Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - Yenilənib

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibTürkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

***

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Sərdar Qurbanquliyeviç.

Hörmətli həmkarlar.

Əvvəlcə, hörmətli Türkmənistan Prezidentinə ənənəvi qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.

Hörmətli Şavkat Miromonoviç Mirziyoyevə Özbəkistanın 2027-ci ildə sədrliyi dövründə böyük uğurlar arzulayıram.

Türkmənistana hər səfər ən dərin təəssüratlar yaradır. Ölkənin necə dinamik inkişaf etdiyi görünür, qardaş Türkmənistan xalqının uğurları bizdə səmimi sevinc hissləri doğurur. Azərbaycan ilə Türkmənistan arasında münasibətlər çoxəsrlik dostluq, qardaşlıq əlaqələrinə əsaslanır və strateji tərəfdaşlıq xarakteri daşıyır.

Ölkələrimiz arasında ən yüksək səviyyədə təmasların intensiv xarakterini məmnunluqla qeyd edirik.

2025-ci ilin avqustunda Türkmənistana səfər etdim, keçən il Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədov iki dəfə Azərbaycana səfər etdi və bu ilin iyununda isə Türkmənistan Prezidenti Sərdar Qurbanquliyeviç Berdiməhəmmədov ölkəmizə dövlət səfərinə gəldi. Bu təmaslar ikitərəfli münasibətlərə əlavə təkan verdi və bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdı.

Bu il Müstəqil Dövlətlər Birliyi özünün 35 illiyini qeyd edir. Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.

Humanitar sahədə əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçın şəhərinin Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm. Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, həmçinin aparılan bərpa işlərinin miqyasının əyani şahidi ola bildilər.

Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi. Yarışların coğrafiyası ölkəmizin yeddi şəhərini əhatə etdi. MDB üzv dövlətlərindən, həmçinin dünyanın digər ölkələrindən minlərlə idmançı və qonaq Azərbaycanda olduqları 11 gün ərzində ölkəmizi və xalqımızı yaxşı tanıdılar. Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır.

Əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir.

2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır.

Hörmətli həmkarlar, Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istərdim. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq. Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - YenilənibPrezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar - Yenilənib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında

04.11.2026 348
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

04.11.2026 327
.

"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh

04.11.2026 310
.

Bakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu

Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld

04.11.2026 336
.

Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam

Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf

04.11.2026 281
.

Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə

Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd

04.11.2026 337
.

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub

04.11.2026 338
.

"İlham Əliyev alnından öpüləcək adamdır" - Video

Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri

10:22 60
.

Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir

Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub

04.11.2026 311
.