Bəhruz Quliyev: Talibanı devirmək təkcə hərbi yolla mümkün deyil
"Son günlər müxtəlif informasiya mənbələrində ABŞ və NATO-nun dəstəyi ilə Taliban hakimiyyətinə qarşı yeni əfqan müqavimət qüvvələrinin formalaşdırılması barədə iddialar yayılır. Bu məlumatların əksəriyyəti hələlik rəsmi təsdiqini tapmasa da, Əfqanıstan ətrafında yeni siyasi və hərbi proseslərin başlaya biləcəyi ehtimalı beynəlxalq ekspert dairələrində ciddi müzakirə olunur.
Talibanın 2021-ci ildə hakimiyyəti ələ keçirməsindən sonra ölkədə nisbi təhlükəsizlik bərpa olunsa da, siyasi legitimlik, insan hüquqları, xüsusilə qadınların və qızların hüquqlarının məhdudlaşdırılması, iqtisadi böhran və beynəlxalq təcrid Əfqanıstanın əsas problemləri olaraq qalır. Bu səbəbdən də Qərb dövlətləri Talibanı beynəlxalq hüququn tamhüquqlu tərəfdaşı kimi qəbul etməkdən hələ də çəkinirlər.
Hesab edirəm ki, Əfqanıstanın gələcəyi yalnız hərbi mübarizə ilə müəyyən edilə bilməz. Son 40 ildən artıq müddətdə bu ölkədə müxtəlif xarici güclər hərbi yolla nəticə əldə etməyə çalışsalar da, dayanıqlı siyasi sabitlik formalaşdırmaq mümkün olmayıb. Bu reallıq göstərir ki, təkcə silahlı mübarizə Taliban hakimiyyətini devirmək üçün kifayət deyil."
Bu fikirləri BiG.AZ-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, əgər Taliban daxilində ciddi siyasi parçalanma baş verməzsə, ölkə daxilində geniş xalq dəstəyi qazanan vahid müxalifət formalaşmazsa və regional güclərin maraqları üst-üstə düşməzsə, yaxın perspektivdə Talibanın hakimiyyətdən uzaqlaşdırılması real görünmür.
Bununla belə, beynəlxalq təzyiqlərin artması, humanitar böhranın dərinləşməsi və iqtisadi problemlərin ağırlaşması Taliban hakimiyyətini müəyyən islahatlara getməyə məcbur edə bilər. Əks halda, ölkədə yeni müqavimət ocaqlarının yaranması və uzunmüddətli qeyri-sabitliyin davam etməsi ehtimalı artır.
"Bu gün əsas sual Talibanın devrilib-devrilməyəcəyi deyil. Əsas məsələ Əfqanıstanın yenidən böyük dövlətlərin geosiyasi rəqabət meydanına çevrilib-çevrilməyəcəyidir. Tarix göstərir ki, belə rəqabətin ən ağır yükünü hər zaman Əfqanıstan xalqı daşıyıb və yeni qarşıdurma ssenarisi regionun təhlükəsizliyi üçün də ciddi risklər yarada bilər."- deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 685 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?
Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər
29.09.2026 328 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 220 Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29.09.2026 238 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 204 Rosatom rəhbəri Metsamor AES-in ilk ümumi sxemini Paşinyana təqdim edib
Rosatom-un baş direktoru Aleksey Lixaçev Metsamor Atom Elektrik Stansiyasının (AES) ilk ümumi sxeminin orijinalını Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdiyini açıqlayıb. xəbər verir ki, Lixaçevin sözləri "Sputnik Near Abroad"ın "Telegram" kanalında dərc olunub. "B
10:59 108 Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara
10:07 116 Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA
"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"
11:44 99 Həmin şagird sığınacağa yerləşdirilib? - Açıqlama
Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb. -a istinadən xəbər verir ki, məsəl
29.09.2026 425 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 229