Bir stəkan "İstisu"nun diplomatiyası - KÖŞƏ YAZISI

Bir stəkan "İstisu"nun diplomatiyası - KÖŞƏ YAZISIBəzən diplomatiyanın ən təsirli cümlələri rəsmi bəyanatlarda səslənmir. Bəzən bir stəkan su, bir təbəssüm, bir səmimi jest dövlətlər arasında uzun-uzadı danışıqlardan daha çox söz deyir. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında yaşanan həmin qısa, amma mənası böyük an da məhz belə məqamlardan biri idi.

Masada Gürcüstanın "Borjomi"si vardı. Pezeşkian da həmin sudan içmək istəyirdi. İlham Əliyev isə diqqətini Azərbaycan sularına yönəltdi. "Azərbaycan suyundan da için" deyərək "Badamlı"nı, "İstisu"nu göstərdi və xüsusilə Kəlbəcərin məşhur mineral suyunu həmkarına təqdim etdi. Üstəlik, bunu sadəcə bir məhsulun təqdimatı kimi yox, sanki Azərbaycanın özündən gələn kiçik bir qonaqpərvərlik payı kimi etdi. Prezidentin "əla "İstisu" var, özümlə gətirmişəm" deməsi bu jestin təsadüfi olmadığını göstərirdi. Bu səhnənin görünən tərəfi su idi. Görünməyən tərəfi isə Azərbaycanın özünə, öz torpağına, öz sərvətinə və öz adına olan böyük bağlılıq idi.

Dövlət başçısının belə məqamlarda Azərbaycanın adını, məhsulunu, bölgəsini və milli dəyərlərini önə çıxarması təsadüfi davranış sayıla bilməz. Vətən sevgisi yalnız böyük tribunalar qarşısında deyil, məhz belə xırda görünən detallarda da özünü göstərir. Çünki ölkəsini sevən insan onun böyük tarixini də, dağından süzülən suyunu da eyni qürurla təqdim edir.

"İstisu" sadəcə mineral su deyil. O, Kəlbəcərin adını daşıyan bir yaddaşdır. Uzun illər həsrətində olduğumuz torpaqlardan bu gün dünyaya çıxan bir məhsuldur. Ona görə də İlham Əliyevin həmin suyu Pezeşkiana təqdim etməsində adi qonaqpərvərlikdən daha artıq məna vardı: Kəlbəcərin suyunu beynəlxalq səhnədə Azərbaycanın adı ilə təqdim etmək, bir vaxtlar yalnız xəritədə həsrətlə baxılan torpağın bu gün öz məhsulu ilə danışdığını göstərmək idi.

Diplomatiyanın gücü də elə buradadır. Əsl diplomat yalnız danışıqlar masasının arxasında söz seçmir; o, hansı məqamda hansı jestin daha çox məna daşıdığını da bilir. Bəzən sərt mövqeni ən təsirli şəkildə yumşaq bir jest tamamlayır. Bəzən bir məhsulun təqdimatı ölkənin iqtisadi potensialından danışır, bir bölgənin adını çəkmək tarixi yaddaşı oyadır, səmimi şəkildə stəkan uzatmaq isə qarşı tərəfə hörmətin ən sadə və ən insani ifadəsinə çevrilir.

İlham Əliyevin Pezeşkiana münasibətində də bu incə diplomatik xətt aydın görünürdü. İran Prezidentinə hörmət var idi, amma bu hörmət Azərbaycanın özünə olan münasibətlə yanaşı dayanırdı. Yəni başqasına ehtiram göstərərkən öz kimliyini kölgədə qoymamaq. Əksinə, öz dəyərlərini qarşı tərəfə təqdim etməklə hörməti daha da mənalandırmaq.
Pezeşkianın həmin jesti səmimiyyətlə qəbul etməsi isə mənzərənin digər tərəfidir. Azərbaycan dilində danışan, bu dilin ruhuna və ifadə imkanlarına bələd olan İran Prezidentinin Azərbaycan dilində qurulan bu təbii ünsiyyətdə özünü rahat hiss etməsi iki ölkə arasındakı münasibətlərin yalnız siyasi protokoldan ibarət olmadığını göstərən təsirli bir detal idi. Liderlərin ortaq dil müstəvisində ünsiyyəti kameralar qarşısında sadə bir söhbət təsiri bağışlasa da, əslində illərin yaratdığı mədəni və tarixi yaxınlığın canlı görüntüsünə çevrildi.
Bir tərəfdə Azərbaycan Prezidenti öz ölkəsinin suyunu həmkarına təqdim edir, digər tərəfdə İran Prezidenti bunu doğmalıqla qarşılayır. Ortada isə tərcüməçiyə, uzun protokol cümlələrinə, diplomatik şablonlara ehtiyac qalmır. Ana dilinin yaratdığı yaxınlıq danışır.

Bəlkə də həmin görüntünün ən təsirli tərəfi məhz budur: diplomatiya bəzən dövlətlərin sərhədlərindən böyük, insanların yaddaşından isə daha qədim olan bağlara söykənir. Azərbaycan və İranı bir-birindən ayıran dövlət sərhədi var, amma xalqlar arasında əsrlər boyu formalaşmış mədəni, tarixi və insani təmaslar da var. Rəsmi görüşlərin arxasında məhz bu reallıq dayanır. Üstəlik, bu görüş sadəcə xoş bir çay süfrəsi söhbətindən ibarət deyildi. Görüş zamanı Pezeşkian Azərbaycanın çətin günlərdə İrana göstərdiyi dəstəyi və humanitar yardımı yüksək qiymətləndirdi, İlham Əliyev isə Azərbaycanın İranla bağlı vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirdi. Deməli, "İstisu" ilə başlayan səmimi anın arxasında ciddi siyasi məzmun da dayanırdı. Amma yadda qalan yenə də o bir neçə dəqiqə oldu. Çünki siyasətin insaniləşdiyi anlar daha çox yadda qalır.

Bir prezident digərinə öz ölkəsinin suyunu süzür. Qarşısındakı prezident həmin suyu qəbul edir. İki dövlətin nümayəndəsi bir anlıq rəsmi titullardan çox, iki insan kimi eyni stəkandan gələn dostluq mesajını bölüşür. Və bəlkə də ən gözəl diplomatiya elə budur: özünü unutdurmadan qarşı tərəfə hörmət etmək, milli qüruru nümayiş etdirərkən dostluq əlini uzatmaq, Vətəninin adını böyük siyasi şüarlardan əvvəl kiçik, amma mənalı jestlərlə dünyaya tanıtmaq. Bişkekdə bir stəkan "İstisu" içildi. Amma əslində həmin stəkanda yalnız Kəlbəcərin suyu yox idi. Orada Azərbaycanın torpağı, yaddaşı, qonaqpərvərliyi, özünəinamı və dünyaya açıq üzünün bir parçası vardı. Və o an bir daha göstərdi ki, böyük diplomatiya həmişə böyük sözlərlə qurulmur. Bəzən bir stəkan su da dövlətin xarakterini danışa bilir.

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur

10:31 187
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 515
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

14:54 90
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 187
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 191
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 196
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 319
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 192
.