Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil

Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyilSerbiya Prezidenti Aleksandar Vuçiç Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağı müddətlə bağlı hələlik ciddi proqnoz verə bilmədiyini və tərəfləri daha bir çətin qışın gözləyə biləcəyindən narahat olduğunu bildirib.

"Report" Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə Vuçiç Belqradda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Hamımız müharibənin ən qısa zamanda bitməsini istəyirik. Əgər məndən bir siyasətçi kimi soruşsanız, mən buna əmin deyiləm və bizi daha bir çətin qışın gözlədiyindən ciddi şəkildə narahatam", - Vuçiç deyib.

O, həmçinin bildirib ki, Serbiya Rusiyanın atəşləri nəticəsində zərər çəkmiş Ukrayna şəhərlərindən birinin bərpasına sərmayə yatırmaq niyyətindədir.

Serbiya lideri Ukraynanın ərazi bütövlüyünə dəyişməz dəstəyini təsdiqləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 100   Tarix: 08 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb

Macarıstanın hakim "Tisa" partiyası ölkənin Ali Məhkəməsinin keçmiş rəhbəri Andraş Bakanın prezidentliyə namizədliyini irəli sürüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyası bildirib. Bakanın avqustun 11-i bu vəzifəyə seçiləcəy

21:00 121
.

Bolqarıstanda Trans-Balkan qaz kəmərinin kompressor stansiyasının yaxınlığında dron partlayıb

Bolqarıstanın hava məkanına Rumıniya tərəfindən daxil olan dron qısa müddət sonra sərhəddən təxminən 100 metr kənarda partlayıb. "Report" Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rumen Radev Təhlükəsizlik Şurasının təcili iclasından sonra bildirib. Hadis

17:40 150
.

Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Xəzər rayonunda evdən 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdiklər

15:40 168
.

Mal əti BAHALAŞDI - VİDEO

İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin

19:18 268
.

"Arzum" ilə bağlı YENİ XƏBƏR - Məhkəmədən sonra…

Xəbər verdiyimiz kimi, bloger İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib. O, 818 mindən çox izləyicisi olan səhifəsində videoları yığışdırıb. Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağas

17:13 362
.

Prezidentliyə başlayan Esprielyaya 1 milyard dollar veriləcək

ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielyanın administrasiyasını dəstəkləmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq. xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. Sənəddə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyas

22:00 121
.

İSTİ GÜNLƏR BİTİR: Güclü külək və leysan gəlir - BU TARİXDƏN

Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir. BİG.AZ -a istinadla xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir. Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır

16:39 287
.

Rusiya rəsmisindən Polşa prezidentinə sərt cavab: "Sadəcə axmaqdır"

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Polşa prezidenti Karol Navrotskinin Ukraynaya "moskvalıları məğlub etmək" çağırışına münasibət bildirib. xəbər verir ki, Kolesnikin sözlərini yayıb. Rusiya rəsmisi Polşa prezidentini sərt ifadələrlə tənqid edib. "Karol Navrotsk

11:00 222
.

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib. "Report" Ukrayna Silahlı Qüvvələri HDQ-nin teleqram kanalına istinadən xəbə

19:40 165
.

TOP MP3