Talibana qarşı yeni cəbhə açıldı - Keçmiş əfqan general silaha sarıldı
ABŞ və NATO tərəfindən dəstəklənmiş keçmiş əfqan generalı Sami Sadatın rəhbərlik etdiyi "Birləşmiş Əfqanıstan Cəbhəsi" Taliban rejiminə qarşı hərbi əməliyyatlara başladığını elan edib.
General Sadat bildirib ki, məqsədləri "Əfqanıstanı azad etmək və hakimiyyəti xalqa qaytarmaqdır". Onun sözlərinə görə, qruplaşma Taliban rəhbərliyini və silahlı üzvlərini hədəf alacaq, əməliyyatlar isə beynəlxalq humanitar hüquq normalarına uyğun aparılacaq.
Sami Sadat 2021-ci ildə Taliban yenidən hakimiyyətə gəlməzdən əvvəl Əfqanıstan Milli Ordusunun tanınmış generallarından biri olub. ABŞ və NATO-nun dəstəyi ilə formalaşdırılan orduda müxtəlif yüksək vəzifələrdə xidmət edib və xüsusilə Helmand vilayətində Talibanla aparılan döyüşlərdə ön plana çıxıb. O, sonradan ordunun ən böyük hərbi birləşmələrindən biri sayılan 215-ci "Maiwand" korpusunun komandiri təyin edilib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, 2021-ci ilin avqustunda Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstan ordusu dağılıb, Sami Sadat isə ölkəni tərk edərək xaricdə yaşamağa başlayıb. Buna baxmayaraq, o, Taliban hakimiyyətini legitim hesab etmədiyini dəfələrlə bəyan edib və ölkənin yenidən qurulması uğrunda mübarizəni davam etdirəcəyini bildirib:
"Son illərdə Sadat Taliban əleyhinə fəaliyyət göstərən qüvvələri bir araya gətirməyə çalışır. Hazırda isə onun rəhbərlik etdiyi qruplaşmanın Taliban üçün ciddi hərbi təhlükə yaratdığı demək çətindir. Bunun əsas səbəbi Əfqanıstanda Taliban əleyhinə çoxsaylı silahlı qrupların mövcud olması, lakin onların vahid komandanlıq altında birləşə bilməməsi və hərbi imkanlarının məhdud qalmasıdır.
Bununla belə, Sami Sadatı digər müxalif fiqurlardan fərqləndirən əsas məqam onun ABŞ və NATO sistemində yetişmiş peşəkar hərbçi olmasıdır. Analitiklərin fikrincə, onun Qərb strukturları ilə əlaqələri gələcəkdə əlavə siyasi və ya logistika dəstəyinə çevrilə bilər.
Son dövrlərdə Talibanın ABŞ və İsrailin İrana qarşı siyasətini tənqid etməsi və Tehrana mümkün dəstək barədə açıqlamaları da diqqət çəkir. Bəzi ekspertlər hesab edirlər ki, bu fonda Sami Sadat kimi fiqurların yenidən ön plana çıxması geosiyasi proseslərlə əlaqəli ola bilər. Lakin bu, hazırda təsdiqlənmiş fakt deyil, siyasi qiymətləndirmə xarakteri daşıyır.
Əgər Sami Sadat gələcəkdə müxtəlif silahlı qrupları vahid komandanlıq altında birləşdirə və xarici dəstək əldə edə bilsə, Taliban üçün daha ciddi təhlükəyə çevrilə bilər. Bununla belə, hazırkı mərhələdə belə bir ssenarinin reallaşacağına dair təsdiqlənmiş məlumat yoxdur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 663 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?
Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər
29.09.2026 328 Səudiyyə Ərəbistanının XİN rəhbəri ABŞ-a getdi: Vaşinqtonda nələr müzakirə olundu?
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın Vaşinqtona səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib. Nazir ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasındakı münasibətləri, Yəməndəki son vəziyyəti və regionda təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəfləri
29.09.2026 249 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 110 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 114 Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir
Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb
29.09.2026 212 Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29.09.2026 294 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 220 Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 222 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 83