Saakaşvili: "Beş ildir qeyri-insani şəraitdə saxlanılıram"

Saakaşvili: "Beş ildir qeyri-insani şəraitdə saxlanılıram"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadakı şəraitdən şikayətlənərək, bunun qeyri-insani olduğunu və beynəlxalq standartlara əsasən işgəncəyə bərabər sayıldığını iddia edib.

BiG.AZ xəbər verir ki, o, bununla bağlı açıqlamasını "Facebook" hesabında paylaşıb.

Saakaşvilinin sözlərinə görə, o, kiçik, qaranlıq, havalandırılmayan və antisanitar şəraiti olan kamerada saxlanılır. Keçmiş prezident digər siyasi məhbusların da oxşar şəraitdə olduğunu iddia edib.

Məktubunda Saakaşvili xatırladıb ki, oktyabrın 1-də onun həbsinin beşinci ildönümü tamam olacaq. O bildirib ki, beynəlxalq standartlara əsasən, bir şəxsin uzun müddət təkadamlıq kamerada saxlanılması işgəncə və qeyri-insani rəftar hesab olunur.

Keçmiş dövlət başçısı, həmçinin qeyd edib ki, cəzaçəkmə müəssisəsi sement zavodunun yaxınlığında yerləşir. Onun iddiasına görə, həmin zavod Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvili ilə əlaqəlidir və zavoddan qalxan toz nəfəs almağı çətinləşdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 509   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb

Dünən vətəndaşlar tərəfindən qanunsuz saxlanılan bir avtomat silahı, altı tüfəng, iki patron darağı və 56 ədəd müxtəlif çaplı patron aşkar edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməs

23:00 50
.

Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb

Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur

19:50 135
.

Alim Qasımov bağında ad günü etdi

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olub. Axşam.az xəbər verir ki, xanəndə doğum gününü ailəsi ilə birlikdə qeyd edib. O, yaxınlarını bağ evinə toplayaraq məclis təşkil edib. Gecə ərzində muğamlar səsləndirilib, A.Qasımovun sənət yolundan bəhs edən video nümayiş olunub. Məclisdən videolar sosia

12:10 283
.

İsveçrədə görünməmiş quraqlıq: Suyun istifadəsinə limitlər qoyuldu

İsveçrənin bir sıra kantonlarında kəskin istilər və quraqlıq səbəbindən suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunmağa başlanıb. xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb. Müxtəlif kantonlarda fərqli qadağalar qüvvəyə minib. Məsələn, Arqau bölgəsində qazonların sulanması, hovuzları

18:20 138
.

9 marşrutun hərəkəti dəyişdirildi

Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirili

16:10 174
.

Tərtər sakini yanaraq öldü

Tərtər rayonunda dəhşətli hadisə baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillə

15:10 165
.

Leysan, güclü külək - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusard

12:48 205
.

Küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. BİG.AZ xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların

10:16 190
.

Ən çox ət, süd və yumurta istehsal edən rayonlar

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı üzrə rayonların göstəriciləri açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ət (diri çəkidə) istehsalında Siyəzən, süd istehsalında isə Ağcabədi həm 2025-ci ildə

14.08.2026 302
.

TOP MP3