Yaşamaq üçün ən ideal ölkə açıqlandı
2026-cı ildə köçmək üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, Qlobal Köçmə İndeksinə əsasən, siyahıya Baltikyanı ölkə olan Estoniya başçılıq edir.
"Rumavi" tərəfindən hazırlanan Qlobal Köçmə İndeksi 192 ölkəni 24 fərqli meyar üzrə qiymətləndirib. Reytinq hazırlanarkən yaşayış xərcləri, təhlükəsizlik, səhiyyə, iş imkanları, maliyyə və bank sistemi, mənzil əlçatanlığı, hava keyfiyyəti, iqlim rahatlığı və digər göstəricilər nəzərə alınıb.
Araşdırmaya görə, Estoniya xüsusilə bank infrastrukturu, iş imkanları və xarici vətəndaşlar üçün əmlak hüquqları sahəsində yüksək nəticə göstərərək, ümumi reytinqdə ilk pilləyə yüksəlib.
Ölkə bank və maliyyə sistemi üzrə 99, iş imkanlarına görə 96, mənzil əlçatanlığı üzrə 82, yaşıl zonalara görə isə 86 bal toplayıb. Estoniyanın zəif nəticə göstərdiyi əsas sahə isə sərt və qaranlıq qışlara görə iqlim rahatlığı olub.
2026-cı il üzrə köçmək üçün ən yaxşı 10 ölkə bunlardır:
1. Estoniya,
2. Sinqapur,
3. Malayziya,
4. Portuqaliya,
5. Tayvan,
6. Litva,
7. Honkonq,
8. Sent-Kits və Nevis,
9. Çexiya,
10. Malta.
İlk onluqda beş Avropa ölkəsi yer alıb.
İndeksdə müxtəlif kateqoriyalar üzrə ayrıca reytinqlər də hazırlanıb.
Ailələr üçün təhlükəsizlik, təhsil, səhiyyə və yaşayış xərcləri əsas meyarlar hesab edilib. Bu kateqoriyada da Estoniya birinci yeri tutub.
"Rəqəmsal köçərilər" üçün hazırlanan siyahıda isə Malayziya lider seçilib, Portuqaliya ikinci olub. Sahibkarlar üçün Sinqapur ilk pillədə qərarlaşıb, Estoniya isə ikinci yerdə göstərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 615 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhidin qəzada yaralanan qardaşı vəfat etdi
Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvə
11:28 235 9 marşrutun hərəkəti dəyişdirildi
Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirili
16:10 171 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb
İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsin
18:50 129 Ərimə sürəti proqnozları üstələri: Milyonlarla ev su altında qala bilər
Süni intellekt dəstəkli yeni araşdırmada dünya üzrə dağ buzlaqlarının əriməsi halında okeanların səviyyəsinin nə qədər yüksələ biləcəyi hesablanıb. Əldə edilən nəticələr həm sahilyanı şəhərləri gözləyən təhlükənin, həm də milyardlarla insanın su təminatını təhdid edən prosesin miqyasını göstərir. Qaynarinf
14.08.2026 277 Leysan, güclü külək - Faktiki hava
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusard
12:48 205 Azərbaycanda zəlzələ oldu - Yenilənib
Azərbaycanda zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılır. Zəzələnin şimal rayonlarında hiss edildiyi bildirilir. *. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 20:56-da, 13 km dərinlikd
14.08.2026 588 Məktəblər BU TARİXDƏ BAŞLAYACAQ - Rəsmən elan edildi
Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur. Bəs belə bir dəyişikli
18:27 324 Küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi
Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. BİG.AZ xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların
10:16 188 XƏBƏRDARLIQ! Güclü külək əsəcək - BU TARİXDƏ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
14:59 190