"Batumidə xəstəxanaya düşdük, üç gün qaldıq..." - Oksana başına gələnləri danışdı
Rəqqasə Oksana Rəsulova Batumidə xoşagəlməz hadisələrlə üzləşib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə rəqqasə sosial şəbəkə hesabında paylaşım edib.
O ailəsi ilə birgə keçirdiyi 6 günlük Batumi tətilində qaldıqları hoteldən şikayətlənib: "Əgər Batumiyə getməyi planlaşdırırsınızsa, xüsusilə də uşaqlarla gedirsinizsə, "Orbit" hotellər şəbəkəsində qalmazdan əvvəl yaxşı düşünün. İlk növbədə, hotelin təmizliyi bizi çox məyus etdi. Ətrafda zibil və natəmizlik var idi. Uşaqların görməməli olduğu şeyləri görməsi məni bir ana kimi çox narahat etdi. Təxminən saat 2-də, binada həyəcan siqnalı verildi və hamının binadan çıxması tələb olundu. Biz 39-cu mərtəbədə qalırdıq. Mən öz uşağımla, qardaşım isə ailəsi və iki uşağı ilə birlikdə 39-cu mərtəbədən pilləkənlərlə aşağı düşməli olduq. Demək olar ki, ayaqyalın idik. Minlərlə insanla birlikdə hamımız binadan çıxarıldıq. Amma ən qəribəsi o idi ki, heç kim bizə nə baş verdiyini düzgün izah edə bilmirdi".
O. Rəsulova bildirib ki, hotelə ilk gəldikləri gün qardaşı ailəsinin qaldığı otağın qapısında da problem olub: "Hotel əməkdaşları dedilər ki, qapı artıq təmir olunub. Əslində qapı təmir olunmamışdı. Axşam hoteldə heç kim qalmadığı vaxt biz bunu gördük. Qapı düzgün vəziyyətdə deyildi. Qardaşımın ailəsi otağa daxil olduqdan sonra qapının kilidini yerinə qoyanda bağlandı və onlar daha otaqdan çıxa bilmədilər. Təsəvvür edin, gecə vaxtıdır, otaqda uşaqlar var və qapı açılmır. Biz hotelin resepsiyonuna müraciət etdik, amma orada da bizə kömək edə bilmədilər. Təxminən 2-3 saatdan sonra qapını açmaq mümkün oldu".
Rəqqasə həmçinin çimərliyin natəmiz olması səbəbindən bağırsaq infeksiyasına yoluxduqlarını qeyd edib: "Dənizin vəziyyəti ilə bağlı da çox məyus oldum. Çox insanın çimdiyi dənizin təmizliyi məndə ciddi narahatlıq yaratdı.Təəssüf ki, oğlum da Batumidə xəstələndi. Səhər saatlarında çimərlikdə o qədər çirk və natəmizlik görürsən ki, insan həqiqətən dəhşətə gəlir. Ətrafda çoxlu sahibsiz itlər də var. Belə bir şəraitdə, xüsusilə immunitetiniz zəifdirsə, hər hansı infeksiyaya yoluxmaq çox asandır. Təəssüf ki, biz də bağırsaq infeksiyasına yoluxduq - mən və oğlum Usman. Nəticədə Batumi xəstəxanasına düşdük və burada üç gün qaldıq".
Sözügedən görüntüləri təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib. Aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir. N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb:
24.10.2026 556 "Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı
"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind
28.10.2026 551 Ömürlük həbs hökmünün detalları açıqlandı
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı
25.10.2026 863 "Ən bahalı müğənnisən, sənin yerinə utandım"
"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"
30.10.2026 732 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"
Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə
29.10.2026 669 Bu foto Flora Kərimovanı təsirləndirdi
Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd
31.10.2026 327 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov
02.11.2026 616 Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31.10.2026 606 3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR
Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il
31.10.2026 710