Dubaya qayıdış

Dubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubaya qayıdışDubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir.

"The Green Planet" - meqapolisin mərkəzində biogünbəz

"Dubai mall" yaxınlığında yerləşən "City Walk" alış-veriş məkanında əsl tropik meşə yaradılıb. "The Green Planet" («Yaşıl planet») regionda ilk biogünbəzdir. Onun içində bioloji müxtəlifliyi ilə birlikdə tropik meşə ekosistemi yaradılıb. Burada təbii şəraitə uyğunlaşdırılmış qapalı tropik mühitdə yaşayan 3 mindən çox bitki və heyvan növü toplanıb. Ekosistemin mərkəzində 25 metr hündürlüyündə dünyada ən böyük süni ağac quraşdırılıb, ona quş yuvaları bərkidilib, epifit bitkilər əkilib.

Kənardan "The Green Planet" bir neçə mərtəbədən ibarət müasir binanı xatırladır. Binanın mərtəbələri burada məskunlaşmış sakinlərlə birlikdə tropik meşənin çətir, orta, alt və su basmış hissələrini təmsil edən yaruslardır.

Birinci mərtəbədə içərisində balıqlar üzən kiçik nohur, divar boyu isə akvarium yerləşir. Amma biogünbəzə gələnlər əvvəlcə liftlə ekspozisiyanın başlandığı ən yuxarı mərtəbəyə qalxır və tropiklərin heyvanlar aləmi ilə tanışlığa buradan başlayırlar. Tələsmədən gəzişərək yavaş-yavaş aşağı mərtəbələrə enirlər.

Məncə, biogünbəzin ən maraqlı sakinləri quşlardır: adama elə gəlir ki, təşkilatçılar planetimizin ən gözəl quşlarını bura toplayaraq əsl cənnətməkan yaradıblar. Onların arasında tukanlara, suquzğunlarına, kaik tutuquşularına, Kuba amazonuna, nəcib yaşılımtıl-qırmızı tutuquşuya, giasint rəngli araya və s. təsadüf olunur. Heyvanlardan meymunlar, o cümlədən ərincəklər, oxlu kirpilər, kisəli uçaq mişovullar, kərtənkələlər, ilanlar, habelə cürbəcür həşəratlar və s. var. Avstraliya ekosisteminin müxtəlifliyinin təqdim olunduğu alt mərtəbədə Qoanna kərtənkələsi və ya alabəzək çöl kərtənkələsi, vallabi-antilop, naxışlı piton, qara kakadu və s. saxlanılır.

"Yaşıl planet"in qonaqlarını gün ərzində müxtəlif şoular gözləyir. Məsələn, saat 4-də piranyaları yedirirlər. Həmin vaxt burada saxlanılan min ac piranyanın toyuq ətlərini bir anda neçə aşırdığına tamaşa etmək olar. Sonra tukanlar və tutuquşularla birlikdə şəkil çəkdirmək, yaxud piton və skolopendranı əldə tutmaq mümkündür.

"Yaşıl planet"də gəzməyin qiyməti 115 dirhəmdən (təqribən 31 dollar) başlayır. Əgər biletləri onlayn sifariş etsəniz, bu sizə 99 dirhəmə (təqribən 26 dollar) başa gələr. "Yaşıl planet" hər gün səhər saat 10-dan axşam saat 7-dək işləyir.

"Dubai Frame" - çərçivəyə alınmış şəhər

Dubayın Bürc Xəlifə qülləsində yerləşən ən hündür müşahidə meydançasından sizə danışmışdıq. İndi isə şəhərin ən orijinal müşahidə meydançasından - Dubayın qədim və yeni hissələrinin qovuşuğunda yerləşən "Dubai Frame"dən (Dubay çərçivəsi) danışacağıq.

Tikintisinə 250 milyon dirhəm (təqribən 69 milyon dollar) xərclənmiş "Dubai Frame" təpə hissələri 93 metrlik körpü ilə birləşdirilmiş 150 metr hündürlüyündə iki şüşə qüllədən ibarətdir. Müşahidə meydançasından şəhər ovuc içi kimi görünür. Bir tərəfdən müasir Dubaya – günəşin şüaları altında bərq vuran göydələnlərə və Şeyx Zayed şosesinə mənzərə açılır, digər tərəfdən Köhnə şəhərin rəmzi olan Deyra, Ümm Hurair və Karama rayonları görünür.

