"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
"AzerGold" QSC tərəfindən "Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. Səhmdar Cəmiyyətinin fəaliyyətinin 10 illiyi çərçivəsində keçirilən tədbirdə ölkənin aparıcı onlayn media qurumlarını təmsil edən 28 jurnalist iştirak edib.
Tədbirin ilk günü Gəncə şəhərində "AzerGold" QSC-nin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı və emalı, qiymətli metalların satışı, əməyin mühafizəsi, ətraf mühitin qorunması, kommunikasiya və korporativ sosial məsuliyyət istiqamətlərində nəzəri təlimlər keçirilib. İnteraktiv formatda təşkil olunan sessiyalar zamanı qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Səfərin ikinci günü iştirakçılar əvvəlcə Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, "AzerGold" QSC-nin dəstəyi və "Birgə və Sağlam" İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Gəncə Autizm Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Jurnalistlər autizm spektr pozuntusu olan uşaqlar üçün həyata keçirilən reabilitasiya prosesini əyani şəkildə izləyiblər.
Daha sonra iştirakçılar Daşkəsən və Göygöl rayonlarında istifadəyə verilmiş kitab köşklərinə baş çəkərək həyata keçirilən sosial layihələrlə tanış olublar. Onlar həmçinin Daşkəsən rayonunun Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və "AzerGold" QSC-nin dəstəyi ilə inşa edilmiş Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binasına baxış keçiriblər.
Səfər "AzerGold" QSC-nin Daşkəsən rayonunun Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) və "Çovdar" qızıl mədəninə təşkil olunmuş mediaturla davam edib. Media nümayəndələrinə müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi, eləcə də boş süxur anbarında həyata keçirilən bioloji rekultivasiya tədbirləri barədə ətraflı məlumat verilib.
Jurnalistlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri, qiymətli metalların hasilatı və emalı, eləcə də ekoloji norma və tələblərə uyğun şəkildə həyata keçirilən istismar işləri ilə yaxından tanış olublar.
Layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsi üzrə məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları keçirilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.













BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 727 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?
Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər
29.09.2026 328 Səudiyyə Ərəbistanının XİN rəhbəri ABŞ-a getdi: Vaşinqtonda nələr müzakirə olundu?
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın Vaşinqtona səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib. Nazir ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasındakı münasibətləri, Yəməndəki son vəziyyəti və regionda təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəfləri
29.09.2026 249 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 110 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 114 Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir
Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb
29.09.2026 212 Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29.09.2026 294 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 220 Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 222 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 83