Nağdsız ödənişlərə illərlə təşviq, indi isə məhdudiyyət - Niyə?
"Kartdan-karta köçürmələrə limit tətbiq edilməsi problemi həll etmir, sadəcə onu başqa istiqamətə yönəldir".
Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.
O, qeyd edib ki, Azərbaycanda illərdir dövlət nağdsız ödənişlərin genişlənməsi üçün vətəndaşları bank kartlarından istifadəyə təşviq edib. İnsanlar əməkhaqlarını kart vasitəsilə alır, kommunal ödənişlərini, alış-verişlərini və gündəlik maliyyə əməliyyatlarını nağdsız şəkildə həyata keçirirlər. Belə bir şəraitdə kartdan-karta köçürmələrə limit və əməliyyat sayına məhdudiyyət tətbiq olunması əvvəlki siyasətlə müəyyən mənada ziddiyyət təşkil edir:
"Əgər məqsəd vergidən yayınma, kölgə iqtisadiyyatı və ya qanunsuz maliyyə dövriyyəsi ilə mübarizə aparmaqdırsa, bunun yolu bütün vətəndaşların gündəlik maliyyə əməliyyatlarını məhdudlaşdırmaq deyil. Daha məqsədəuyğun yanaşma riskli və şübhəli əməliyyatların hədəfli şəkildə müəyyənləşdirilməsi və nəzarətə götürülməsidir.
Belə məhdudiyyətlər insanların maliyyə davranışına da təsir göstərə bilər. Vətəndaş kartdan istifadənin əlavə çətinlik yaratdığını düşündükdə, yenidən nağd ödənişlərə üstünlük verə bilər. Bu isə son illərdə nağdsız iqtisadiyyatın inkişafı istiqamətində əldə olunan nəticələrə mənfi təsir göstərə bilər.
Nağd pul dövriyyəsinin artması iqtisadiyyatın şəffaflığına da mənfi təsir edən amillərdən biridir. Dövlət uzun illərdir rəqəmsal ödənişlərin və elektron maliyyə xidmətlərinin inkişafına çalışır. Bu istiqamətdə tətbiq edilən inzibati məhdudiyyətlər isə cəmiyyətin bank sisteminə və rəqəmsal maliyyə alətlərinə olan etimadını zəiflədə bilər.
Məhdudiyyətlərin təsiri bank sektorunda da hiss oluna bilər. Kart əməliyyatlarının azalması bankların komissiya gəlirlərinə, rəqəmsal xidmətlərin inkişafına və maliyyə inklüzivliyinə mənfi təsir göstərə bilər. Bununla yanaşı, ən böyük narahatlıq vətəndaşların gündəlik maliyyə rahatlığının azalmasıdır.
İqtisadi inkişafın əsas şərtlərindən biri etimaddır. İnsanlar bank sistemindən uzaqlaşmağa başlayırsa, bu, təkcə maliyyə sektoru üçün deyil, bütövlükdə iqtisadiyyat üçün risk yaradır.
Kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq üçün nəzarət mexanizmləri riskəsaslı, ağıllı və hədəfli olmalıdır. Hamıya eyni məhdudiyyətin tətbiq edilməsi effektiv iqtisadi siyasətdən daha çox, qaydalara əməl edən vətəndaşların gündəlik həyatını çətinləşdirən inzibati yanaşma kimi qiymətləndirilə bilər.
Bu baxımdan əsas sual belədir: məqsəd vətəndaşı rəqəmsal iqtisadiyyata daha fəal cəlb etməkdir, yoxsa onu yenidən nağd pul dövriyyəsinə yönəltmək?"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 119 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər
10:44 208 Boğazlarında qida qalan körpə və 74 yaşlı qadın öldü
Biləsuvarda və Bakının Sabunçu rayonunda iki oxşar bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, Biləsuvarın Xırmandalı kənd sakini 2026-cı il təvəllüdlü Raul Vüqar oğlu Abdullazadə nəfəs borusunda qida qalması səbəbindən xəstəxanaya aparılarkən yolda vəfat edib. Sabunçu rayonund
14:23 138 Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Yay mövsümündə xaricə səyahət edənlərin sayının artdığı bir dövrdə Bakcell abunəçilərinə dünyanın müxtəlif ölkələrində rahat və fasiləsiz ünsiyyət imkanı yaradan rouminq xidmətlərini təqdim edir. Səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri "hamısı daxil" rouminq paketləridir
11:29 143 Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Avqustun 2-si dənizdə batan Ruslan Rafiq oğlu Həmidovun meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. "Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovu
10:29 182 Vüsalə Əlizadə makiyajsız görüntüsünü paylaşdı
Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yeni paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə izləyicilərinə makiyajsız görüntüsünü təqdim edib. Vüsalə paylaşımında təbii halını nümayiş etdirərək obyektiv qarşısına keçib
12:13 218 Azərbaycanda polkovnik qəfil vəfat etdi
Azərbaycanda polkovnik qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin təqaüddə olan polkovniki Mehman Hacıyev ötən gün dünyasını dəyişib. M.Hacıyev uzun illər Horadizdə hərbi hissələrin birində komandir vəzifəsində çalışıb. Onun təqaüdə təzəlikcə çıxdığı bildirilir
10:17 188 Neandertal, yoxsa insan? Böyükayaqlı ilə bağlı maraqlı iddia
Amerikalı böyükayaqlı (Bigfoot) ovçusu Çarlz Stüart məşhur universiteti əfsanəvi məxluqla bağlı həqiqəti gizlətməkdə ittiham edib. xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb. Stüartın iddiasına görə, o, 2024-cü ildə Nyu-York ştatının şimalındakı Adirondak dağlarında böyükayaqlıya ai
11:49 163 İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu - mənfi 84,1 dərəcə Selsi ölçülüb. Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırd
03.08.2026 310 Geyimini tənqid edənləri polislə hədələdi
Əməkdar artist Səbinə Babayeva geyimi ilə bağlı ünvanına yazılan tənqidi rəylərə münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni instaqram hesabında paylaşdığı açıqlamada bəzi izləyicilərin səhnə mədəniyyətini və konsert estetikasını düzgün qiymətləndirmədiyini vurğulayıb. Dünya ulduzu Dua Lipanı
11:05 261