Bakıdakı dünya çempionatında 600-dən çox idmançı çıxış edəcək
Bu gün cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və qonaqlar iştirak ediblər.
Mətbuat konfransında əvvəlcə 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və yarışın tanıtım çarxı nümayiş olunub.
Ardınca çıxış edən ACF-in icraçı prezidenti Rəşad Rəsullu dünya çempionatına hazırlıq işlərinin plan üzrə davam etdiyini bildirib. O qeyd edib ki, yarışın yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan Cüdo Federasiyası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə sıx və koordinasiyalı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Rəşad Rəsullu bildirib ki, dünya çempionatının bilet satışına 2 iyul tarixində start verilib. Azarkeşlər biletləri həm onlayn, həm də şəhərdə fəaliyyət göstərən iTicket satış məntəqələrindən əldə edə bilərlər. O, azarkeş marağının yüksək olduğunu vurğulayaraq, indiyədək 670 biletin satıldığını diqqətə çatdırıb.
İcraçı prezident qeyd edib ki, yarışın rəsmi əsasnaməsi iyulun 3-dən etibarən IJF tərəfindən dərc olunub və media akkreditasiyası da daxil olmaqla bütün təşkilati proseslər təsdiq olunmuş qrafik üzrə davam edir.
Bildirilib ki, dünya çempionatında 100-ə yaxın ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir. Artıq Yaponiya və Fransa kimi aparıcı cüdo ölkələri yarış üçün heyətlərini açıqlayıblar. Bakıda Olimpiya, dünya və qitə çempionları olmaqla dünya cüdosunun ən güclü idmançıları mübarizə aparacaqlar.
Milli komandanın hazırlıq prosesindən danışan Rəşad Rəsullu ilin əvvəlindən etibarən yığmanın Avstriya, Belçika, Fransa, Özbəkistan, Çexiya, Gürcüstan, İspaniya, İtaliya və Monqolustanda keçirilən beynəlxalq təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib. Hazırda komandanın bir neçə üzvü Yaponiyada, əsas heyəti isə Qusarda (Şahdağ) hazırlığını davam etdirir.
Onun sözlərinə görə, 5-15 avqust tarixlərində millinin Qazaxıstanda keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirakı nəzərdə tutulur. Eyni zamanda, növbəti aylarda bir sıra xarici milli komandaların iştirakı ilə Bakıda da beynəlxalq təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır. Qeyd olunub ki, Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək yekun heyəti 11-13 sentyabr tarixlərində keçiriləcək Macarıstan Böyük Dəbilqə turnirindən sonra açıqlanacaq.
Heyətin formalaşdırılmasında əsas meyarlar Böyük Dəbilqə turnirlərində əldə olunan nəticələr və idmançıların məşq prosesində nümayiş etdirdikləri peşəkar yanaşma olacaq. Mətbuat konfransında dünya çempionatı üzrə media akkreditasiyası barədə məlumat verilib. Bildirilib ki, müraciətlər IJF-in Media Platforması vasitəsilə qəbul olunur və son müraciət tarixi 27 sentyabr 2026-cı ildir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 95 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)
İspaniya kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən biri həyatında mühüm mərhələni geridə qoyaraq yeni dövrə qədəm qoyub. İndi isə onunla bağlı başqa bir mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Onu uzaqdan izləyənlər vaxtı gələndə bu gənc qadının kiminlə evlənəcəyini maraqla gözləyirlər
15.07.2026 392 Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - RƏQƏMLƏR
Azərbaycanda son 5 ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb. -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-i ildən 2025-i ilə dək 13 min 676 şəxsə autizm sindromu diaqnozu qoyulub. Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanları
15.07.2026 297 Bu gündən Azərbaycanda yeni 100 manatlıq əskinaslar tədavülə buraxıldı
Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını bu gündən tədavülə buraxır. Bu barədə AMB xəbər yayıb. Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəv
15.07.2026 331 Hava ilə bağlı - Xəbərdarlıq
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşə
15.07.2026 358 Flora Kərimovanın səhhəti necədir?
Bu gün səhər saatlarında Xalq artisti Flora Kərimovanın səhhəti pisləşib. Axşam.az-ın əldə etdiyi məlumata görə, müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib. F. Kərimovanın qızı Zümrüd Axşam.az-a açıqlamasında anasının vəziyyətinin hazırda yaxş
11:26 148 ABŞ-İran müharibəsi yenidən alovlandı: Neft qiymətləri kəskin bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ və İran arasında yenidən artan hərbi gərginlik dünya enerji bazarını diqqət mərkəzinə gətirib. Hörmüz boğazında yaranan vəziyyət isə qlobal neft tədarükü ilə bağlı narahatlıqları daha da artırıb. Dünyada daşınan neftin əhəmiyyətli hissəsinin məhz bu strateji marşrutdan keçməsi səbəbindən bazarlard
11:08 160 Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət
Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarında
15.07.2026 356 Bu sadə üsul internetdə trend olub: Televizorun altına niyə folqa qoyurlar?
Son vaxtlar sosial şəbəkələrdə maraqlı bir üsul sürətlə yayılır. Bir çox istifadəçi televizorun altına alüminium folqa yerləşdirərək bunun mebeli tozdan qoruduğunu, təmizliyi asanlaşdırdığını və hətta televizorun işini yaxşılaşdırdığını iddia edir. Lakin mütəxəssislər bildirirlər ki, bu fikirlərin əksəriyyətini
15.07.2026 280 Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib
Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib. "Qafqazinfo" xəbər verir ki, zəhərlənmə rayondakı restoranlardan birində qeydə alınıb. İlkin ehtimala görə, məclisdə yedikləri salatdan zəhərlənən 11 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:. - Mədinə İsmayılova (1995. - Sevil Cəlilov
10:39 171