Məzuniyyətlə bağlı yeni qaydalar

Məzuniyyətlə bağlı yeni qaydalarMəzuniyyətlə bağlı yeni qaydalar müəyyən edilir.

"Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Müzakirəyə çıxarılan Qanun layihəsində təklif olunan dəyişiklik bu məsələni sistemli şəkildə həll edir:

"Əmək Məcəlləsinin 134-cü maddəsi yeni redaksiyada verilir və məzuniyyətin başqa vaxta keçirilməsinin bütün halları dəqiq sadalanır: işçinin xəstəliyi, məzuniyyətin sosial məzuniyyətlə üst-üstə düşməsi, ezamiyyət, istehsal zərurəti zamanı - yalnız işçinin razılığı ilə, hərbi vəziyyət dövründə səfərbərlik tapşırıqları və tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyət bir vaxtdan başqa vaxta keçirilə bilər.

Məzuniyyətin istifadə edilməyən hissəsi yalnız tərəflərin razılığı ilə növbəti ilin məzuniyyətinə birləşdirilə bilər.

Kompensasiya məsələsində iki prinsip müəyyən edilir. Birincisi, istifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günləri üçün işçinin yazılı və ya elektron ərizəsi əsasında kompensasiya ödənilir - həmin günlər artıq itirilmir.

İkinci vacib dəyişiklik ondan ibarətdir ki, məzuniyyətin qanunla müəyyən edilmiş 21 günlük minimum müddəti pulla əvəz edilə bilməz; bu, yalnız əmək müqaviləsi ləğv edilərkən mümkündür. Başqa sözlə, işçinin istirahət hüququ pulla alınıb-satılan əmtəəyə çevrilmir, insanın sağlamlığı və ailəsi üçün vaxt qorunur.

Əmək müqaviləsi ləğv edilərkən kompensasiya artıq yalnız əsas deyil, əlavə məzuniyyətlərə görə də ödəniləcək. Eyni qaydalar gömrük, vergi və daxili işlər orqanlarında xidmət edənlərə də şamil edilir.

Ədalətli keçid üçün layihədə xüsusi müddəa var: minimum müddətin kompensasiya ilə əvəz edilməsi qadağası qanun qüvvəyə minənədək başa çatmış iş illərinə şamil edilmir. Yəni işçilərin artıq qazanılmış hüquqları qorunur.

Layihənin müddəaları mərhələli şəkildə qüvvəyə minir ki, həm işəgötürənlər, həm də dövlət qurumları yeni qaydalara hazırlaşmaq imkanı qazansın:

- məzuniyyət və kompensasiya qaydaları - qanun dərc edildiyi gündən;

- uşağa qulluğa görə sosial məzuniyyət və müavinətlər, Naxçıvan üzrə subsidiya - 2027-ci il yanvarın 1-dən;

- saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı - 2027-ci il martın 1-dən;

- əməkhaqqının elektron sistem vasitəsilə nağdsız ödənilməsi - 2027-ci il aprelin 1-dən".

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 255   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigarın yeni avtomobili

"Avroviziya-2011" qalibi Nigar Camal qırmızı rəngli lüks idman avtomobili ilə görüntülənib. Axşam.az xəbər verir ki, müğənni qırmızı rəngli "Porsche" markalı maşın alıb. Qeyd edək ki, maşının qiyməti 150 00-230 00 avro (təxminən 275 00-420 00 manat) arasında dəyişir

11:19 324
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

14:54 476
.

İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI

Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda

22:29 0
.

Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?

Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır. Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafi

14:59 304
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17:46 258
.

Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq

Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plena

22:00 91
.

"Qadın bədəni sınaq meydanına çevrilib"

Müasir dövrdə gözəllik anlayışı getdikcə daha çox süni müdaxilələrlə əlaqələndirilir. Kosmetoloji prosedurlar, estetik əməliyyatlar və sosial şəbəkələrdə təbliğ olunan ideal qadın obrazı bir çox qadının öz təbii görünüşündən narazı qalmasına səbəb olur. Bəs qadınlar niyə təbii yaşlanmaqdan qorxur, amm

11:50 300
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

13:26 381
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17:43 219
.