AI yarışında növbəti hədəf: İstifadəçi yox, istehsalçı olmaq

AI yarışında növbəti hədəf: İstifadəçi yox, istehsalçı olmaq"Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etmək lazımdır ki, ölkəmiz hələlik süni intellekti inkişaf etdirən deyil, ondan istifadə edən ölkələr sırasındadır. Hazırda AI həlləri dövlət qurumlarında, bank sektorunda, kibertəhlükəsizlikdə, elektron xidmətlərdə və müştəri xidmətlərində geniş tətbiq olunur. Bu, müsbət tendensiyadır, amma texnologiyadan istifadə etməklə onu yaratmaq arasında böyük fərq var".

Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.

O, qeyd edib ki, artıq əsas prioritet hazır AI platformalarından istifadəni genişləndirmək deyil, yerli mütəxəssislərin hazırlanmasına və milli texnologiyaların inkişafına investisiya qoymaq olmalıdır. Çünki gələcəkdə rəqabət süni intellektdən istifadə edənlər arasında deyil, onu yaradan ölkələr arasında gedəcək:

"Bunun üçün yalnız proqramçılar kifayət etmir. Süni intellektin inkişafı keyfiyyətli məlumat bazaları, güclü server infrastrukturu, yüksək hesablama imkanları və elmi əməkdaşlıq tələb edir. Bu ekosistem formalaşmasa, yerli mütəxəssislər xarici platformalardan asılı qalacaqlar.

Digər vacib məsələ isə Azərbaycan dilidir. Dünyadakı böyük süni intellekt modellərinin əksəriyyəti ingilis dili üçün hazırlanıb. Buna görə də Azərbaycan dilində keyfiyyətli AI sistemlərinin, yerli məlumat bazalarının və milli texnoloji həllərin yaradılması ölkənin gələcək inkişafı üçün əsas prioritetlərdən biri olmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 97   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının bu qəsəbəsində su olmayacaq

Bu gün Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, magistral su xəttinin qəzalı hissəsinin təmir-bərpa işləri ilə bağlı Hövsan qəsəbəsinin bəzi ərazilərinə gün ərzind

15:26 153
.

Ekspert: Moskva artıq müharibəni öz ərazisində hiss edir

"Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və digər iri şəhərlərə endirdiyi zərbələr müharibənin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər döyüşlər əsasən cəbhə xətti ilə məhdudlaşırdısa, indi Rusiya cəmiyyəti də müharibənin artıq təhlükəsiz hesab oluna

16:09 126
.

Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı iddialar: Dərsliklər niyə tənqid olunur?

"Sistemin daxilində kök salmış yarıtmazlığın və elmi geriliyin ən bariz nümunələrindən biri təhsilin əsas elmi qurumu sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutunun və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqi

15:31 124
.

Sənədsiz torpaq sahəsi olanlar diqqət! Bu qaydaları bilməlisiniz

"Sənədsiz torpaq dedikdə, faktiki istifadə olunan və ya istifadəyə yararlı, lakin mülkiyyət hüququnu təsdiq edən çıxarışı (kupçası) olmayan torpaq sahələri nəzərdə tutulur. Bu torpaqlara sovet dövründə ayrılmış sahələr, bələdiyyə tərəfindən verilmiş, lakin rəsmiləşdirilməmiş torpaqlar, icra hakimiyyətlərini

15:46 141
.

Sabah çimərliklərdə suyun temperaturu 28 dərəcə olacaq

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, avqustun 3-də çimərliklərdə mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərind

02.08.2026 346
.

Oğlunun şəhid olduğu gün vəfat etdi

Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid anası Rəfiqə Əliyeva vəfat edib. xəbər verir ki, o, övladı, gizir Pərvin Əliyevin şəhidlik ildönümündə dünyasını dəyişib. Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 1981-ci il martın 15-də Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətin

02.08.2026 327
.

38° isti olacaq

Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-3

14:08 152
.

AI yarışında növbəti hədəf: İstifadəçi yox, istehsalçı olmaq

"Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etmək lazımdır ki, ölkəmiz hələlik süni intellekti inkişaf etdirən deyil, ondan istifadə edən ölkələr sırasındadır. Hazırda AI həlləri dövlət qurumlarında, bank sektorunda, kibertəhlükəsizlikdə

16:24 91
.

Kartdan karta köçürmə əməliyyatlarına limit qoyulmasının səbəbləri açıqlandı

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birlikləri bankların, eləcə də elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsasl

12:10 220
.

TOP MP3