Azərbaycanda bizneslərin uğursuzluğunun əsas səbəbləri

Azərbaycanda bizneslərin uğursuzluğunun əsas səbəbləri"Azərbaycanda yeni yaradılan şirkətlərin əhəmiyyətli hissəsinin qısa müddət ərzində fəaliyyətini dayandırmasının arxasında bir sıra iqtisadi və institusional amillər dayanır. Əsas səbəblərdən biri sahibkarların bazara kifayət qədər hazırlıq görmədən daxil olmasıdır. Bir çox hallarda biznes planı hazırlanmadan, bazar araşdırması aparılmadan və maliyyə hesablamaları düzgün qiymətləndirilmədən fəaliyyətə başlanılır. Nəticədə gözlənilən gəlir əldə olunmur və şirkətin fəaliyyətini davam etdirməsi çətinləşir".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki, digər mühüm problem maliyyə resurslarına çıxışın məhdud və bahalı olmasıdır. Kredit faizlərinin yüksəkliyi, dövriyyə vəsaitinin çatışmazlığı, eləcə də investisiya imkanlarının məhdudluğu xüsusilə kiçik və orta biznes subyektlərinin davamlı fəaliyyətinə mənfi təsir göstərir. İlkin mərhələdə yaranan maliyyə çətinliklərini aradan qaldıra bilməyən şirkətlər bazarı tərk etmək məcburiyyətində qalırlar:

"Rəqabət mühitinin xüsusiyyətləri, bazarın məhdud həcmi və alıcılıq qabiliyyətinin istənilən səviyyədə olmaması da şirkətlərin uzunömürlü fəaliyyətinə mane olur. Eyni sahədə çox sayda biznesin yaradılması bazarın parçalanmasına, gəlirliliyin azalmasına səbəb olur. Belə şəraitdə maliyyə imkanları daha zəif olan şirkətlər fəaliyyətini dayandırır.

Bununla yanaşı, idarəetmə təcrübəsinin kifayət qədər olmaması, peşəkar kadr çatışmazlığı, marketinq strategiyalarının zəif qurulması və rəqəmsal satış imkanlarından səmərəli istifadə edilməməsi də bizneslərin uğursuzluğuna təsir edən əsas amillərdəndir. Vergi yükü, icarə, logistika və digər əməliyyat xərclərinin artması isə bir çox müəssisənin rentabelliyini aşağı salır.

Uzunmüddətli uğur üçün təkcə şirkətin dövlət qeydiyyatından keçməsi kifayət etmir. Güclü biznes modeli, peşəkar maliyyə idarəetməsi, bazar tələbinin düzgün təhlili, innovasiyalara uyğunlaşma və dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması biznesin davamlı inkişafının əsas şərtləridir. Bu amillər təmin olunduqca şirkətlərin bazarda fəaliyyət müddəti və rəqabət qabiliyyəti də artır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 81   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev yeni icra başçısı təyin etdi

Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxcıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

13:04 155
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

10:44 205
.

Xalq yazıçısı Elçinin adına Bakıda küçə olacaq

Mart ayında Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Binəqədi rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsinə Xalq yazıçısı Elçin Əfəndiyevin adı verilib. xəbər verir ki, Əhməd Rəcəbli küçəsinin Ziya Bünydov prospekti ilə Süleyman Sani Axundov küçələri arasında olan hissələri Xalq yazıçısının ad

03.08.2026 250
.

Vüsalə Əlizadə makiyajsız görüntüsünü paylaşdı

Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yeni paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə izləyicilərinə makiyajsız görüntüsünü təqdim edib. Vüsalə paylaşımında təbii halını nümayiş etdirərək obyektiv qarşısına keçib

12:13 193
.

Britaniya sahillərində qeyri-adi mənzərə: Minlərlə mavi canlı

Böyük Britaniyanın Kambriya sahillərində yerləşən çimərliklərə minlərlə mavi, meduzaya bənzər dəniz canlısı çıxıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Yerli sakin Luiz Nikolson bildirib ki, əvvəlcə sirli canlıları dəniz yosunu hesab edib və hətta onlardan birini götürmək istəyib. "Onla

11:56 153
.

Talibana qarşı yeni cəbhə açıldı - Keçmiş əfqan general silaha sarıldı

ABŞ və NATO tərəfindən dəstəklənmiş keçmiş əfqan generalı Sami Sadatın rəhbərlik etdiyi "Birləşmiş Əfqanıstan Cəbhəsi" Taliban rejiminə qarşı hərbi əməliyyatlara başladığını elan edib. General Sadat bildirib ki, məqsədləri "Əfqanıstanı azad etmək və hakimiyyəti xalqa qaytarmaqdır"

12:58 135
.

Trampın qərarı İsraildə təəccüb yaratdı: Netanyahu xəbəri sosial şəbəkədən öyrəndi

İsrail hakimiyyəti, o cümlədən Baş nazir Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampın İrana qarşı birgə hərbi əməliyyatların ləğvi ilə bağlı qərarını ilk dəfə onun Truth Social platformasındakı paylaşımından öyrənib. xəbər verir ki, bu barədə The Times of Israel qəzeti məlumat yayıb. Nəşrin yazdığın

11:32 144
.

Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

Yay mövsümündə xaricə səyahət edənlərin sayının artdığı bir dövrdə Bakcell abunəçilərinə dünyanın müxtəlif ölkələrində rahat və fasiləsiz ünsiyyət imkanı yaradan rouminq xidmətlərini təqdim edir. Səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri "hamısı daxil" rouminq paketləridir

11:29 137
.

ABŞ bu ölkədəki səfirliyini bağlayır

ABŞ Dövlət Departamenti beş ölkədəki xarici diplomatik nümayəndəliyi bağlamağı planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. "ABŞ Dövlət Departamenti Konqresə beş xarici nümayəndəliyin bağlanması planları barədə məlumat verib ki, bu d

11:19 140
.

TOP MP3