənc futbolçuya şans verən ilk Avropa komandası oldu.

Əvvəlcə ikinci komandada çıxış edən Diomande cəmi bir neçə oyundan sonra əsas komandaya yüksəldi. Onun sürəti, driblinqləri və rəqibləri asanlıqla keçməsi nəzərlərdən yayınmırdı. La Liqadakı debütü isə dünya futbol ictimaiyyətinin marağına səbəb oldu. Xüsusilə "Real Madrid"ə qarşı keçirdiyi oyun və vurduğu ilk qollar onun adını Avropada tanıtdı.

Bundesliqada parlayan ulduz
Diomandenin yüksəlişi isə uzun çəkmədi. Almaniyanın "Leyptsiq" klubu onun transferi üçün təxminən 20 milyon avro ödəyərək futbolçunu heyətinə qatdı. İlk mövsümündəcə Bundesliqada 12 qol və 8 məhsuldar ötürmə ilə çıxış edən gənc futbolçu liqanın ən parlaq yeni simalarından birinə çevrildi.

Motivasiya mənbəyi olan bacısının ölümü
Yan Diomandenin həyatındakı ən ağır hadisələrdən biri bacısı Roxanenin vəfatı olub.

Futbolçu 2026-cı ildə dünya çempionatı ərəfəsində The Players' Tribune platformasında bacısına yazdığı məktubu yayımlayıb. Məktub qısa müddətdə milyonlarla insan tərəfindən oxunub və futbol dünyasında böyük maraq doğurub.

Məktub "Əziz Roksana..." sözləri ilə başlayır. Diomande uşaqlıq illərini xatırlayaraq bacısının onun ən böyük dəstəkçisi olduğunu yazır. O bildirir ki, Abicanda bir evdə təxminən 24 nəfərlə birlikdə yaşayırdı. Maddi imkanları çox zəif olsa da, bacısı həmişə onun gələcəkdə böyük futbolçu olacağına inanırdı. Hətta hamı onun arzularına güləndə belə, Roksana "Qardaşım bir gün dünyanın ən yaxşı futbolçusu olacaq, hətta Kriştiano Ronaldodan da yaxşı olacaq" deyirdi. Diomande məktubunda qeyd edir ki, Avropada bir çox klublardan rədd cavabı alanda belə bacısı ümidini itirməyib. O, hər dəfə qardaşını ruhlandırır, mübarizəni davam etdirməsini istəyirdi. Futbolçu yazır ki, bacısının inamı olmasaydı, bəlkə də çoxdan futboldan uzaqlaşmışdı.

Yan Diomande uşaqlığında original olmayan "Mançester Yunayted" forması geyinirdi və həmin formanın arxasına qara markerlə "Ronaldo 7" yazmışdı. Bu hadisəni də o, mərhum bacısı Roksanaya ünvanladığı məktubunda xatırlayır.

Məktubda belə yazır: "Yadındadır, kimsə mənə saxta forma almışdı və mən arxasına qara markerlə "Ronaldo 7" yazmışdım?"

Bu səbəbdən Ronaldo forması Yan Diomandenin uşaqlıq arzularının və futbola sevgisinin simvollarından biri hesab olunur.

Məktubun ən ağrılı hissəsi isə bacısının ölümündən bəhs etdiyi bölümdür. Diomande yazır ki, "Leganes"də "Real Madrid"ə qarşı debüt oyunundan az sonra həyatının ən dəhşətli telefon zəngini alıb. Ona bacısının bir məclisdə içkisinə naməlum maddə qatıldıqdan sonra ayılmadan vəfat etdiyi xəbəri verilib. Bacısının cəmi 15 yaşı var idi və futbolçu bu faciədən sonra həyatının tamamilə dəyişdiyini etiraf edir. Diomande məktubunda bacısının ölümündən sonra daxilən boşluq hiss etdiyini də yazır. Onun sözlərinə görə, özünü rahat hiss etdiyi yeganə yer futbol meydanıdır. Hər dəfə meydana çıxanda sanki bacısı ilə danışdığını hiss edir və vurduğu hər qolu ona həsr edir. Futbolçu bildirir ki, artıq bütün uğurları yalnız bacısının xatirəsi üçündür. Məktubun sonunda isə ən yaddaqalan sözlər yer alır. Diomande bacısına müraciətlə yazır ki, dünya çempionatına gedir və onun dediyi hər şey gerçəyə çevrilib. O, bütün dünyanın Roxanenin adını tanıyacağına söz verir: "Sənin haqlı olduğunu sübut edəcəyəm, ya da buna çalışarkən bütün gücümü ortaya qoyacağam".

Futbolçu bildirib ki, karyerasını onun xatirəsini yaşatmaq üçün davam etdirir.

Milli komandadakı yüksəlişi
Klub səviyyəsindəki uğurları Fil Dişi Sahili millisinin də diqqətindən yayınmayıb.

Baş məşqçi Emerse Fae onu əsas komandaya dəvət edib. Diomande ilk oyunlarından etibarən qollar vuraraq və məhsuldar ötürmələr edərək komandanın aparıcı futbolçularından birinə çevrilib.

2026-cı il dünya çempionatında da sürəti və driblinqləri ilə turnirin ən çox danışılan gənc oyunçularından biri olub.

Avropa nəhənglərinin diqqət mərkəzində
Möhtəşəm çıxışından sonra Diomande ilə "Liverpul", PSJ, "Barselona" və digər aparıcı Avropa klubları maraqlanmağa başlayıb. Transfer bazarında onun dəyəri qısa müddətdə dəfələrlə artıb və o, gələcəyin ən bahalı cinah oyunçularından biri hesab olunur.

Futboldan kənar həyatı
Yan Diomande şəxsi həyatını ictimaiyyətdən uzaq saxlamağa üstünlük verir. O, sosial şəbəkələrdən az istifadə etdiyini, diqqətini yalnız futbola yönəltdiyini bildirir. Müsahibələrinin birində "Ən vacib məqsədim hər gün daha yaxşı futbolçu olmaqdır" sözləri ilə gələcək planlarını ifadə edib.

Fil Dişi Sahilində ayaqyalın futbol oynayan balaca oğlan bu gün Bundesliqanın parlaq ulduzlarından biri, Avropanın aparıcı klublarının transfer siyahısında ilk sıralarda yer alan futbolçudur. Onun uğur hekayəsi təkcə futbol deyil, həm də əzmkarlıq, ailə sevgisi və heç vaxt mübarizəni dayandırmamağın bariz nümunəsidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 699   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 73
.

Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu - Sərt reaksiya

Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni "Primadonna"sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz. Onun sözlərinə görə, kimin "Primadonna"

30.09.2026 159
.

Tualet kağızı vanna otağında saxlanılmamalıdır: bilirdinizmi, hara qoymaq lazımdır?

Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır. xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifad

30.09.2026 146
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

30.09.2026 163
.

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila

30.09.2026 198
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 38
.

ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək

ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları

30.09.2026 153
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 283
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 259
.