Niyə istədiyiniz insanı tapa bilmirsiniz? - Problem taledə deyilmiş

Niyə istədiyiniz insanı tapa bilmirsiniz? - Problem taledə deyilmişTanışlıq tətbiqləri, dost tövsiyələri və çoxsaylı görüşlər bəzən uzunmüddətli münasibət qurmaq üçün kifayət etmir. Yeni araşdırmaya görə, bunun səbəblərindən biri insanın münasibət qurmaq istəyinin arxasında dayanan motivlərlə bağlı ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Toronto Universitetində aparılan araşdırmada insanların hansı səbəblərlə tərəfdaş axtarması ilə münasibət hədəflərinə çatması arasında əlaqə müəyyən edilib.

Universitetin doktorantı Laura Hokins və komandasının keçirdiyi tədqiqata 18-39 yaş aralığında 4019 subay qatılıb. İştirakçıların romantik münasibətlərlə bağlı məqsədləri və bu istiqamətdə irəliləyişləri altı ay ərzində izlənilib.

İnsanlar niyə münasibət qurmaq istəyirlər?

Tədqiqatda psixologiyadakı özünütəyinetmə nəzəriyyəsi əsas götürülüb. Münasibət qurmaq motivləri beş qrupa bölünüb: daxili istək, şəxsi dəyərlərə uyğun seçim, daxili təzyiq, xarici təsirlər və motivasiyanın olmaması.

Münasibəti zövqverici və məmnunluq yaradan bir təcrübə kimi görən insanların daha çox emosional yaxınlığa və sağlam bağlar qurmağa önəm verdiyi müəyyənləşdirilib. Özünü dəyərli hiss etmək və ya günahkarlıq duyğusundan qaçmaq üçün tərəfdaş axtaranlar isə daha çox flörtə və özünəinam qazanmağa yönəliblər.

Özünü sübut etmək istəyi münasibətlərə necə təsir edir?

Araşdırmanın diqqətçəkən nəticələrindən biri özünü sübut etmək və ya həyatındakı boşluğu doldurmaq üçün münasibət axtaranların məqsədlərinə doğru daha az irəliləməsi olub.

Tədqiqatın nəticələrinə əsasən, sadəcə münasibətim olsun düşüncəsi ilə tərəfdaş axtarmaq qurulacaq bağın keyfiyyətinə mənfi təsir göstərə bilər. Qarşılıqlı paylaşım və yaxınlıq arzusu isə daha sağlam münasibət hədəfləri ilə əlaqələndirilib.

Bu səbəbdən uyğun insanı axtarmazdan əvvəl özünüzə "mən niyə münasibət qurmaq istəyirəm?" sualını vermək tövsiyə olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 215   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigarın yeni avtomobili

"Avroviziya-2011" qalibi Nigar Camal qırmızı rəngli lüks idman avtomobili ilə görüntülənib. Axşam.az xəbər verir ki, müğənni qırmızı rəngli "Porsche" markalı maşın alıb. Qeyd edək ki, maşının qiyməti 150 00-230 00 avro (təxminən 275 00-420 00 manat) arasında dəyişir

11:19 324
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

14:54 476
.

İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI

Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda

22:29 0
.

Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?

Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır. Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafi

14:59 304
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17:46 258
.

Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq

Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plena

22:00 91
.

"Qadın bədəni sınaq meydanına çevrilib"

Müasir dövrdə gözəllik anlayışı getdikcə daha çox süni müdaxilələrlə əlaqələndirilir. Kosmetoloji prosedurlar, estetik əməliyyatlar və sosial şəbəkələrdə təbliğ olunan ideal qadın obrazı bir çox qadının öz təbii görünüşündən narazı qalmasına səbəb olur. Bəs qadınlar niyə təbii yaşlanmaqdan qorxur, amm

11:50 300
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

13:26 381
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17:43 219
.