Binanın aşağı mərtəbəsində Dubayın inkişaf tarixinə həsr olunmuş muzey yerləşir. Burada qonaqlar sanki şəhərin keçmişinə səyahət edirlər. Proyeksiyalar, xüsusi effektlər, qoxular və dinamika reallıq hissi yaradır. Keçmişin qalereyası Əmirliyin təkamülündən, onun tarixindən danışır, Köhnə şəhəri göstərir. Bütün bunlar ən müasir texnologiyaların, o cümlədən üçölçülü təsvirlərin köməyi ilə təqdim olunur. Müasir texnologiyalar şəhərin yaşadığı tikinti bumunu da parlaq əks etdirir.

Sonra qonaqlar yuxarı – Dubayın parlaq indisini təcəssüm etdirən "Sky Deck" müşahidə meydançasına qalxırlar. Müşahidə meydançasının şəffaf divarlarından şimalda Köhnə şəhərin, cənubda yeni Dubayın mənzərələrinə tamaşa etmək olar. Burada interaktiv ekranlar da quraşdırılıb. Ekranlarda Dubayın bir-birindən orijinal tikililəri və görməli yerləri barədə informasiya əldə etmək, binaların layihələrinə 3D rejimində baxmaq olar. Müasir texnologiyalar şəhərin arxitektura, iqtisadiyyat və infrastrukturun inkişafı kimi müxtəlif cəhətlərinin daha yaxşı təqdim olunmasına kömək edir.

Sonra qonaqları daha bir cəlbedici şou gözləyir: Dubayın gələcəyi qalereyası. Qalereyada interaktiv proyeksiyaların və virtual gerçəklik texnologiyalarının köməyi ilə tamaşaçılara meqapolisin 50 ildən sonrakı görkəmi nümayiş etdirilir. Tamaşaçıların dayandığı meydança ekranda nümayiş etdirilənlərə uyğun şəkildə yüngülcə vibrasiya edərək daha güclü təəssürat effekti yaradır.

Bura gəlmək neçəyə başa gəlir: yaşlı adam üçün biletin qiyməti 50 dirhəm (təqribən 14 dollar), uşaq üçün 20 dirhəmdir (təqribən 6 dollar). Ahıl, habelə möhkəm ruhlu insanlar (BƏƏ-də fiziki imkanları məhdud olan insanları məhz belə adlandırırlar) və onları müşayiət edən iki şəxs üçün biletlər pulsuzdur. "Dubai Frame" hər gün səhər saat 10-dan axşam saat 7-dək işləyir.

"IMG Worlds of Adventure" - əyləncələr şəhəri

Dubayı ailəvi istirahət üçün bir nömrəli istiqamət adlandırsaq, yanılmarıq. Uşaqları ilə birlikdə istirahət edən insanlar üçün bu qədər əyləncə imkanı yaradılmış yerlər çox azdır. "IMG Worlds of Adventure" dünyada ən böyük örtülü tematik əyləncə parkı, turistlər üçün ən populyar istirahət məkanlarından biridir. Onun tikintisinə 1 milyard dollardan çox vəsait yatırılıb.

Kompleks yeni Dubayın düz mərkəzində təqribən 140 min kvadratmetr ərazidə yerləşir. "IMG Worlds of Adventure" sadəcə parlaq təəssüratlar bəxş etmir. Burada ən mükəmməl beynəlxalq və regional əyləncə mərkəzlərinin təcrübəsi toplanıb, dünyanın ən tanınmış personajları və superqəhrəmanları hökmranlıq edir. 25 konseptual mağaza və 28 iaşə müəssisəsi ilə birlikdə dörd müxtəlif dünya - "Cartoon Network", "Marvel", habelə "IMG Group"un orijinal layihəsi – "Lost Valley-Dinosaur Adventure" dinozavrlar parkı və ona bitişik "IMG Boulevard" bir dam altında yerləşir. Kompleksə gələnlər unudulmaz təəssüratlar yaşayırlar.

Bir bilet gün ərzində 20-dən çox attraksiondan, o cümlədən Amerika təpəciklərindən istifadə etməyə, müxtəlif tamaşalara və 5D-kinoteatrda filmlərə baxmağa imkan verir.

Parkla tanışlıq "IMG Boulevard" zonasından başlayır. Burada həyat daim qaynayır, animatorların və küçə artistlərinin çıxışları təşkil olunur, çeşidbəçeşid dadlı yeməklər təklif edən çoxsaylı kafe və restoranlar, konseptual mağaza və suvenir dükanları işləyir.

