Süni intellekt hansı peşələrin yoxa çıxmasına gətirib çıxara bilər? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətlə inkişafı dünyada əmək bazarını köklü şəkildə dəyişməkdədir. Artıq bir çox sahədə insanların yerinə proqramlar və ağıllı sistemlər işləyir, bəzi işlər isə tamamilə avtomatlaşdırılır. Bu proses məhsuldarlığı artırsa da, milyonlarla insanın məşğulluğu ilə bağlı narahatlıqları da gündəmə gətirir. Yaxın illərdə bəzi peşələrə tələbatın azalacağı, yeni bacarıqlar tələb edən ixtisasların isə daha çox ön plana çıxacağı gözlənilir.
Bəs süni intellekt ən çox hansı peşələri risk altına salır? Hansı sahələrdə çalışanlar dəyişən əmək bazarına indidən hazırlaşmalıdır?
Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, tarixə baxanda oxşar qorxular hər böyük texnoloji dəyişiklikdə yaşanıb, sənaye inqilabı, avtomatlaşdırma, kompüterlərin yayılması. Onun sözlərinə görə, hər dəfə bəzi peşələr həqiqətən itib (məsələn, telefon operatorları, makinaçılar və s.), amma eyni zamanda əvvəllər mövcud olmayan yeni peşələr yaranıb: "Süni intellektlə bağlı fərq ondadır ki, bu dəfə təsir fiziki əməkdən çox zehni əməyə yəni, yazı, tərcümə, analiz, dizayn, proqramlaşdırma kimi sahələrə yönəlir. Bu da onu göstərir ki, keçmiş nümunələr birbaşa təkrarlanmaya bilər. Reallıqda ən çox baş verən şey peşələrin tam əvəzlənməsi yox, transformasiyasıdır. Bir peşə onlarla fərqli tapşırıqdan ibarətdir və süni intellekt adətən onların bir hissəsini avtomatlaşdırır. Məsələn, tərcüməçilər indi maşın tərcüməsini redaktə edən mütəxəssislərə çevrilirlər; hüquqşünaslar sənəd axtarışını süni intellektə həvalə edib strategiyaya daha çox vaxt ayırırlar. Yəni "peşə itir" demək çox vaxt "peşənin məzmunu dəyişir" deməkdir.
Bununla belə, bəzi sahələrdə iş yerlərinin sayının azalması real riskdir. Xüsusən təkrarlanan, standart tapşırıqlara əsaslanan işlərdə (müştəri dəstəyi, sadə mətn hazırlanması, məlumat daxil edilməsi). Burada əsas problem dəyişikliyin sürətidir. İnsanların yenidən ixtisaslaşmağa vaxtı çatacaqmı?
Ona görə də ən ağlabatan yanaşma nə panika, nə də tam laqeydlikdir. Qorxmaq əvəzinə uyğunlaşmaq daha faydalıdır. Süni intellekt alətlərindən istifadə etməyi öyrənmək, insanlara xas qalan bacarıqları (tənqidi düşüncə, ünsiyyət, məsuliyyət daşımaq, kontekstual mühakimə) inkişaf etdirmək. Çox güman ki, süni intellektdən istifadə edən mütəxəssislər ondan istifadə etməyənləri əvəz edəcək".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 285 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski cəbhə xəttinə getdi
Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai
30.09.2026 73 Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu - Sərt reaksiya
Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni "Primadonna"sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz. Onun sözlərinə görə, kimin "Primadonna"
30.09.2026 159 Tualet kağızı vanna otağında saxlanılmamalıdır: bilirdinizmi, hara qoymaq lazımdır?
Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır. xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifad
30.09.2026 146 Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?
Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca
30.09.2026 163 Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı
Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila
30.09.2026 198 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 38 ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
30.09.2026 153 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30.09.2026 283 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
30.09.2026 259