Dəbdəbəli toylardan imtina edək!

Dəbdəbəli toylardan imtina edək!Azərbaycanda toy mövsümünün ən çox müzakirə olunan məsələlərindən biri də şadlıq saraylarında boş yer tapmaqdır. Xüsusilə Bakıda bəzi restoranlarda uyğun tarix üçün aylar əvvəldən müraciət etmək lazım gəlir. Hətta toy etmək istəyənlərin məkanı 5-6 ay əvvəldən "bron" etməli olduğu bildirilir. Bu vəziyyət ailə qurmağa hazırlaşan gənclərin planlarına da təsirsiz ötüşmür. İstədikləri tarixə restoran tapa bilməyən cütlüklər bəzən toylarını bir neçə ay, hətta növbəti mövsümədək təxirə salmalı olurlar. Digər tərəfdən, toy məkanlarına tələbatın yüksək olması qiymətlər məsələsini də gündəmə gətirir.

Maraqlıdır, toy restoranlarında yaranan bu sıxlığın əsas səbəbi nədir və artan tələb qiymətlərə necə təsir göstərir?

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda toy bazarında yaranan problemlərin əsas səbəbi tələbin təklifi üstələməsidir.

Onun sözlərinə görə, bu vəziyyət həm qiymətlərin artmasına, həm də xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olur:

"Toy mərasimlərinə olan yüksək tələbat nəticəsində təklif çatışmır. Tələb təklifi üstələyəndə isə baha qiymətlər, keyfiyyətsiz xidmət və müxtəlif problemlər meydana çıxır. Azərbaycanda bu sahədə məhz belə bir vəziyyət formalaşıb".

E.Hüseynov hesab edir ki, cəmiyyətdə toy mərasimlərinə həddindən artıq önəm verilməsi də bu tendensiyanı gücləndirir:

"Mən həmişə demişəm ki, nə qədər Azərbaycan nənələri və babaları nəvələrinin başını sığallayanda "Sənin universitetə qəbul olmağını görüm" yox, "Sənin toyunu görüm" deyirlər, bu dəbdəbəli toy biznesi də inkişaf edəcək. Böyük şadlıq sarayları tikiləcək, insanlar da bu yarışın içində qalacaqlar".

Onun fikrincə, əsas problemlərdən biri də alternativ toy formatlarının təşviq edilməməsidir:

"Nümunə olaraq müasir çadır toyları təşkil oluna bilər. Lazımi sanitariya şəraiti yaradılmaqla bu model uğurla tətbiq edilə bilər. Təəssüf ki, alternativlər təqdim olunmur. Nəticədə toy sifariş edənlər uzun növbələrə düşür və şadlıq sarayları öz şərtlərini diktə edirlər".

AİB sədri əlavə edib ki, toy məkanlarında xidmət prosesi əvvəlcədən hazırlanmış sistem üzrə idarə olunur:

"Toyun gedişi əvvəlcədən müəyyən olunmuş alqoritm üzrə təşkil edilir. Musiqidən, ofisiantların fəaliyyətindən, xidmət tempindən tutmuş hər şey ona hesablanır ki, mərasim müəyyən vaxtda başa çatsın. Toy sahibi isə artıq mərasim başlayandan sonra prosesə nəzarət edə bilmir".

O, bəzi hallarda istehlakçı hüquqlarının da pozulduğunu iddia edib:

"Toyun sonunda sifarişçinin ödədiyi vəsait müqabilində əksər hallarda kassa çeki təqdim edilmir. Burada ciddi vergidən yayınma halları mövcuddur. Bundan başqa, toy müğənniləri ilə bəzi şadlıq evləri arasında formalaşmış əməkdaşlıq sistemi də artıq bu biznesin bir hissəsinə çevrilib".

E.Hüseynov hesab edir ki, gənclərin bahalı şadlıq sarayına görə ailə qurmağı təxirə salması düzgün yanaşma deyil:

"Şadlıq evinə görə gec evlənən gəncləri qətiyyən dəstəkləmirəm. Əgər sevgi və qarşılıqlı hörmət varsa, toy çox sadə şəkildə də təşkil oluna bilər. Əsas ailə qurmaqdır, dəbdəbə yox".

Onun fikrincə, cəmiyyətdə alternativ toy modellərinə keçid təşviq olunmalıdır:

"Artıq belə nümunələr var. Bir-birini sevən, məsələyə sağlam yanaşan gənclər dəbdəbəni özünü göstərmək vasitəsi hesab etmirlər. Onlar daha sadə mərasimlər təşkil edir, nə uzun növbələrdə gözləyirlər, nə də özlərini ağır borc yükü altına salırlar. Hesab edirəm ki, məhz bu istiqamətdə dəyişikliklərə ehtiyac var".

Sosioloq Mail Yaqub isə deyib ki, son illərdə Azərbaycanda toy mərasimlərinin həddindən artıq dəbdəbəli keçirilməsi gənclərin ailə qurmasına mənfi təsir göstərən amillərdən birinə çevrilib.

Onun sözlərinə görə, bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur:

"Son illərdə toy mərasimlərini həddindən artıq dəbdəbəli etmişik. İmkanlı ailələr bunu edə bilir, amma maddi imkanı zəif olanlar da onlarla ayaqlaşmağa çalışırlar. Gücləri çatmadıqda isə məyus olur, nəticədə toy etməkdən, hətta ailə qurmaq fikrindən belə uzaqlaşırlar".

M.Yaqub hesab edir ki, bu yanaşma Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərinə uyğun deyil:

"Bu tendensiya bizim milli-mənəvi mədəniyyətimizə uyğun deyil. Bu, kapitalizmin bizə gətirdiyi mənfi vərdişlərdən biridir. Biz bu yanlış ənənədən uzaqlaşmalıyıq. Gənclər də, böyüklər də anlamalıdırlar ki, insanın xoşbəxt ailə qurması üçün mütləq dəbdəbəli toy etmək vacib deyil".

Sosioloq son dövrlər sadə toy etməyə üstünlük verən gənclərin sayının artmasını müsbət qiymətləndirib:

"Bəzən gənclərdən eşidirəm ki, onlar sadə, təmtəraqsız toy etməyə üstünlük verirlər. Bu, çox sevindirici haldır. Məhz bu yanaşmanı cəmiyyətdə təşviq etməli, ənənəyə çevirməliyik ki, gənclər daha rahat ailə qura bilsinlər".

Mail Yaqubun fikrincə, son illər ölkədə nikahların sayının azalması və əhalinin artım tempinin zəifləməsi də bu məsələyə daha həssas yanaşmağı tələb edir:

"Azərbaycanda son illər ailə quranların sayı azalıb, bunun fonunda əhalinin artım tempi də aşağı düşüb. Bu, gələcəkdə ciddi sosial-demoqrafik nəticələr yarada bilər. Ona görə də hər kəs, hətta maddi imkanı yüksək olan ailələr belə, sadə toy etməklə cəmiyyətə nümunə olmalıdır. Bu həm gəncləri ruhlandırar, həm də ailə qurmağa mane olan psixoloji və maliyyə baryerlərinin azalmasına kömək edər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 16 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.