ABŞ-nin 25 ştatı yeni tariflərə görə Tramp Administrasiyasını məhkəməyə verib

ABŞ-nin 25 ştatı yeni tariflərə görə Tramp Administrasiyasını məhkəməyə veribDemokratların rəhbərlik etdikləri ABŞ-nin 25 ştatından ibarət koalisiya idxal mallarına yeni tariflərin tətbiq edilməsi ilə əlaqədar Prezident Donald Tramp Administrasiyasına qarşı iddia qaldırıb.

Oxu.Az-ın DW nəşrinə istinadla verdiyi məlumata görə, iddiaçı ştatlar 60 tərəfdaş ölkədən idxal olunan və ümumi ABŞ idxalının 99.4 faizini təşkil edən məhsullara qoyulan 10 və 12.5 faizlik rüsumlara etiraz edirlər.

Ştatlar tariflərin qanunsuz sayılmasını, ləğvini və ödənilmiş rüsumların geri qaytarılmasını tələb edir.

Vaşinqton qərarını məcburi əməkdən istifadə etməklə istehsal oluna bilən malların idxalına qarşı mübarizə aparmaq zərurəti ilə izah edib.

Lakin ştatlar koalisiyası iddia edib ki, bu arqumentlər ABŞ Ali Məhkəməsinin əvvəllər administrasiyanın ilkin tarif tədbirlərini ləğv etməsindən sonra geniş tariflər tətbiq etmək üçün sadəcə bir bəhanədir.

"Ali Məhkəmədə uduzduqdan sonra administrasiya yeni tariflər raundu vasitəsilə ailələr və müəssisələr üçün vergiləri yenidən qanunsuz olaraq artırmağa çalışır", - deyə Nyu-Yorkun baş prokuroru Letisiya Ceyms bildirib.

Ağ Ev ittihamları rədd edərək bildirib ki, ölkə öz qanuni səlahiyyətlərindən istifadə edərək Amerika işçilərinə və şirkətlərinə zərər verən ticarət təcrübələrini aradan qaldıracaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadın evlənmək istəməyən sevgilisinin boğazını kəsdi

Hindistanın Uttar-Pradeş ştatında 30 yaşlı qadın evlənmək istəməyən sevgilisini öldürüb. xarici KİV-ə istinadla bildirir ki, 36 yaşlı Sadakatın meyiti iyulun 30-da qonşuların bağlı otaqdan gələn pis qoxu ilə bağlı polisə müraciət etməsindən sonra aşkarlanıb. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki

20:15 152
.

Şahbuzda 3 ballıq zəlzələ oldu

Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 11:54-də baş verən zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədə

12:46 182
.

Kassis Şəhidlər xiyabanında - Fotolar

Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis bu gün Şəhidlər xiyabanını ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüy

12:02 161
.

Talibana qarşı yeni cəbhə açıldı - Keçmiş əfqan general silaha sarıldı

ABŞ və NATO tərəfindən dəstəklənmiş keçmiş əfqan generalı Sami Sadatın rəhbərlik etdiyi "Birləşmiş Əfqanıstan Cəbhəsi" Taliban rejiminə qarşı hərbi əməliyyatlara başladığını elan edib. General Sadat bildirib ki, məqsədləri "Əfqanıstanı azad etmək və hakimiyyəti xalqa qaytarmaqdır"

12:58 207
.

Danimarka Şahzadəsi 11 ay hərbi xidmət keçəcək

Danimarka Şahzadəsi İzabella orduda hərbi xidmətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Danimarkanın "BT" qəzeti məlumat yayıb. Məlumata görə, Şahzadə İzabella Slagelsedəki Antvorskov kazarmasına gəlib və o, 11 ay müddətində alayda hərbi xidmət keçəcək. Nəşr əlavə edi

22:30 88
.

Qarpız və yemiş yeyəndən sonra niyə qarnınız ağrıyır? - SƏBƏBİ

Yay mövsümünün ən sevilən meyvələrindən olan qarpız və yemiş bəzi insanlarda qarında köp, sancı və ya ishala səbəb ola bilir. Mütəxəssislər bildirirlər ki, bunun səbəbi çox vaxt meyvənin xarab olması deyil, orqanizmin fruktozanı tam mənimsəyə bilməməsidir. xarici mediaya istinadən xəbər verir ki, fruktoz

19:00 177
.

Dərmandan daha faydalı - Təzyiqi salmağa kömək edən içkilər

Yay istisi yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün əlavə risk yaradır. Mütəxəssislər bildirirlər ki, bəzi içkilər həm orqanizmi susuzlaşmadan qorumağa, həm də qan təzyiqini nəzarətdə saxlamağa kömək edə bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, dietoloqlar sağlam qan təzyiqini dəstəkləy

21:15 130
.

TikTok və Instagram videoları miqrant böhranını dərinləşdirdi

Sosial şəbəkələrdə yayılan paylaşımlar Mərakeşlə İspaniya arasındakı sərhədi keçməyin asanlaşdığı barədə təsəvvür yaradaraq on minlərlə miqrantın Şimali Afrikadakı İspaniya anklavı Seutaya axınına səbəb olub. xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb. Məlumata görə, prose

12:28 174
.

Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikas

13:13 225
.

TOP MP3