Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır
Fransanın Lazur sahili boyunca sunami təhlükəsi zamanı insanları dənizdən uzaq istiqamətə yönləndirən təxminən 800 xəbərdarlıq nişanı quraşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır.
Buna səbəb UNESCO-nun yaxın 30 il ərzində Aralıq dənizində güclü sunami baş vermə ehtimalının demək olar ki, 100 faiz olduğunu bildirən xəbərdarlığıdır.
Nitsa aqlomerasiyasına daxil olan altı sahilyanı bələdiyyə - Nitsa, Kanye-sür-Mer, Sen-Loran-dü-Var, Vilfranş-sür-Mer, Bölyö-sür-Mer və Ez - iyun ayında rəsmi olaraq "Sunami Ready" statusu alıb. Daha əvvəl bu sertifikat Kann, Yunanıstanın Samos adası və İtaliyanın Minturno şəhərinə verilmişdi.
Mütəxəssisləri ən çox narahat edən məqam sahildən təxminən 20 kilometr aralıda yerləşən Liquriya qırılma zonasıdır. Burada Afrika və Avrasiya tektonik plitələri toqquşur. Alimlərin fikrincə, bu ərazidə gərginlik daim artır və gec-tez güclü zəlzələ ilə nəticələnə bilər.
Monpelyedəki Paul-Valeri Universitetinin coğrafiyaşünası və 2005-ci ildən UNESCO-nun müvafiq işçi qrupunda çalışan Frederik Leone bildirib ki, bu, təşviş yaratmaq cəhdi deyil, statistik reallıqdır. Onun sözlərinə görə, bəzi ssenarilərdə sunami dalğaları sahilə cəmi 10 dəqiqəyə çata bilər.
Leone qeyd edib ki, sunaminin əsasən Asiya problemi olduğu barədə geniş yayılmış fikir yanlışdır. Onun sözlərinə görə, Sakit okeandan sonra dünyada ən çox qeydə alınmış sunami hadisələri məhz Aralıq dənizi hövzəsində baş verib.
Region əvvəllər də belə fəlakətlərlə üzləşib. 1887-ci ildə Liquriya dənizində baş verən zəlzələ nəticəsində Antib və Kann sahillərində iki metrədək dalğalar yaranmışdı. 1979-cu ildə Nitsa limanında baş verən sualtı sürüşmə çoxmetrlik dalğa yaradaraq doqquz nəfərin ölümünə səbəb olmuşdu. 2003-cü ildə Əlcəzairin Bumerdes şəhərində baş verən və təxminən 2300 nəfərin həyatına son qoyan zəlzələ isə Balear adalarına qədər çatan üçmetrlik sunami dalğası yaratmışdı.
Seysmoloq Aleksander Rudloff sunaminin yaranma mexanizmini masanın üzərindəki su dolu stəkanla müqayisə edir. Onun sözlərinə görə, altdan gələn təkan suyu hərəkətə gətirir və dalğalar kənarlara doğru yayılır. Ən pis ssenaridə isə güclü zəlzələ nəticəsində yaranacaq dalğalar Aralıq dənizinin demək olar ki, bütün sahillərinə çata bilər.
Alimlər gələcək sunami dalğalarının dəqiq hündürlüyünü proqnozlaşdıra bilməsələr də, hesablamalar ən azı bir metr hündürlük ehtimalını göstərir. Frederik Leone vurğulayır ki, təhlükəni müəyyən edən təkcə dalğanın hündürlüyü deyil, həm də onun hərəkət sürətidir. Hətta 50 santimetrlik dalğa belə insanı yıxa, çimərlik avadanlıqlarını apararaq avtomobilləri yerindən tərpədə bilər.
Fransanın Aralıq dənizi sahillərində tətbiq olunan qaydalara əsasən, sunami xəbərdarlığı verildikdə və ya sahildə su qəfil geri çəkildikdə insanlar dərhal dənizdən ən azı 200 metr uzaqlaşmalı və ya dəniz səviyyəsindən beş metrdən yüksək nöqtəyə qalxmalıdırlar. Çay mənsəbləri yaxınlığında isə təhlükəsiz məsafə ən azı 500 metr hesab olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 845 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 210 Aİ-nin genişlənmə üzrə komissarı Ukraynanın maliyyə naziri ilə görüşüb
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşüb. APA xəbər verir ki, bu barədə Aİ rəsmisi "X" hesabında yazıb. Marta Kos Marçenko ilə görüşü zamanı Avropa İttifaqının Ukraynaya Dəstək Planı çərçivəsində Kiyevə daha 2.9 milyar
29.09.2026 205 Səudiyyə Ərəbistanının XİN rəhbəri ABŞ-a getdi: Vaşinqtonda nələr müzakirə olundu?
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın Vaşinqtona səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib. Nazir ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasındakı münasibətləri, Yəməndəki son vəziyyəti və regionda təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəfləri
29.09.2026 248 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 0 Rosatom rəhbəri Metsamor AES-in ilk ümumi sxemini Paşinyana təqdim edib
Rosatom-un baş direktoru Aleksey Lixaçev Metsamor Atom Elektrik Stansiyasının (AES) ilk ümumi sxeminin orijinalını Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdiyini açıqlayıb. xəbər verir ki, Lixaçevin sözləri "Sputnik Near Abroad"ın "Telegram" kanalında dərc olunub. "B
10:59 92 Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo
09:59 113 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 204 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 111 Həmin şagird sığınacağa yerləşdirilib? - Açıqlama
Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb. -a istinadən xəbər verir ki, məsəl
29.09.2026 424