Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar

Prezident Tacikistan Baş nazirini qəbul etdi - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirib, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev Koxir Rasulzodanın ölkəmizə səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını deyib.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş edib. Dövlət başçısı Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərini və söhbətlərini məmnunluqla xatırlayıb.

Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, hər iki ölkənin prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Baş nazir bu xüsusda Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni xatırlayıb.

Koxir Rasulzoda əlaqələrimizin genişlənməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini vurğulayıb.

Baş nazir Azərbaycanın "ASAN xidmət" modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə edib.

Söhbət zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.

Xalqlarımızın tarixi əlaqələri vurğulanaraq ortaq kökləri bölüşdüyü qeyd olunub. Bu xüsusda mütəmadi əsasda qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin keçirilməsinin vacibliyi bildirilib.

Tacikistanın Baş naziri Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan kvotalara görə təşəkkür edib.

Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu vurğulanaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunulub, turizm və sərnişindaşıma sahəsində artım məmnunluqla qeyd olunub. Ölkələrimizin turizm imkanlarının təqdim olunması üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident Tacikistan Baş nazirini qəbul etdi - FotolarPrezident Tacikistan Baş nazirini qəbul etdi - FotolarPrezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 164   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mehdi" adlı it mətni etiraz doğurdu: Tədris vəsaitinə kim nəzarət edir?

"Nadanlığın da bir həddi var, məsuliyyətsizliyin də. Xüsusilə söhbət uşaqlar üçün hazırlanmış tədris vəsaitindən gedirsə, bu hədd daha da aydın olmalıdır. Amma görünür, bizdə bəziləri üçün kitab yazmaq və çap etmək o qədər adiləşib ki, artıq orada hansı sözün, hansı adın və hansı mənanın yer aldığın

15:04 199
.

Bakıya gətirmək istədiyi 10 milyon əlindən alındı - Azərbaycanlı qadına qarşı QAÇAQMALÇILIQ İDDİASI

Rusiyada külli miqdarda valyuta qaçaqmalçılığında ittiham olunan qadına hökm oxunub. yerli mediaya istinadla bildirir ki, proses Yekaterinburqun Oktyabrski Rayon Məhkəməsində keçirilib. Hakim heyəti Samara vilayətinin sakini Lyubov Əsədullayevaya 10,4 milyon rublun qaçaqmalçılığına görə bir il müddətin

18:30 93
.

Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı - 5 vəzifəli şəxs saxlanıldı

Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması faktı ilə bağlı Qazaxıstan Silahlı Qüvvələrinin 5 məsul şəxsi saxlanılıb. "Qafqazinfo" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Saxlanılan şəxslər xidmət

14:19 170
.

Ermənistan regional əlaqələrini şaxələndirir

Ermənistanın Baş naziri Nikol Paşinyanın Nyu-Yorkda İran və Yunanıstan liderləri ilə keçirdiyi görüşlər İrəvanın Cənubi Qafqazda diplomatik və iqtisadi əlaqələrini şaxələndirmək siyasətini gündəmə gətirib. Ekspertlərə görə, bu təmaslar Ermənistanın həm İran, həm də Avropa istiqamətində əməkdaşlığı genişləndirmə

17:00 125
.

Məşhur aktyor yenidən alkoqolizmdə şübhəli bilinir

Hollivud ulduzu Bred Pittin San-Sebastyan Film Festivalında çəkilən yeni fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri 62 yaşlı aktyorun görünüşünə diqqət çəkərək onun yenidən spirtli içki qəbul etməyə başlaması ilə bağl

20:00 1
.

ABŞ-də ən yüksək maaş alan CEO-lar - Mask 132 milyard dollarla birincidir

Ötən il ABŞ-nin iri şirkətlərinin rəhbərlərinə (CEO - Chief Executive Officer) verilən kompensasiya paketləri rekord səviyyələrə çatıb. xəbər verir ki, "Equilar" və "The New York Times"ın araşdırmasına görə, ABŞ-də ən yüksək ödəniş alan 100 CEO üzrə 2025-ci ildə median kompensasiy

21:00 1
.

Ali Güzel: "Turizmin ürəyi insandır, uğurun ölçüsü isə təbəssümdür"

29 illik turizm təcrübəsini bölüşən Sveo Resort Kemer-in baş direktoru Ali Güzel Kemerin gələcəyindən tutmuş, otelin transformasiyasına, əməyə və insan yönümlü idarəetmə anlayışına qədər bir çox məsələdən danışıb. Turizmin mətbəxindən baş direktorluğa uzanan 29 illik yolçuluq. Antalya deyildikdə ağl

19:09 0
.

İlham Əliyev onları təltif etdi - Siyahı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Xüsusi Rabitə və İnformasiy

15:59 247
.

Təhsilin Rəqəmsal Transformasiyası: Robotlar və Süni İntellekt - İnkişaf, yoxsa İnsan Faktorunun İtirilməsi?

"Müasir dövrdə texnoloji inqilab təhsilin fundamental prinsiplərinə də ciddi təsir göstərir. Özəl məktəblərdə robotların müəllim funksiyasını yerinə yetirməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq gələcəyin fantastik ssenarisi deyil. Bu istiqamətdə atılan addımlar təhsili

14:24 225
.