Avtomobil yanğınlarının SƏBƏBLƏRİ: sürücülər nəyə diqqət etməlidir?
Azərbaycanda da tez-tez oxuduğumuz xəbərlərdən biri avtomobillərin yanmasıdır. Xüsusən Bakıda intensiv yollarda nəqliyyat vasitələrinin yanması barədə xəbər yayılır ki, bu da həmin yolda tıxaca, ağır hallarda isə ölüm yaxud xəsarətə səbəb olur.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, minik avtomobillərində baş verən yanğınların əksəriyyəti nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə birbaşa bağlıdır.
Mütəxəssis Roman Timaşovun sözlərinə görə, avtomobillərdə yanğının ən geniş yayılmış səbəbi elektrik sistemində baş verən qısaqapanmadır. Vaxt keçdikcə naqillərin izolyasiyası quruyaraq çatlayır, kontaktlar isə oksidləşir və boşalır.
Ekspert qeyd edib ki, siqnalizasiya, audio sistem və ya mühərrikin əvvəlcədən qızdırılması üçün avadanlıqların peşəkar olmayan şəkildə quraşdırılması da yanğın riskini əhəmiyyətli dərəcədə artırır.
Bundan başqa, standart olmayan qoruyuculardan və qış aylarında kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə qısaqapanma və yanğın ehtimalını yüksəldir.
Roman Timaşovun sözlərinə görə, ikinci ən geniş yayılmış səbəb yanacaq sistemində hermetikliyin pozulmasıdır. Şlanq və boru birləşmələrində yaranan sızmalar nəticəsində benzin yaxud mühərrik yağı mühərrikin, ya da egzoz kollektorunun qızmış hissələrinə düşərək kiçik qığılcımdan belə alışa bilər.
O bildirib ki, rezin boruların və şlanqların köhnəlməsi də çatların yaranmasına və sızmalara səbəb olur. Belə halların qarşısını almağın yeganə yolu avtomobilin texniki vəziyyətini mütəmadi yoxlatdırmaqdır.
Mütəxəssis deyib ki, yanacaq sisteminin hermetikliyi və xüsusilə mühərrik bölməsindəki naqillərin izolyasiyası daim nəzarətdə saxlanılmalıdır.
Ekspert həmçinin avtomobilin salonunda və ya kapot altında kip bağlanmayan qabda yanacaq-sürtkü materialları və digər tezalışan maddələrin saxlanılmasının təhlükəli olduğunu bildirib.
Roman Timaşov əlavə edib ki, hər bir avtomobildə işlək vəziyyətdə olan yanğınsöndürən balon olmalı və sürücü ondan düzgün istifadə qaydasını bilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 772 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?
Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər
29.09.2026 328 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 220 Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29.09.2026 238 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 204 Rosatom rəhbəri Metsamor AES-in ilk ümumi sxemini Paşinyana təqdim edib
Rosatom-un baş direktoru Aleksey Lixaçev Metsamor Atom Elektrik Stansiyasının (AES) ilk ümumi sxeminin orijinalını Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdiyini açıqlayıb. xəbər verir ki, Lixaçevin sözləri "Sputnik Near Abroad"ın "Telegram" kanalında dərc olunub. "B
10:59 108 Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara
10:07 116 Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA
"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"
11:44 99 Həmin şagird sığınacağa yerləşdirilib? - Açıqlama
Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb. -a istinadən xəbər verir ki, məsəl
29.09.2026 425 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 229