Aydın məsələdir ki, "Marvel" zonası komikslər mövzusuna həsr olunub. Burada 100 nəfər üçün nəzərdə tutulmuş "Xalk: Baza Epsilon 3D" innovativ attraksionu yerləşir. Attraksionda dünyada ilk dəfə döyüş səhnələrində iştirak hissi reallığını yaradan panoram proyeksiya ekranlarının və əlavə effektlərin tətbiq edildiyi texnologiyadan istifadə olunub. Sürətsevərlər isə "Hörümçək-adam, Doktor Octopusun qisası" attraksionunu qiymətləndirəcəklər: 400 metr uzunluğunda Amerika təpəcikləri cəsurları ildırım sürəti ilə Nyu-York göydələnləri üzərindən uçurur.

Lakin ən həyəcanverici təpəciklər "İtirilmiş dünya" zonasındadır. Məsələn, götürək "Velotsiraptor" adlı heyrətamiz attraksionu. 1,1 kilometr uzunluğunda olan bu attraksion 2,5 saniyəyə saatda 100 kilometr sürətlə hərəkət edir. Bu, Dubayda ən sürətli və yüksək Amerika təpəcikləridir.

"Yasaq ərazi" adlı attraksiona gələnləri bundan heç də az həyəcan gözləmir. Dinozavrsevərlər tarixdən əvvəlki varlıqların real boyu bərabərində olan, onlar kimi hərəkət edən 70 dinozavr modeli ilə "məskunlaşmış" cəngəlliklərə safaridən böyük zövq alırlar.

Nəhayət, "Yırtıcı" attraksionu dik qüllədən vertikal enmə həyəcanı yaşadır: Yaxın Şərqdə ikinci belə attraksion yoxdur.

"Cartoon Network" zonası balacalar üçündür. Burada "Ben-10" cizgi filminin qəhrəmanları Ben və Rukla birlikdə macəralar aləminə baş vurmaq olar. 5D attraksionu müxtəlif duyğu orqanlarını fəallaşdırır və ürəyi tez-tez döyünməyə məcbur edir.

Ora necə getmək olar: park Dubayın mərkəzindən 20 dəqiqəlik yolda yerləşir. Hər gün Dubayın müxtəlif otel və "mall"arından parka pulsuz "shuttle"lar gedir (sizə hərəkət cədvəlini təqdim edirik: https://www.imgworlds.com/language/en/hotel-shuttle-service/).

Parka getmək neçəyə başa gəlir: yaşlı adamlar üçün qiymətlər 285 dirhəmdən (təqribən 77 dollar), uşaqlar üçün 255 dirhəmdən (təqribən 69 dollar) başlayır.

Səhrada dəvə belində safari

Dubayda səhraya ekosafari təklif edən yeganə şirkətin - "Platinum Heritage Dubai"nin ekskursiyası gecənin ən maraqlı və maarifləndirici ekskursiyasıdır. Bu şirkət Yaxın Şərqdə səhrada ən yaxşı safarinin təşkilatçısı kimi nüfuzlu "World Travel Award" mükafatına layiq görülüb.

Əvvəlcə "Jeep" markalı avtomobilin sürücüsü saat 16:00-da ekskursiyaçıları oteldən götürüb səhraya aparır. Lakin onları adətən belə safarilərdə olduğu kimi barxanlıq ərazidə çox sürətli yürüş gözləmir. Barxanlara çatan kimi onlara dəvə belinə qalxmaq təklif olunur. Həqiqətən də səhranı tanımaq üçün dəvə karvanında səyahətdən yaxşı nə ola bilər ki?! Özü də belə gəzinti 5-10 dəqiqə deyil, düz 45 dəqiqə çəkir!

Dəvə karvanı rahat şəkildə bədəvilər düşərgəsinə çatır. Yalnız dəvədən düşəndə onun boynundan möhkəm yapışmaq lazımdır, çünki heyvan qumun üstündə oturmaq üçün əvvəlcə qabaq dizlərini qatlayır və bu zaman minici özünü azacıq gərgin hiss edir.

Bədəvilər düşərgəsində ekskursiyaçılara region üçün son dərəcə əhəmiyyətli olan digər heyvan – şahin barədə ətraflı məlumat verilir. Onlara qürub vaxtı unudulmaz şou - şahin ovu nümayiş etdirilir.

Şou qadınların əllərinə xına çəkilməsi, zərb alətlərində çalan bədəvilərin çıxışları, ənənəvi bədəvi çörəyinin bişirilməsi, ərəb qəhvəsinin dequstasiyası kimi əyləncələrlə davam edir. Sonda qonaqlar Ərəbistan səhrasının ulduzlu səması altında milli yeməklərin təqdim olunduğu doyumlu şam süfrəsinə dəvət olunurlar. Dubayda Yaxın Şərq kulinariyasının nümunələri haqqında sizə növbəti reportajımızda danışacağıq.

