Rəqabət Məcəlləsi 2 ildir qüvvədədir: Bazarda nə dəyişib? - İQTİSADÇIDAN AÇIQLAMA

Rəqabət Məcəlləsi 2 ildir qüvvədədir: Bazarda nə dəyişib? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda azad rəqabətin təmin olunması və inhisarçılığın qarşısının alınması məqsədilə qəbul edilən Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən artıq iki ildən çox vaxt ötür. 2024-cü il iyulun 1-dən tətbiq olunan yeni məcəllə bazarda rəqabət mühitinin gücləndirilməsi baxımından mühüm hüquqi addım kimi təqdim olunurdu. Lakin ötən müddət ərzində sahibkarların və istehlakçıların bazarda real rəqabətin nəticələrini nə dərəcədə hiss etdiyi ilə bağlı suallar hələ də qalmaqdadır.

Xüsusilə bəzi sahələrdə inhisarçılıq, bazara giriş imkanları və qiymətlərin formalaşması ilə bağlı problemlərin davam etməsi Rəqabət Məcəlləsinin effektivliyinin müzakirəsini yenidən gündəmə gətirir. Bəs iki ildən artıq müddətdə bu məcəllə real olaraq nəyi dəyişib və onun tətbiqində əsas problem nədən ibarətdir?
Rəqabət Məcəlləsi 2 ildir qüvvədədir: Bazarda nə dəyişib? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Rəqabət Məcəlləsinin qəbulundan iki ildən çox vaxt keçməsinə baxmayaraq, iqtisadiyyatın bir çox sahələrində real rəqabət mühitinin formalaşdığını demək çətindir. Bunun əsas səbəbi qanunun mövcudluğunun öz-özlüyündə rəqabət yaratmamasıdır. Onun sözlərinə görə, qanun yalnız rəqabətin qorunması və antiinhisar davranışlarının qarşısının alınması üçün hüquqi mexanizm yarada bilər: "Real rəqabətin yaranması üçün isə həmin mexanizmlərin ardıcıl, bərabər və prinsipial şəkildə tətbiqi lazımdır. Azərbaycanda əsas problemlərdən biri iqtisadiyyatın bəzi sahələrində inhisarçılığın hələ də qalmasıdır. Nə qədər ki, müəyyən bazarlarda ayrı-ayrı şirkətlər və ya iqtisadi qruplar üstün mövqeyə malikdir, yeni sahibkarların həmin bazara daxil olması çətinləşir və azad rəqabətdən danışmaq mümkün olmur. İnkişaf etmiş rəqabət mühitində bazara daxil olmaq üçün əsas meyar sahibkarın əlaqələri deyil, onun məhsulunun keyfiyyəti, qiyməti və xidmət səviyyəsi olmalıdır.

Burada söhbət təkcə özəl sektorun inhisarçılığından getmir. Dövlətin iqtisadiyyatda yüksək paya malik olduğu sahələrdə də rəqabət imkanları məhdudlaşa bilər. Dövlət şirkətləri ilə özəl biznes arasında bərabər rəqabət şəraiti yaradılmadıqda, bazar iştirakçıları üçün eyni imkanlardan danışmaq çətin olur. Buna görə həm dövlət inhisarçılığı, həm də ayrı-ayrı iri şirkətlərin bazar üstünlüyündən sui-istifadə etməsi aradan qaldırılmalıdır.

Rəqabət Məcəlləsinin əsas problemi onun qəbul edilməsi deyil, praktiki nəticələrinin kifayət qədər görünməməsidir. Əgər bazarda qiymətlər süni şəkildə yüksək qalırsa, yeni sahibkarlar bazara daxil olmaqda çətinlik çəkirsə, eyni sahədə fəaliyyət göstərən şirkətlər arasında imkanlar bərabər deyilsə, deməli, qanunun tətbiqi ilə bağlı problemlər var. Rəqabət yaratmaq üçün inzibati maneələr azaldılmalı, bütün sahibkarlar üçün eyni qaydalar tətbiq edilməli, dövlət satınalmalarında şəffaflıq artırılmalı, inhisarçı mövqedən sui-istifadə edən şirkətlərə qarşı ciddi tədbirlər görülməlidir. Ən əsası isə antiinhisar qanunvericiliyi selektiv deyil, hamıya eyni şəkildə tətbiq olunmalıdır.

Nəticə etibarilə, Azərbaycanda həqiqi rəqabət mühiti yaratmaq üçün təkcə Rəqabət Məcəlləsinin olması kifayət deyil. İnhisarçılıq aradan qaldırılmalı, bazarlara giriş imkanları genişləndirilməli və həm dövlət, həm də özəl sektorda dominant mövqedən sui-istifadəyə qarşı real mübarizə aparılmalıdır. Əks halda ən mükəmməl qanun belə kağız üzərində qala və istehlakçı üçün nə qiymətlərin aşağı düşməsinə, nə də məhsul və xidmət keyfiyyətinin yüksəlməsinə ciddi təsir göstərə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur

10:31 187
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 515
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

14:54 90
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 187
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 191
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 196
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 319
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 192
.