Yaxın Şərqdə vəziyyət kritikləşir? - ABŞ-dən diqqətçəkən XƏBƏRDARLIQ

Yaxın Şərqdə vəziyyət kritikləşir? - ABŞ-dən diqqətçəkən XƏBƏRDARLIQABŞ-nin İsraildə və Yaxın Şərqin bəzi digər ölkələrindəki səfirlikləri bölgədə İranla gərginliyin gözlənilmədən kəskinləşə biləcəyi ehtimalı ilə əlaqədar ABŞ vətəndaşlarını mümkün təxliyəyə hazır olmağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" diplomatik nümayəndəliklərin yaydığı məlumatlara istinadən məlumat yayıb.

Bəyanatda bildirilib ki, İran son vaxtlar regionun müxtəlif ərazilərinə əvvəlcədən xəbərdarlıq etmədən zərbələr endirməsi və hücumların coğrafiyasını əvvəllər hədəf alınmayan bölgələrə, o cümlədən Misirə qədər genişləndirməsi ilə qeyri-proqnozlaşdırılan davranış nümayiş etdirib.

Səfirliklər Yaxın Şərqdən tranzit keçməyi və ya bölgəyə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına planlarını yenidən nəzərdən keçirməyi tövsiyə ediblər.

Eyni zamanda vurğulanıb ki, diplomatik nümayəndəliklər fəaliyyətini adi rejimdə davam etdirir, konsulluq və viza xidmətləri əvvəlki qaydada göstərilir.

Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" nəşri ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə İrana qarşı yeni zərbələrin endirilməsi barədə göstəriş verdiyini yazmışdı.

Bundan başqa, "CBS News" mənbələrə istinadən ABŞ və İsrailin İranın enerji obyektlərinə zərbələr endirməyi planlaşdırdığını bildirmişdi. Məlumata görə, bu hücumlar indiyədək həyata keçirilən ən genişmiqyaslı əməliyyatlardan biri ola bilər.

İranın "Tasnim" agentliyi isə rəsmi Tehranın mümkün hücumlara cavab tədbirləri hazırladığını xəbər vermişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 95   Tarix: 02 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb

Mərakeşdə on minlərlə insanın İspaniyanın Seuta anklavı istiqamətində sərhədi qanunsuz keçməsindən sonra baş verən və ən azı 61 nəfərin ölümü ilə nəticələnən zorakılıq hərəkətlərində iştirakda şübhəli bilinən 70 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə EFE agentliyi mənbələrə istinadə

10:15 142
.

"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən AÇIQLAMALAR VERDİ

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 99" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində haki

17:18 8
.

Kredit borcunu qaytara bilməyənlərə ŞAD XƏBƏR

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul hazırlanır. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq". "Yeni Sabah" xəbə

00:28 287
.

Paşinyan istefa verdi

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesablarında paylaşım edib. "Konstitusiyanın 158-ci maddəsinə uyğun olaraq, yeni seçilmiş parlamentin fəaliyyətinin ilk günü hökumət istefa verir", - deyə o qey

11:33 255
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

11:57 157
.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb

Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 1 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisəd

12:00 151
.

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"

"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir". xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib. Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəml

11:56 161
.

Nəhəng piton 44 yaşlı qadını uddu, əri ilanın başını kəsdi

İndoneziyada nəhəng piton 44 yaşlı Elizabet Yamalauya hücum edərək onu udub. Qadının həyat yoldaşı onu ilanın ağzında tapsa da, artıq gec olub. xarici KİV-ə istinadla bildirir ki, hadisə qadının günorta saatlarında ailəsinə məxsus bağa getməsindən sonra baş verib. Təxminən üç saat keçməsinə baxmayaraq

15:20 207
.

Avropanın sərhəd təhlükəsizliyi sual altında: Seutada yaşananlar nədən xəbər verir?

İspaniyanın Seuta anklavında baş verən son hadisələr Avropa İttifaqının miqrasiya və sərhəd təhlükəsizliyi siyasətini yenidən diqqət mərkəzinə gətirib. Qısa müddətdə yaşanan kütləvi miqrasiya axını həm təhlükəsizlik, həm də geosiyasi risklərlə bağlı müzakirələri gücləndirib. Bəs məsələnin mahiyyəti əslind

01.08.2026 188
.

TOP MP3