Ekskursiya başa çatanda, yəni saat təqribən 23:00-da qonaqları geriyə - mehmanxanalara aparırlar. Qeyd edək ki, dəvə belində səyahət zamanı hər bir ekskursiyaçını foto və video-operator çəkir. Tədbirin sonunda həmin şəkil və videolar əlavə haqq müqabilində onlara təklif olunur. Amma təşkilatçılar kiçik bir biclik işlədiblər: əgər ekskursiyaçı şirkətin "www.platinum-heritage.com" saytında, heç olmasa, 7 gün əvvəl yer sifariş veribsə, safaridə çəkilmiş şəkil və video ödənişsiz olur.

/azertag.az


BiG.Az
Telegramda izləyin
Turizm   Baxılıb: 3627   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qrup turları ilə xarici ölkələrə səyahətin müsbət tərəfləri- AÇIQLAMA

İsti ayların gəlməsi sözüz ki, turizm bazarının inkişafında da özünü göstərir. Qızmar havaların hökm etdiyi günlərdə istər ölkə daxilində, istərsə də ölkə xaricində səyahətə yollanmaq istəyən insanların sayı isə kifayət qədərdir. Ümumiyyətlə səyahətlər yeni insanlarla tanış olmağın ən etibarlı yolu hesa

06.07.2023 9393
.

Dağıstanda idmançının meşədə meyiti tapıldı: Müəmmalı ölüm

Sürətli arıqlama üzrə Dağıstan rekordçusu Bahama Ayqubovun meşədə meyiti tapılıb. Onun başından yaralandığı bildirilib. 70 yaşlı təqaüdçünün səhhətindən şikayəti olmayıb. Dünən o, atlara yem verməyə gedib və evə qayıtdıqdan sonra yadına düşüb ki, telefonunu qohumlarıgildə qoyub. Onu bir daha sağ-salama

09.06.2024 4935
.

Acun Ilıcalının sahib olduğu klubun oyununa Türkiyə bayrağının buraxılması qadağan edilib

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" bu gün Çempionşipin 26-cı turunda lider "Lids"i qəbul edəcək. xəbər verir ki, klub oyunöncəsi azarkeşlərinə çağırış edərək, stadiona Türkiyə bayrağı gətirilməməsini istəyib. 200-ci ildə UEFA Kubokunun İstanbulda keçirilə

05.01.2025 2409
.

Moskvaya Yeni il səyahəti - FOTOLAR

2023-cü il dekabrın 15-dən 2024-cü il yanvarın 8-dək Rusiyanın paytaxtında ənənəvi "Milad bayramına səyahət" adlı festival keçirilir. Sehrli bayram atmosferi və unudulmaz emosiyalar bəxş etmək məqsədi daşıyan tədbir Moskva şəhərinin sakinlərinə və qonaqlarına bayram ab-havasına qərq olmağ

29.12.2023 6904
.

Qazaxıstanda uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb: Ölən var

Qazaxıstanın Akmola vilayətində içərisində futbol komandasının uşaqlarının olduğu mikroavtobus aşıb. xəbər verir ki, bu barədə Akmola vilayətinin polis idarəsi məlumat yayıb. Avtomobil qəzası nəticəsində məşqçi yerindəcə ölüb. Uşaqlar tibb müəssisəsinə yerləşdirilib, onlar həkimlərin nəzarəti altındadır

19.04.2025 1192
.

Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazanıb

Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb. "Report"un məlumatına görə, 19 yaşlı idmançı finalda ilk cəhddə 52.780 xala layiq görülüb. Qızıl medalı 53.900 xalla İrina Kundius (Rusiya), bürünc medalı isə 51,820 xalla Corciy

13.02.2022 6485
.

Türkiyəli futbolçu baş məşqçiyə görə İspaniya klubundan ayrıla bilər

Türkiyə millisinin futbolçusu Arda Gülər İspaniyanın "Real" klubundan ayrıla bilər. "Report" "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, italiyalı baş məşqçi Karlo Ançelotti komandada qalsa, 20 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə vidalaşmaq niyyətindədir

12.04.2025 1465
.

Mbappe: "Messi Fransada layiq olduğu hörməti görmədi"

PSJ-nin hücumçusu Kilian Mbappe argentinalı Lionel Messinin Paris klubunda lazımi səviyyədə qiymətləndirilmədiyini düşünür. "Report" xəbər verir ki, Fransa millisinin üzvü bunu "Goal"a açıqlamasında bildirib. "Messi bütün təriflərə layiqdir. Amma əslində Fransada layiq olduğ

06.01.2024 6675
.

Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında medal sıralamasında birinci olub. "Report"un məlumatına görə, komanda yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) v

18.09.2022 10112
.

TOP MP3