Azərbaycanda koronavirus sürətlə yayılır - "Qripdən fərqlənmir"

Azərbaycanda koronavirus sürətlə yayılır - "Qripdən fərqlənmir"Dünyanın bir sıra ölkələrində koronavirusun PJ.2.1 adlı yeni variantı aşkarlanıb. Bu ştamın əlamətləri adi soyuqdəymə və mövsümi qripə bənzəyir. PJ.2.1 ilk dəfə 2026-cı il mayın 2-də Kanadanın Ontario əyalətində müəyyən edilib. Daha sonra ölkənin digər bölgələrində də yoluxma halları qeydə alınıb.

İyunun 30-da virusun bu variantı ABŞ-ın Nyu-York şəhərində aşkarlanıb. Sonrakı aylarda Kaliforniya, Arizona, Nyu-Cersi, Virciniya, Şimali Karolina, Missuri, Oklahoma, Kolorado və Florida ştatlarında da qeydə alınıb.

Yeni variantın İspaniya, Fransa, İsrail, Sinqapur, Avstraliya və Yeni Zelandiyada da aşkarlandığı bildirilir.

Mütəxəssislər bildirirlər ki, PJ.2.1 variantına yoluxma zamanı digər COVID-19 variantlarında olduğu kimi boğaz ağrısı, qızdırma, burun axması və tutulması, öskürək, baş ağrısı, əzələ ağrıları və halsızlıq müşahidə oluna bilər. Bəzi xəstələrdə nəfəs darlığı, dad və qoxu hissində dəyişikliklər, eləcə də həzm sistemi ilə bağlı narahatlıqlar yarana bilər.

Bəs görəsən, koronavirusun bu ştammını digər respirator viruslardan necə fərqləndirmək olar? COVİD olub-olmadığımızı necə öyrənək?

İnfeksionist həkim Mərdan Əliyev Lent.az-a bildirib ki, koronavirusun yeni ştammına yoluxmanı yalnız test vasitəsi ilə öyrənmək olar:

"Koronavirusun bu növü hazırda bəzi ölkələrdə, xüsusən Avropada yayılmaqdadır. Amma təkcə bu deyil, virusun digər növləri, yəni ştamları da dövriyyədədir.

Bundan əlavə, hazırda koronavirusdan başqa digər kəskin respirator virus infeksiyaları da mövcuddur. Bunlara rinovirus, adenovirus, qrip, paraqrip, norovirus və sair aiddir.

Bu infeksiyaların hər biri təxminən eyni simptomlarla - boğaz ağrısı, qızdırma, sümük-əzələ ağrıları, zökəm əlamətləri, öskürək və halsızlıq müşahidə edilir.

Buna görə də həmin infeksiyaları yalnız klinik əlamətlərinə əsasən bir-birindən fərqləndirmək çox çətindir.

Onları yalnız laborator analizlər vasitəsilə fərqləndirmək mümkündür. Belə ki, burundan götürülən respirator yaxmanın PZR metodu ilə yoxlanılması nəticəsində virusun hansı növə aid olduğunu müəyyən etmək olar.

Yəni klinik əlamətlərinə görə bu infeksiyaları bir-birindən qəti şəkildə fərqləndirmək mümkün deyil. Bunun üçün laborator analizlərin aparılması vacibdir".

Qeyd edək ki, Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirib ki, ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır. SARS-CoV-2 virusu digər mövsümi respirator viruslarla yanaşı ümumi epidemioloji müşahidə çərçivəsində izlənilir və bu istiqamətdə monitorinq tədbirləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 69   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ

12:39 223
.

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb. İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlav

16:06 122
.

Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v

11:20 177
.

Azərbaycanda koronavirus sürətlə yayılır - "Qripdən fərqlənmir"

Dünyanın bir sıra ölkələrində koronavirusun PJ.2.1 adlı yeni variantı aşkarlanıb. Bu ştamın əlamətləri adi soyuqdəymə və mövsümi qripə bənzəyir. PJ.2.1 ilk dəfə 2026-cı il mayın 2-də Kanadanın Ontario əyalətində müəyyən edilib. Daha sonra ölkənin digər bölgələrində də yoluxma halları qeydə alınıb. İyunu

20:00 0
.

Mənzillərin qiyməti ucuzlaşır

Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri

12:37 217
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

12:17 234
.

Din xadimləri dövlət qulluqçusu ola bilməyəcək

Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmaya

19:00 0
.

YAP - cəmiyyətin aparıcı qüvvəsi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli

12:51 195
.

İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı

Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü

16:23 109
.