Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
Salyan rayonunda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğurlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib.
İttiham aktına görə, 38 yaşlı Sənubər Rəhimova (şərti adla) bacısı qızının nişanı üçün onların evinə gedib. Evdə nişan üçün hazırlıqlara kömək edərkən heç kimin olmamasından istifadə edib və bacısı oğluna, eləcə də onun arvadına məxsus ümumilikdə 3 500 manatlıq qızılları oğurlayıb.
Zərərçəkənin şikayəti əsasında Sənubər Rəhimova saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı 2 il əvvəl ölüb və azyaşlı oğlu ilə birgə yaşayır. Oğurladığı qızılları nişan konfetinin kağızına bükərək evinə aparıb. Zinət əşyalarını evin yanında, Kür çayının bəndinin aşağısındakı daşların altında gizlədib. Lakin səhər polis əməkdaşları tərəfindən saxlanılıb.
Yekun olaraq, o, əməlindən peşman olduğunu və azyaşlı övladını tək böyütdüyünü deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Zərərçəkən şəxs də oğurlanan qızılların geri qaytarıldığını və xalasına qarşı şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Sənubər Rəhimova doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bundan başqa, ona elektron qolbaq taxmaq, gecə saat 23-dən səhər saat 7-dək yaşadığı evi, həmçinin doqquz ay ərzində isə Salyan rayonunu tərk etməmək tapşırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 852 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu
Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl
29.09.2026 211 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 215 İrandan nüvə müqaviləsi ilə bağlı mühüm açıqlama
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır. xəbər verir ki, bunu İran parlamentinin birinci müavini Əli Nikzad bildirib. "Parlament NSYM-dən çıxmaq üçün üç bənddən ibarət plan layihəsini araşdıracaq", - deyə o bildirib. Nikzadın sözlərinə görə
29.09.2026 168 "UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. BİG.AZ -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi il
29.09.2026 251 Bu tərəvəzlər xərçəng riskinə təsir edə bilər
Brokkoli, kələm, gül kələmi və Brüssel kələmi kimi xaççiçəkli tərəvəzlərin sağlamlığa mümkün təsirləri alimlərin diqqətindədir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu tərəvəzlər orqanizmdə müxtəlif bioloji aktiv maddələrə çevrilən qlükozinolatlarla zəngindir. Araşdırmalarda həmin maddələri
29.09.2026 208 Ətin "kimdən gəldiyi" bəlli olacaq - Elektron identifikasiya nəyi dəyişir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
AQTA-nın sentyabrın 28-də Daşkəsəndə keçirdiyi görüşdə heyvanların fərdi identifikasiyasının xəstəliklərin vaxtında aşkarlanması və baytarlıq tədbirlərinin izlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Prosesin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə aparıldığı və heyvanla
29.09.2026 224 Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual
Bu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır. Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyə
29.09.2026 213 "Reuters"in müxbiri Kiyevdə partlayış səsləri eşidildiyini bildirib
Reuters-in müxbiri bildirib ki, Rusiya müharibənin beşinci ilində ölkəyə qarşı demək olar ki, gündəlik hücumlarını davam etdirdiyi bir vaxtda, çərşənbə axşamı səhər Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko Telegram-d
29.09.2026 202 Bred Pitt və İnes de Ramon yeni fotolarda baba və nəvə ilə müqayisə edildilər
Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla birlikdə İspaniyanın Madrid şəhərində görünüb. xarici KİV-ə istinadən xəbər verir ki, paparassilər onları əl-ələ gəzərkən lentə alıblar. 62 yaşlı aktyor boz köynək, qara şalvar, sarı idman ayaqqabısı, eynək ilə diqqət çəkib. İnes de Ramon isə ağ köynək
29.09.2026 249